Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-485/2025 21.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 114 nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İİ dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçıya ilkin olaraq xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993-cü il). Hissiyat pozğunluğu. Daraq-falanqa oynağının kontrakturası. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu. Pəncə arteriyalarının okluziyası. Aşağı ətrafların İİ dərəcəli xoniki işemiyası” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən növbəti dəfə xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993cü il) hissiyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindormu ilə Axsama; Ağırlaşma – E89.0 – Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm, Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin; Ağırlaşma – G83.1 – Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflici; Ağırlaşma – İ70 – Ateroskleroz, Ateroskleroz; Ağırlaşma – İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Daraq falanqa oynağının kontrakturası; Ağırlaşma – M79.5 – Yumşaq toxumalarda qalmış yad cism, Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə; Yanaşı xəstəliklər – E05.0 – Diffuz urla müşaiyət olunan tireotoksikoz, Diffuz urla müşaiyət olunan tireotoksikoz. Radioaktiv yod müayinəsindən sonrakı vəziyyət; Yanaşı xəstəliklər – E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma, insulindən asılı olmayan; Yanaşı xəstəliklər – İ15.2 – Endokrin pozğunluqlara görə ikincili hipertenziya, Hipertenziya xəstəliyi İİA mərhələ; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası. Hipertenziya xəstəliyi İİ A mərhələ.
5. İddiaçının əlillik vəziyyəti yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993)” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
6. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir.
7. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Sol bud-çanaq oynaqları rentgenoqrafiyasının nəticəsində qeyd edilir ki, sol bud-çanaq oyanğı səviyyəsində, sol pelvik yumşaq toxumalar daxilində 11x17mm ölçülü metal yad cisim (qəlpə) aşkar edilir.
8. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Pəncə rentgenoqrafiyasının nəticəsində qeyd edilir ki, sağ ayaq pəncəsinin müayinə sahəsinə daxil olan sümük toxumalarda mülayim osteoparoz izlənilir. Sol ayaq pəncəsində İİ barmağın dırnaq falanqası başı səviyyəsindən amputasiyasından sonrakı vəziyyət: müayinə sahəsinə daxil olan sümük toxumalarda mülayim osteoparoz izlənilir.
9. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Bel fəqərələri rentgenoqrafiyasının nəticəsində qeyd edilir ki, fəqərə cismi künclərində osteofitik sivriləşmələr qeyd edilir: yayılmış spondilyoz. L5-S1 səviyyələrində fəqərələrarası məsafələr daralıb: osteoxondroz. Faset oynaqlarında artroz əıamətləri mövcuddur.
10. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonrakı sağrı, sol bud-çanaq oynağının tış səthlərində dartıcı çapıq toxumaları, sol bud-çanaq oynağının və sol çanağın tış nahiyyəsində yumşaq toxumalarda 11x17 mm ölçüdə metal yad cism (qəlpə), bel fəqərələrinin yayılmış spondilyozu, L5-S1 fəqərələrinin osteoxandrozu, sol ayağın İİ barmağının dırnaq falanqasının əsası səviyyəsində amputasiya güdülü, hər iki pəncənin sümüyünün osteoparozu, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim komissiyasına xx.xx.2024-cü il tarixli 3-43-51/2-45/2024 nömrəli göndərişində diaqnoz “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın 2-ci dərəcəli donması” kimi qeyd olunmuşdur.
12. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının +dopplerografiyası müayinəsinin nəticəsi “Bifazik axımlar. Damarların divarları diffuz kalfisikdir (Diffuz ateroskleroz xəstəliyi)” kimi müəyyənləşdirilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli arayışında diaqnoz “Diffuz urla müşaiyət olunan tireotoksikoz. Radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm” kimi müəyyənləşdirilmişdir.
14. X3 xx.xx.2022-ci il tarixli ENMG müayinəsinin nəticəsi “Bu EMG Solda peroneal sinir neyropatiyası ilə uyğundur” kimi qeyd edilmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli T355/2024 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli donvurmadan sonrakı vəziyyət. (xx.xx.1993) hissiyyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindromu ilə. Ağırlaşma.; Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin. Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflic. Ateroskleroz, Ateroskleroz. Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu, pəncə arteriyalarının akuluziyası. Oynaqların kontrakturası. Daraq falanqa oynağının kontrakturası. M79.5- Yumşaq toxumalarda qalmış yad cisim. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə" diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Xəstənin əyani müayinəsi zamanı aşağı ətraflarında dəri adi, yerli hərarət normal, trofiki pozğunluqlar, izlənməmiş, nevroloji müayinədə əlillik təyinatına əsas verən ocaqlı simptomatika, koordinasiya, hərəki pozuntular aşkar edilməmiş, Elmi- Tədqiqat Travmotologiya və Ortopediya" PHŞ-nin xx.xx.2022-ci il tarixli **********7 nömrəli 2019\83098 saylı arayışında olan diaqnoz müayinə zamanı öz təsdiqini qismən tapdığından qərardadda qoyulmuş 2- ci və 3-cü bənddə göstərilən sualların həlli mümkün olmadı. Belə ki, diaqnoz nəzərə alınmaqla anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.
16. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbindən əlillik təyinatına əsas verən xəstəlik (XBT-İ70-74) qeyd edilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-9559/2024 nömrəli qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona hərbi hərbi vəzifəsi yerinə yetirərkən travmalar almağıyla bağlı təyin edilmiş İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində mənfur erməni vandallarına qarşı döyüş əməliyyatlarında sıravi əsgər kimi də iştirak etmişdir. 26 yanvar 1993-cü il tarixdə Ağdərə rayonunun Vənk kəndinin alınması uğrunda gedən ağır döyüşlərdə düşmənin minamyotdan atdığı atəş nəticəsində ağır kor qəlpə xəsrətləri alaraq yaralanmışdır. Həmin vaxtı Ağdərə şəhərində məktəbi Hospital etmişdilər, orada ilkin yardım almışdır. İki qəlpəni həmin hospitalda həkimlər çıxarmışdır. Lakin vəziyyətinin ağır olması ilə bağlı 27 yanvar 1993-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparılmışdır. O, həmin xəstəxanada 02 aprel 1993-cü il tarixə kimi stasionar müalicə olunmuşdur. 02 aprel 1993-cü il tarixdən, 21 aprel 1993-cü il tarixə kimi isə Gəncə şəhərində 230 saylı hərbi hospitalda müalicəsini davam etdirmişdir. 21 aprel 1993-cü il tarixdə 230 saylı Hərbi hospitalın cərrahiyyə şöbəsinin həkimləri ona " Sağ sağrının ağır kor qəlpə yarası, sol ayağın İ-İİ barmağının İİ dərəcə, İİİ barmağın İİİ dərəcə donvurması. Sol aşağı ətrafın, bud sinirinin postravmatik parezi, yeriş funksiyasının pozulması ilə. Ensefalopatiya İİ mərhələ. ÜİX. stenokardiya fs İİİ.Kardioskleroz.Hipertoniya xəstəliyi İİB mərhələ. QDÇ İİ dərəcə" diaqnozu qoymuşlar. O, 1992-ci ilin avqust ayının 21dən 1993-cü ilin yanvar ayının 26-na kimi Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 21 aprel 2005-ci il tarixdə onu yenidən müayinə edərək yuxarıda qeyd etdiyi xəstəliklərini, N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində mənfur erməni vandallarına qarşı döyüşlərdə sıravi əsgər kimi iştirak etdiyini, 26 yanvar 1993-cü il tarixdə Ağdərə rayonunun Vənk kəndinin alınması uğrunda gedən ağır döyüşlərdə düşmənin minamyotdan atdığı atəş nəticəsində ağır yaralandığını, 27 yanvar 1993-cü il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparılaraq, 02 aprel 1993-cü il tarixə kimi stasionar müalicə olunduğunu, 02 aprel 1993-cü il tarixdən, 21 aprel 1993-cü il tarixə kimi Gəncə şəhərində yerləşən 230 saylı hərbi hospitalda müalicəsini davam etdirdiyini, 21 aprel 1993-cü il tarixdə 230 saylı Hərbi hospitalın cərrahiyyə şöbəsinin həkimlərinin ona "Sağ sağrının ağır kor qəlpə yarası, sol ayağın İ-İİ barmağının İİ dərəcə, İİİ barmağın İİİ dərəcə donvurması" xəstəliklərindən əziyyət çəkdiyini 11 nömrəli qərarı ilə təsdiqləmişdir. Eləcə həmin qərarda göstərilmişdir ki, aldığı xəsarətlər hərbi travma olmaqla, erməni vandallarına qarşı döyüşlər zamanı alınmışdır. Bundan sonra o, müharibədə aldığı travmalalarla bağlı ibbi sənədlərini Tibbi-Sosial Ekspert komissiyasına təqdim etdikdən sonra 07 iyul 2005-ci il tarixdə TSEK-in həkimləri ona hərbi vəzifələrini yerinə yetirərkən aldığı travmalarla bağlı İİİ qrup əlillik təyin etmişlər. 27 sentyabr 2011-ci il tarixdə isə 24 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının həkimləri onu yenidən komissiyadan keçirib onun İİİ qrup əlilliyini dəyişdirərək, ona həmin tarixdən İl qrup əlillik təyin etmişlər. O, hər il Tibbi Sosial Ekspert Komissiyasının müayinələrindən keçmişdir. 2016-cı ilin iyul ayının 7-də 24 saylı TSEK ona növbəti 5 il müddətinə İİ qrup əlillik təyin etmişdir. xx.xx.2021-ci il tarixə kimi mütəmadi olaraq həkim nəzarətində olmuş, müalicəsini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı xəstəlikləri təsdiq olunmasına baxmayaraq ona imtina verilmişdir. Cavabdeh orqan öz imtinasında "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol bud oynağının bayır arxa səthinin yad cismi.Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993). Hissiyyat pozğunluğu falanqa oynağının konturakturası.Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu.Pəncə arteriyalarının okkluziyası.Aşağı ətrafların İİ dərəcəli xroniki işemiyası." xəstəliyindən əziyyət çəkməklə xəstəliklərini təsdiq etsə də imtinada həmin "diaqnoz əlillik əlaməti təyin etmir" yazmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə kimi Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə olunmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Travmatologiya və Ortopediya İnstitunda müayinə olunmuşdur. Müayinə zamanı həkim ona demişdir ki, sinir sümüklərində yeyilmə gedir. Eləcə də zəhərli zobdan əziyyət çəkdiyinə görə xx.xx.2022-ci ildə yod terapiya almışdır. Şəkər xəstəsidir. Samux rayon poliklinikasından xəstəlikləri ilə bağlı Forma-88 cavabdeh orqanın sisteminə vurulsa da, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə yenidən ona imtina cavabı verilmişdir. İmtinada həkimlər ona "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət, sol bud oynağının bayır arxa səthinin yad cismi.Metal qəlpə,Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993) diaqnozu qoymasına baxmayaraq ona imtina verilmişdir. Hansı ki, Birinci Qarabağ müharibəsində o, döyüşmüş, yaralanmışdır. A.Səhhət adına xəstəxanada və 230 saylı hərbi Hospitalda stasionar müalicə olunmuşdur. 15 il əlil kimi pensiya aldığına baxmayaraq qanunsuz olaraq imtina vermişlər. Hesab edir ki, 10 ildən artıq əlil kimi pensiya aldığına görə qanunvericiliyin tələbinə görə əlilliyi müddətsiz olmalıdır. Cavabdeh orqanın imtinasını o qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyada nəzərdə tutulmuş xəstəliyə görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun hərbi vəzifəsini yerinə yetirərkən yaralanıb travmalar alması ilə bağlı İİ qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını əsassız və qanunsuz hesab edir.
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2022ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
21. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
22. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
28. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük sərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan xəbəri xx.xx.2022-ci ildə ona sms göndərilməsindən sonra olmuşdur. Bundan 1 il 2 aydan sonra məhkəməyə müracət etdiyindən iddia tələbi mümkünsüz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- sosial ekspert komissiyasının 05 noyabr 2022-ci il tarixli, **********7 nömrəli Qərarına əsasən Samux rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0315003AAGZP nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 114 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İl (ikinci) dərəcəli donması" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində, sol ayağında ağrılardan şikayətlənmişdir. Baxış zamanı aşağı ətraflarında dəri rəngi adi, yerli hərarət normal, trofiki pozğunluqlar izlənməmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı simptomatika, koordinasiya, hərəki pozuntular aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi "Bifazik axımlar. Damarların divarları diffuz kalfisikdir (Diffuz ateroskleroz xəstəliyi)" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ xx.xx.2022-ci il tarixli 2019/83098 nömrəli arayışda diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. AR SN Milli Onkologiya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli Arayışda Diaqnoz "Diffuz urla müşayiət olunan tireotoksikoz. Radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm" kimi müəyyənləşdirilmişdir. X3 xx.xx.2022-ci il tarixli ENMG müayinəsinin nəticəsi "BU EMG Solda peroneal sinir neyropatiyası ilə uyğundur" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
30. Daha sonra cavabdeh məhkəməyə vəsatət ünvanlamış və vəsatəti onunla əsaslandırmışdır ki, Samux rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-cü il tarixli 0315003AAGZP nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Bu qərardan narazı qalan iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərardad əsasından yenidən xx.xx.2024-cü il tarixində qiymətləndirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçıda mövcud olan şəkər xəstəliyinin ümumi xəstəlik səbəbindən olduğundan yeni forma-88 göndərişinin rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Çünki daha əvvəllər iddiaçıda mövcud olan diaqnoz: Sağ sağrının ağır kor qəlpə yarası (1993 il). Sol ayağın İ-İİ barmağının İİ dərəcə , İİİ barmağın İİİ dərəcə donvurması . Sol aşağı ətrafın, bud sinirinin postravmatik parezi, yeriş funksiyasının pozulması ilə. Ensefalopatiya İİ mərhələ. ÜİX. stenokardiya fs İİİ. Kardioskleroz. Hipertoniya xəstəliyi İİB mərhələ. QDÇ İİ dərəcə. olmuşdur. Eyni zamanda Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli icmal məktubunun 54-cü bəndini nəzərə alaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna 02 iyul 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddənin tətbiqi ilə bağlıdır. Həmin maddə onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir. Bu halda, şəxsin üzərinə əlilliklə bağlı qərarın tarixinin dəyişdirilməsinə dair iddia qaldırmaq vəzifəsi qoyula bilməz. Ödəməni həyata keçirən orqanlar onlara təqdim edilmiş əvvəlki və sonrakı əlillik təyinatına dair qərarların tarixlərini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdırlar. Əgər müddətin bitdiyi tarixdən ödəmələr aparılmamışsa və ya natamam aparılmışsa, bu halda, ödəməni həyata keçirən orqanlara qarşı iddia qaldırılmalıdır. Bu səbəbdən iddiaçıda əvvəllər mövcud olmuş əlilliyin bu günki qiymətləndirilən əlillikdən fərqli təsnifatda olması həmdə 6 aylıq tibb müəsisəsində göstərilən müddətlərə riaət olunmaması səbəbindən iddianın mümkün sayılmamasını xahiş etmişdir.
31. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 114 nömrəli qərar; - Samux rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi; - Xəstəlik tarixindən çıxarışlar; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim komissiyasına xx.xx.2024-cü il tarixli 3-43-51/2-45/2024 nömrəli göndərişi; - ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının +dopplerografiyası müayinəsinin nəticəsi; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli arayışı; - X3 xx.xx.2022-ci il tarixli ENMG müayinəsinin nəticəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-425/2025 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-9559/2024 nömrəli qərarı; - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T355/2024 nömrəli ekspert rəyi.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
34. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 114 nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İİ dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
35. İddiaçıya ilkin olaraq xx.xx.2005-ci il tarixdə 1 il müddətinə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
36. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və sol bud-çanaq oynağı nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli don vurmasından sonrakı vəziyyət (xx.xx.1993-cü il). Hissiyat pozğunluğu. Daraq-falanqa oynağının kontrakturası. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu. Pəncə arteriyalarının okluziyası. Aşağı ətrafların İİ dərəcəli xoniki işemiyası” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
37. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Samux rayon Mərkəzi Xəstəxanası tərəfindən növbəti dəfə xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993cü il) hissiyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindormu ilə Axsama; Ağırlaşma – E89.0 – Tibbi prosedurlardan sonra əmələ gələn hipotiroidizm, Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin; Ağırlaşma – G83.1 – Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflic; Ağırlaşma – İ70 – Ateroskleroz, Ateroskleroz; Ağırlaşma – İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Daraq falanqa oynağının kontrakturası; Ağırlaşma – M79.5 – Yumşaq toxumalarda qalmış yad cism, Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə; Yanaşı xəstəliklər – E05.0 – Diffuz urla müşaiyət olunan tireotoksikoz, Diffuz urla müşaiyət olunan tireotoksikoz. Radioaktiv yod müayinəsindən sonrakı vəziyyət; Yanaşı xəstəliklər – E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma, insulindən asılı olmayan; Yanaşı xəstəliklər – İ15.2 – Endokrin pozğunluqlara görə ikincili hipertenziya, Hipertenziya xəstəliyi İİ A mərhələ; Yanaşı xəstəliklər – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası. Hipertenziya xəstəliyi İİ A mərhələ.
38. İddiaçının əlillik vəziyyəti yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİ dərəcəli donvurmadan sonrakı vəziyyət (xx.xx.1993)” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
39. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir.
40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli T355/2024 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol sağrı və bud-çanaq nahiyyəsinin ağır kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə. Sol pəncənin və barmaqların İİİ dərəcəli donvurmadan sonrakı vəziyyət. (xx.xx.1993) hissiyyat pozğunluğu. Daraq falanqa oynağının kontrakturası. Ağrı sindromu ilə. Ağırlaşma.; Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm. Levothyroxin. Aşağı ətrafların monoplegiyası, Sol bud sinirinin posttravmatik iflic. Ateroskleroz, Ateroskleroz. Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenozu, pəncə arteriyalarının akuluziyası. Oynaqların kontrakturası. Daraq falanqa oynağının kontrakturası. M79.5- Yumşaq toxumalarda qalmış yad cisim. Sol bud oynağının bayır arxa səthinin yad cismi. Metal qəlpə" diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Xəstənin əyani müayinəsi zamanı aşağı ətraflarında dəri adi, yerli hərarət normal, trofiki pozğunluqlar, izlənməmiş, nevroloji müayinədə əlillik təyinatına əsas verən ocaqlı simptomatika, kordinasiya, hərəki pozuntular aşkar edilməmiş, Elmi-Tədqiqat Travmotologiya və Ortopediya" PHŞ-nin xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarından 2019\83098 saylı arayışında olan diaqnoz müayinə zamanı öz təsdiqini qismən tapdığından qərardadda qoyulmuş 2- ci və 3-cü bənddə göstərilən sualların həlli mümkün olmadı. Belə ki, diaqnoz nəzərə alınmaqla anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilmədiyindən əlillik dərəcəsinin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.
41. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbindən əlillik təyinatına əsas verən xəstəlik (XBT-İ70-74) qeyd edilməklə yeni göndəriş rəsmiləşdirilməsi tövsiyə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-9559/2024 nömrəli qərar qəbul edilmişdir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
43. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
44. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
46. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.6.1 ateroskleroz İ70
periferik damarların digər İ73 xəstəlikləri Qeyd. Xroniki arterial çatışmazlıq, aşağı ətraf damarlarının obliterasiya edən arteriti və eləcə də revaskulyarizasiyadan sonrakı vəziyyət olduğu halda. Qiymətləndirmə 2.6.1.1. İİB dərəcəli işemiya, 35-60 1 il seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABİ 0,75- 0,50 aralığında olduqda
47. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnozun ağırlaşmaları olan “İ70 – Ateroskleroz, Ateroskleroz” və “İ73.9 – Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Hər iki aşağı ətrafda baldır arteriyalarının, pəncə arteriyalarının akuluziyası” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 1 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
48. İddiaçı iddia tələbində ona İİ dərəcə əlilliyin təyin olunmasını tələb etsə də, iddiaçıda olan diaqnozlar ona iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verdiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
49. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 114 nömrəli qərarda “Sol sağrının ağır kor qəlpə yarası. Sol ayağın İİ dərəcəli donması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyindən və iddiaçının səhhətində olan aşağı ətraflarda arterial çatışmazlıq onun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətin nəticəsində yarandığından, onun əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
51. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizminin funksiyalarının 35-60 faiz pozulması ilə bağlı 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva