Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-482/2020 28.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi) qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus diplomda qeyd olunan 1992-1996-cı illərdə X5 Texnikumda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1992-1996-cı illərdə X5 Texnikumda təhsil almışdır. Təhsil illərinin sosial sığorta stajına daxil edilməsilə bağlı ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə onun pensiyasının yenidən hesablanması imkan xaricindədir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə onun pensiyasının yenidən hesablanması imkan xaricində olması bildirilmişdir. - Məmmədova (Rzayeva) Sevər Saleh qızına məxsus PT-İ 114319 nömrəli, xx.xx.1996-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1992-1996-cı illərdə X5 Texnikumda “təsviri incəsənət və rəsmxətin tədrisi” ixtisası üzrə təhsil almışdır. - Nikahın bağlanması haqqında” xx.xx.1994-cü il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 iləMəmmədova Sevər Saleh qızı arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmış, ərə “Rzayev” arvada “Rzayeva” soyadı verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, İddiaçı məxsus PT-İ 114319 nömrəli, xx.xx.1996-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, o, 1992-1996-cı illərdə X5 Texnikumda təhsil almışdır. Məhkəmə qeyd olunan diplomu mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 38-ci maddəsinin 3-cü bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikasının x xxxx 2007-ci il tarixli, 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin “e” bəndinə və 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı məxsus PT-İ 114319 nömrəli, xx.xx.1996-cı il tarixli diplomda sonuncunun 1992-1996-cı illərdə təhsil aldığı dövrü əks etdirən müddətin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-482/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-482/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver