Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4839/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı soyad və ata adının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı soyadının “Qurbanov”dan “Nəbiyev”ə, ata adının isə “Ruslan”dan “Vüsal”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.2005-ci il tarixli AZ-İ 575335 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 409 nömrə ilə qeyd edilmişdir. X2, anası X9r.
2. Nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 075623 nömrəli şəhadətnaməyə əsasən X5 X12 ilə olan nikahı ləğv edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Nəbiyev”, qadına isə “Əliyeva” soyadı verilmişdir.
3. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli AZ-İ 036100 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1986-cı il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixdə adını və soyadını X3 dəyişdirmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir.
4. 01.04.2023-cü il tarixli SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
5. AA******* nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olması qeyd edilmişdir.
6. Doğum haqqında xx.xx.2022-ci il tarixli AZ-İV 724071 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 409 nömrə ilə qeyd edilmişdir. X1, anası X9r.
7. İddiaçı doğum haqqında akt qeydində soyadının və ata adının dəyişdirilməsi barədə 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə etdiyi müraciətə həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-518-2690-15/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarının 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Odur ki, tərbiyə etmiş şəxsin razılığı olmadığından ata adının dəyişdirilməsi səlahiyyətləri xaricindədir, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydinə edilmiş dəyişikliyin ləğv edilib, soyadının “Nəbiyev”, ata adının isə “Vüsal” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuş və valideynlərinin "Nəbiyev" soyadını daşımağa başlamışdır. X2 ilə anası X12 10 aprel 2008-ci il tarixli Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnaməyə əsasən boşanmışlar və anası öz soyadı olan "Əliyeva " soyadını almışdır. Onun 17 yaşı olan zaman X2 1 saylı Gəncə Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət edərək özünün adını və soyadını dəyişdirərək adını Ruslan, soyadını isə Qurbanov kimi yazdırmışdır. Bu dəyişiklik avtomatik olaraq onun doğum akt qeydinə təsir etmiş və sonda soyadının Qurbanov ata adının isə Ruslan olmasına gətirib çıxarmışdır. Hazırda isə ona yeni doğum haqqında şəhadətnamə tərtib edilmişdir ki, həmin şəhadətnamə onun üçün arzu olunmazdır və soyadı ilə ata adı tam fərqli yazılmaqdadır. O, bununla razı deyil, ona görə ki, ona məxsus bütün sənədlərdə soyadı və ata adı fərqlidir, bu arzu olunmaz hal isə ona çoxsaylı problemlər yaratmaqdadır. Belə ki, hərbi biletində İddiaçı yazıldığı təqdirdə hazırda soyadı və ata adı fərqlidir və bu hal ona problemlərin başlanğıcını gətirir. X10 Nazirliyinə işə girmək istəsə də hərbi biletində başqa, doğum haqqında şəhadətnaməsində başqa ad çıxır. O, soyadına keçməyi və ata adının dəyişməsi ilə bağlı 1 saylı Gəncə Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş və 01 noyabr 2024-cü il tarixli məktubla ərizəsinin təmin edilməsindən imtina edilmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, soyadının “Qurbanov”dan “Nəbiyev”ə, ata adının isə “Ruslan”dan “Vüsal”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, atası öz ad və soyadını dəyişdirdiyi üçün onun doğum akt qeydinə bu barədə düzəliş edilmişdir. Lakin onun hərbi biletində və şəxsiyyət vəsiqəsində əvvəlki soyadı və ata adı qalmışdır. Hamı onu öz (ilkin) soyadı və ata adı ilə tanıdığı üçün və onun hərbi xidmətinə dair və şəxsiyyətini təsdiq edən sənədlərində həmin məlumatlar qeyd edildiyi üçün soyad və ata adının dəyişdirilməsini istəyir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.2005-ci il tarixli AZ-İ 575335 nömrəli şəhadətnamə; - Nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 075623 nömrəli şəhadətnamə; - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli AZ-İ 036100 nömrəli şəhadətnamə; - 01.04.2023-cü il tarixli SX ******* nömrəli hərbi bilet; - AA******* nömrəli şəxsiyyət vəsiqəsi; - Doğum haqqında xx.xx.2022-ci il tarixli AZ-İV 724071 nömrəli şəhadətnamə; - 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-518-2690-15/24 nömrəli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materiallarından müəyyən olur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 409 nömrə ilə qeyd edilmişdir. Daha sonra iddiaçının X2 adının və soyadının dəyişdirilməsi ilə bağlı 1 saylı Gəncə Regional "Asan Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, nəticədə Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli AZ-İ 036100 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1986-cı il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixdə adını və soyadını X3 dəyişdirmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. Bundan sonra İddiaçı doum akt qeydinə düzəliş edilərək, soyadı və ata adı atasının dəyişdirilmiş yeni ad və soyadına uyğunlaşdırılmış və ona bu barədə doğum haqqında xx.xx.2022-ci il tarixli AZ-İV 724071 nömrəli yeni şəhadətnamə verilmişdır. Həmin şəhadətnamədə iddiaçının soyadı “Qurbanov”, ata adı “Ruslan” kimi qeyd edilmişdir.
27. İdiaçı İddiaçı doğum haqqında akt qeydində soyadının və ata adının dəyişdirilməsi barədə 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-518-2690-15/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarının 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Odur ki, tərbiyə etmiş şəxsin razılığı olmadığından ata adının dəyişdirilməsi səllahiyyətləri xaricindədir, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur.
28. Məhkəmə iddiaçının tələbini əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən Əsas Müddəalara görə: Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə. Bənd 10. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına görə: Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
32. Göründüyü kimi, iddiaçının soyadı və ata adı onun atası X4 xx.xx.2022-ci il tarixdə adını və soyadını X3 dəyişdirməsi ilə əlaqədar qeydiyyat şöbəsi tərəfindən həmin dəyişikliyə uyğun olaraq qanunvericiliyin tələbinə (bu qərarın 30 və 31-ci bəndlərində sadalanan normalara) əsasən onun razılığı olmadan dəyişdirilmişdir.
33. Lakin iddiaçının hərbi biletində və şəxsiyyət vəsiqəsində soyad və ata adı məlumatları dəyişiklikdən əvvəlki (ilkin) qaydada qeyd edilmişdir.
34. İddiaçı xx.xx.2005-ci il təvəllüdlü olmaqla, hazırda 18 yaşına çatmışdır və soyad və ata adının dəyişdirilməsini, yəni əvvəlki (ilkin) soyad və ata adının qaytarılmasını arzulayır, hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndi iddiaçıya həmin hüququ tanıyır və cavabdeh orqana iddiaçının müraciətini təmin etməyə yol verir.
35. Buna baxmayaraq, cavabdeh orqan həmin Qaydaların 6.3-cü bəndinə deyil, 6.4-cü bəndinə istinad edərək, əsassız laraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.
37. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı (X8) soyadının “Qurbanov”dan “Nəbiyev”ə, ata adının isə “Ruslan”dan “Vüsal”a dəyişdirilməsi öhdəliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı (X8) soyadının “Qurbanov”dan “Nəbiyev”ə, ata adının isə “Ruslan”dan “Vüsal”a dəyişdirilməsi öhdəliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva