Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-484/2020 19.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraqməhkəməaşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.20N9-cu il tarixdə məhkəməyə müraciət edərək, N994-N996-cı illərdə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensassiyasının ödənilməsi və son 4 il ərzində Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə gedişgəliş zamanı çəkdiyi 43N manat pul məbləğinin həmin hərbi hissənin aidiyyəti əməkdaşlarından alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində N994,N995 və N996-cı illərdə mənfur ermənilərə qarşı Daşkəsən, Kəlbəcər, Füzuli, tovuz, Qazax və Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak etmiş və dəfələrlə ağır yaralanmışdır. Bu illər ərzində daim döyüşlərdə olduğundan N994,N995 və N996-cı illər üçün növbəti məzuniyyətdə olmamış və ehtiyata buraxılan zaman bu barədə qanun olmadığına görə istifadə etmədiyi məzuniyyətə görə heç bir kompensasiya almamışdır. Həmin kompensasiyanın verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin məlum sərancamının tələblərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq, Müdafiə Nazirinin xx xxxx 20N5-ci il tarixli N5 nömrəli qərarı təsdiq edilmiş "N994-cü ilin fevralın N-dən 20N0-cu il iyulun N2-ə qədər hərbi qulluqçulara həmin dövrün təqvim illərində istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq etmişdir. Həmin qərarın 3.3-cü bəndinə müvafiq olaraq, o zaman döyüşlərdə olduğundan N994, N995 və N996-cı illər üçün istifadə etmədiyi növbəti məzuniyyətə görə kompensasiya verilməsi üçün dəfələrlə müraciət etsə də, hərbi hissə rəhbərliyinin günahı ucbatından ala bilməmişdir. Bakı şəhərində yaşayır və bu işlə bağlı son 3 ildə Şəmkir rayonuna 3N dəfə gedib gəlmiş, ona əvvəllər işin düzələciyi vədi verilsə də, sonradan bundan imtina edilmişdir İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, eyni zamanda ziddiyətli izahat verərək əvvəlcə tərxis olunarkən ona son haqq-hesab verildiyini, lakin həmin məbləğin istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə verilib-verilmədiyini bilmədiyini, əlavə sualcavab zəminində isə həmin vaxtı pul almasını xatırlamadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki,iddiaçı istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi üçün xx.xx.20N8-ci il tarixdə N nömrəli hərbi hissənin nəzdində fəaliyyət göstərən (istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsinə dair) komissiyaya ərizə ilə müraciət etmiş, daxil olmuş ərizə xx.xx.20N8-ci il tarixdə qeydiyyata alınaraq icraata götürülmüş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 20N4-cü il tarixli 399 nömrəli Qərarına uyğun olaraq tələb olunan sənədlərin toplanılıb işə əlavə olunması üçün onun xidmət müddətində N994-cü, N995-ci və N996-cı illər ərzində məzuniyyətdən istifadə edib-etməməsini müəyyənləşdirmək üçün Müdafiə Nazirliyinin İşlər X2 sorğular verilmişdir. Müdafiə Nazirliyinin işlər XN komissiyaya daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 3N0 nömrəli nizami hissə üzrə əmrindən çıxarışına əsasən ona aid olan hissədə göstərilmişdir ki, N994-N995-ci illər üçün məzuniyyətdən istifadə etmədiyinə görə 90 günlük pul kompensasiyası və N996-cı il üçün məzuniyyətdə olmadığına görə xx.xx.N996-cı il tarixədək pul təminatı ödənilsin.İstifadə edilməyən məzuniyyət haqqları əlavə siyahıya əsasən ödənilir. Əlavə siyahı isə Müdafiə Nazirliyinin xx.xx.2006-cı il tarixli əmrinin 374-cü bəndinə əsasən 3 il saxlanılır. İddiaçı lazımi vaxt ərzində kompensasiya tələb etməmişdir, hazırda isə ona həmin məbləğin ödənilməsini sübut etmək mümkün deyil. Bundan əlavə N nömrəli hərbi hissə komandirinin 3N0 nömrəli, xx.xx.N996-cı il tarixli əmrində həmin məbləğin ödənilməsi göstərilmişdir. Göstərilənlərə əsaslanaraq komissiya tərəfindən tərtib edilmiş protokola və N nömrəli hərbi hissə komandirinin 34N nömrəli x xxxxxxx 20N8-ci il tarixli əmrinə əsasən iddiaçıya aid olan hissədə ona istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsində "0" məbləğ göstərilməklə pul kompensasiyasının ödənilməsindən imtina edilmişdir. Bundan başqa iddiaçı son 4 il ərzində Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə gediş-gəliş zamanı çəkdiyi 43N manatın ödənilməsini tələb etsə də, rəsmi ərizə iə xx.xx.20N8-ci il tarixdə müraciət etməsi ilə əlaqədar onun barəsində x xxxxxxx 20N8-ci ildə, yəni eyni ildə qərar qəbul edilməsi nəzərə alınsa ona heç bir yol pulu ödənilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -N nömrəli hərbi hissənin xx.xx.20N9-cu il tarixli, N345 nömrəli məktubundan görünür ki, istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensassiyasının ödənişi üzrə komissiyaya müraciət etmiş İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin sayı hesablanarkən Ordu Sıralarından ehtiyyata buraxılarkən hərbi hidssənin şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 3N0 nömrəli əmrində N994-N996-cı illərdə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensassiyasının ödənilməsinin qeyd edildiyi bildirilmişdir. -N nömrəli hərbi hissə komandirinin xx.xx.20N8-ci il tarixli, 34N nömrəli əmrindən görünür ki, İddiaçına aid olan hissədə ona istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsində "0" məbləğ göstərilməklə pul kompensasiyasının ödənilməsindən imtina edilmişdir. -N nömrəli hərbi hissə komandirinin 3N0 nömrəli, xx.xx.N996-cı il tarixli əmrindən arxiv çıxarışının surətindən görünür ki, İddiaçı N994-N995-ci illər üçün məzuniyyətdən istifadə etmədiyinə görə 90 günlük pul kompensasiyası və N996-cı il üçün məzuniyyətdə olmadığına görə xx.xx.N996-cı il tarixədək pul təminatının ödənilməsi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “N994-cü il fevralın N-dən 20N0-cu il iyunun N2-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx xxxxxx 20N4-cü il tarixli, 399 nömrəli qərarında Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tövsiyə edilmişdir ki, 20N0-cu il N2 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 20N0-cu il N2 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Cavabdeh iddiaya etirazında iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün pul ödənildiyini, lakin sənədlərin saxlama müddəti keçdiyinə görə müvafiq sübut təqdim edə bilmədiyini göstərmişdir. Bununla yanaşı iddiaçının tərxis olunması barədə N nömrəli hərbi hissə komandirinin 3N0 nömrəli, xx.xx.N996-cı il tarixli əmrinin məzmunundan da görünür ki, iddiaçı yalnız N996-cı ildə məzuniyyətdə olmadığına görə ona pul təminatının ödənilməsi, ödənişin isə xx.xx.N996-cı il tarixədək aparılması qeyd edilmişdir. Bu əsnada qeyd edilməlidir ki, iddiaçı da məhkəmə iclası zamanı ziddiyətli izahat verərək əvvəlcə tərxis olunarkən ona son haqq hedab ödənildiyini, sonradan isə ödənilmədiyini bildirmişdir. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, yuxarıda sözügedən əmrdə ödənişin xx.xx.N996-cı il tarixədək ödənilməsinin qeyd olunması, həmçinin iddiaçının ziddiyətli izahat verməsi, habelə N996-cı ildən hal-hazıradək həmin məbləği tələb etməməsi onun arqumentlərinin ağlabatan olmamasını və tələbinin əsassız olmasını deməyə əsas verir. Tələbin iddiaçının hərbi hissəyə gedib-gəlməsinə görə xərclərin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, tələbin təməl hissəsi, yəni məzuniyyət günlərinə görə pul ödənilməsi hissəsi əsassız olduğuna görə cavabdeh tərəfindən iddiaçıya hər hansı zərərin ödənilməsi də istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.N maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-484/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-484/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver