Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4838/2025 27.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X3 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «təhsil müddətinin hərbi xidmət müddətinə hesablanması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs 777 nömrəli Hərbi Hissə) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında əyani təhsil aldığı hər 4 gün müddətin həqiqi hərbi xidmətin 01 günü (hərbi təlim keçdikləri hər 01 gün müddəti isə 01 gün müddətli hərbi həqiqi xidmət müddətinə hesablanmaqla) hesablanması, həqiqi hərbi xidməti bitirməsi ilə ehtiyata ehtiyata buraxılması barədə (06 ay 15 gün bitdikdə) müvafiq qərarın qəbul edilməsinə dair 777 nömrəli Hərbi Hissənin komandirinə göstəriş verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1 (116)-2583 saylı qərardadı ilə iş materialları baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2024-cü il tarixli əmri ilə X1 xidmətdən xaric edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 03 il 02 ay 15 gün müddətində DİN-nin Polis Akademiyasının hüquq fakültəsində kursant olaraq təhsil almışdır. Sabiq kursant İddiaçı Polis Akademiyasında təhsil aldığı müddətdə 30 gün (232 saat) Polis Akademiyasının bazasında ilkin hazırlıq kursuna cəlb edilmiş, eyni zamanda 03.04-xx.xx.2023-cü il tarixlərdə 40 gün (219 saat) müddətində təlim mərkəzində hərbi təlim keçmişdir.. Halhazırda İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Daha sonra İddiaçı həqiqi hərbi xidmət müddətinin nə qədər olması barədə cavabdeh orqana müraciət etmişlər. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərmişdir ki, İddiaçı ali təhsil müəssisəsindən xaric edildikdən sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilməmişdir. Bu səbəbdən onun həqiqi hərbi xidmət müddəti 01 il 06 ay hesablanmalıdır. İmtinanı əsaslı saymırlar. Çünki, Polis Akademiyası tərəfindən İddiaçı xaric edildikdən sonra hərbi hissəyə göndərilməməsi onun iradəsindən asılı deyil. Göndəriləcəyi halda həmin şəxs bundan imtina etməyəcəkdir. Hansı ki, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı vardır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, «Hərbi xidmət və hərbi vəzifə haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010cu il tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi təhsil müəssisələrinin Siyahısı»na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akdemiyası xüsusi təyinatlı təhsil müəssisəsidir. Həmin siyahının birinci hissəsində Müdafiə Nazirliyinin strukturuna daxil olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri göstərilmişdir. Bunlar Milli Müdafiə Universiteti, Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Liseydir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akdemiyası Müdafiə Nazirliyinin strukturuna daxil olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə aid edilməmişdir. «Hərbi xidmət və hərbi vəzifə haqqında» Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsi bütün xüsusi təyinatlı təhsil müəssisələrindən deyil, məhz hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrindən bəhs edir. Odur ki, iddiaçıya adıçəkilən Qanunun 28.4-cü maddəsinin tətbiqi mümkünsüzdür. Bundan başqa iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının hazırki iddiaya şamil edilməsi düzgün deyil. Belə ki, həmin işdə iddiaçının 2017ci ilin hansı ayından Polis Akdemiyasından xaric edilməsi və 2018-ci ilin hansı tarixindən Penitensiar Xidmətin Mühafizə Alayında xidmətə başlaması (tarixlər arasındakı fərq) ciddi önəm daşıyır. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixli əmr ilə xaric edilmiş, 05 aydan sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hansı ki, bu müddət təcrübədə bir, ən çoxu isə iki ay təşkil edir. Bu halın da araşdırılması zəruridir. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə 777 nömrəli Hərbi Hissənin üçüncü şəxs qismində işə cəlb edilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək İddiaçı ali təhsil müddətinin hər 04 gününün 01 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Proses iştirakçıları məhkəmə baxışı iclasına gəlməmiş, eyni zamanda hər iki tərəf işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2024-cü il tarixli əmri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının xx.xx.2025-ci il tarixli məktubu və İddiaçı məxsus çağırış vərəqəsi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının xidməti yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının xidməti yaşayış yeri olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının «Hüquq» fakültəsində kursant olaraq təhsil almışdır. Ümumi təhsil müddəti 03 il 02 ay 15 gün təşkil edir. İddiaçı təhsil aldığı müddətdə 30 gün (232 saat) Polis Akademiyasının bazasında ilkin hazırlıq kursuna cəlb edilmiş, eyni zamanda xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi 40 gün (219 saat) müddət təlim mərkəzində hərbi təlim keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən çağırış vərəqəsi üzrə xx.xx.2025-ci ildən hərbi xidmətə çağırılmışdır. Hazırda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Hərbi xidmət və hərbi vəzifə haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. Hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. Maddə 28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduqlarına görə xaric edilən və ya müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında» Əsasnamə: 5.3. Azərbaycan Respublikasının Daxili İşlər naziri: ........................... Bənd 5.3.13. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin əislərini vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Sərəncamı:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılsın. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası»nın Nizamnaməsi: Bənd 1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası (bundan sonra - Akademiya) ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Bənd 9.2. Kursantlar - Akademiyada ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və Akademiyada əyani formada təhsil alan şəxslərdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi təhsil müəssisələrinin Siyahısı»: Bənd 4.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası. Sadalanan qanunvericilik normalarını hazırki iş materialları ilə müqayisəli təhlil edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının «Hüquq» fakültəsində kursant olaraq təhsil almışdır. Hansı ki, iddiaçının əyani təhsil aldığı Polis Akademiyası xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Həmin təhsil müəssisəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Sərəncamı ilə hərbi kafedra yaradılmış və fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 518 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında» Əsasnamənin 5.3.13-cü bəndinə müvafiq olaraq Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsinin verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanuni əsaslara söykənmir. Etiraz ərizəsində göstərilən dəlillər qanuni və əsaslı olan iddia tələbinin təmin edilməsini aradan qaldıracaq qədər mötəbər hesab edilə bilməz. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissədə müddətli həqiqi hərbi xidmətdə olan İddiaçı xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında aldığı təhsil müddətinin (03 il 02 ay 15 gün) hər 04 günü həqiqi hərbi xidmətin 01 günü hesab edilməklə vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev