Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4852/2023 13.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı orderin bərpa olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehna qarşı cavabdehin qanunsuz qərarlarının və Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-88 saylı qətnaməsinin ləğv edilməsi, xx.xx.N-ci il tarixli daimi orderin bərpa edilməsi tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.N-ci il tarixli 173 nömrəli talon orderə əsasən Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt-1, 8 saylı fin tipli ev İddiaçı verilmişdir.
2. Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-88 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, Gəncə rayon Mənzil İstismar Hissəsi tərəfindən xx.xx.N-ci il tarixdə İddiaçı adına verilmiş 173 nömrəli order etibarsız hesab edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1995-ci il tarixli qərardadına əsasən Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh (Cinayət işi başlanmasını rədd etmək haqqında) xx.xx.2008-ci il tarixli qərarı ilə İddiaçı ərizəsində qeyd etdikləri xüsusatlar, yəni Şəmkir şəhərində yerləşən 3 nömrəli hərbi evlər idarəsində pasport qeydiyyatçısı vəzifəsində işləyən X2 həmin hərbi şəhərciyin ZHE-4 mənzil 37-də qeyri-qanuni yaşaması, MN-nin Gəncə rayon mənzil istismar sahəsinin rəhbərliyi ilə əlbir olub hərbi evləri mülki vətəndaşlara satmaqla məşğul olması, Dəllər qəsəbəsi M.Əsədov küçəsi, ev 9-da yaşayan və pasport qeydiyyatında olan, X6 ZHE-9 mənzil 14-ə qanunsuz pasport qeydiyyatına alması, xx.xx.N-ci il tarixdə 173 nömrəli order əsasında İddiaçı verilmiş sonradan alınmış, Şəmkir şəhəri 3 saylı hərbi evlər idarəsinin balansında olan Xətt-1 8 nömrəli evi və 49 saylı hərbi mağazanı balansdan silərək X1 barədə toplanmış 12/85C-08 nömrəli material üzrə, cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz qərarlarını və Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1995ci il tarixli 2-88 saylı qətnaməsini ləğv edib, xx.xx.N-ci il tarixli daimi orderin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, keçmiş SSRİ-i dövlətinin Silahlı Qüvvələrinin N saylı (Dəllər Qarnizonunda) hərbi hissəsində qulluq edərkən ona hərbi hissə tərəfindən N aprel N-ci il tarixli 173 saylı daimi order əsasında Şəmkir şəhər Hərbi şəhərcik, Xətt-1, 8 saylı fın tipli ev verilmişdir. O, həmin evdə 22 dekabr N-ci ildən 2008-ci ilin sonlarına kimi pasport qeydiyyatında olmuşdur. Bu faktı Azərbaycan Respublikasının DİN-nin ünvanlar bürosunun xx.xx.1998-ci il tarixli arayışı və 3 saylı Hərbi evlər idarəsinin verdiyi xx.xx.2008-ci il tarixli 165 saylı və xx.xx.2008-ci il tarixli 782 saylı arayışları təsdiq edir. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində (Gədəbəy rayonun Şınıx və Başkənd) Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında döyüşərkən ona verilən fın tipli evi və onun 0,05 ha torpaq sahəsini qanunsuz olaraq X7 zəbt etmişdir. Ona 173 saylı daimi order əsasında verilən fin tipli evin və onun 0,05 ha torpaq sahəsinin özünə qaytarılması üçün 1993-cü ildə Cavabdeh toplanan materiallar əsasında Prokurorluğun böyük köməkçisi Fərman Rzayev 11 aprel 1994-cü il tarixli qərarı (məktubu) ilə onun fin tipli evinin boşaldılması üçün Tovuz hərbi ticarət idarəsinə və X5 rəsmi olaraq qərar (məktub) göndərmişdir. X13 puluna və gücünə güvənərək qərarı (məktubu) almaqdan imtina etmişdir. O, Cavabdehna müraciət etmişdir ki, ona verilən N aprel N-ci il tarixli, 173 saylı daimi order əsasında olan evini boşaldaraq özünə qaytarsın. Buna baxmayaraq Qazax Hərbi X9 vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşaraq Qazax qarnizonun Prokurorluğunun böyük köməkçisi Fərman Rzayevi döydürərək Prokurorluqdan qovduqdan sonra Vaqif Quliyev və onun köməkçisi X11 Məmmədovla əlbir olaraq N aprel N-ci il tarixli 173 saylı daimi order əsasında ona verilən fin tipli 3 otaqlı evinin polunu və potolokunu sökdürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının MM və MPM-nin qanunlarını pozaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşaraq, ona qarşı heç bir iddiaçı olmadan 20 aprel 1995-ci il tarixində Şəmkir rayon Xalq Məhkəməsi qarşısında ona qarşı iddia qaldıraraq, keçmiş SSRİ dövlətinin Silahlı Qüvvələrinin N saylı hərbi hissə tərəfindən ona verilmiş N aprel N-ci il tarixli 173 saylı daimi orderini (Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt-1, ev 8-i və onun 0,05 ha torpaq sahəsini) ləğv etdirmiş və ona hədə-qorxu gələrək X5 qanunsuz olaraq satmışdır. Orderin verilməsini hərbi hissənin mənzil komissiyası təyin edir. (KEÇ) M.İ.H. isə hərbi hissə mənzil komissiyasının verdiyi aktları (sənədləri) icra edir. Orderin ləğv edilməsi hərbi mənzil komissiyasının səlahiyyətindədir. Orderin ləğv edilməsi Prokurorluğun səlahiyyətində deyil. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən Müdafiə Nazirliyinin məhkəmə icratına və prokurorluq orqanlarının işinə hər hansı müdaxilə etmək səlahiyyəti yoxdur. Bu səbəbdən də o, xidmət etdiyi dövrdə Prokurorluq ona hədə-qorxu etdiyi üçün Prokurorluğa müraciət edə bilmirdi. Cavabdehn qanunsuz qərarlarından və iddiasından o, həmişə maddi və mənəvi ziyan çəkmişdir. Cavabdeh 1991-ci ilin sonlarından zonalni Şəmkir Prokurorluğu olmuşdur. Bu səbəbdən də hesab edir ki, Qazax (Şəmkir) Hərbi Prokurorluğun qanunsuz qərarları və iddiası ləğv edilməli və daimi order təmin edilməlidir. Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt-1, 8 saylı fin tipli ev N aprel N-ci il tarixli 173 saylı daimi order əsasında hal-hazırda Gəncə M.İ.H.-də (KEÇ-də) onun adınadır. O, hərbi xidmətdən tərxis olunduqdan sonra ona verilən 173 saylı N aprel N-ci il tarixli daimi orderi bərpa etmək üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etdmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tədbir görmək əvəzinə onun müraciətini Cavabdehna ünvanlamışdır. Cavabdehn X9 və onun köməkçisi 1-ci dərəcəli hüquqşünası Elxan Əliyev qanunla müəyyən edilmiş qaydada tədbir görmək əvəzinə Rəfail Məmmədovun qanunsuz olaraq hərbi obyekti (mağazanı) özəlləşdirilməsinə, hərbi mağazanın ətrafını zəbt etməsinə göz yumaraq dolayı yollarla Rəfail Məmmədovun zəbt etdiyi əraziləri saxta sənədlə sənədləşdirərək xx.xx.2008-ci il tarixli 12/HP4344 №-li saxta qərar qəbul etdilər. Belə ki, Vaqif Quliyev və Elxan Əliyev saxta qərarında qeyd edir ki, Rəfail Məmmədov 49 saylı mağazada 1978-ci ildən işləyir. O, cavab olaraq bildirir ki, Rəfail Məmmədov 49 saylı mağazada 1978-ci ildən yox, 1990-cı ildən işləyir. Rəfail Məmmədov xx.xx.2001-ci ildə 49 saylı mağazanı qanunsuz olaraq özəlləşdirib. 2006-cı ildə hərbi ticarət mərkəzi ləğv edilib. Rəfail Məmmədov bildirmişdir ki, Xətt-1, 8 saylı evin orderi İddiaçı xx.xx.N-ci ildə verilmiş, lakin bundan sonra xx.xx.N-ci ildə Şəmkir rayon XDS İcra Komitəsi tərəfindən həmin evin olduğu yerdən ona 0,05 ha torpaq sahəsi ayrılmışdır. O, iddiaçı olaraq bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəmkir rayon şöbəsi xx.xx.2012-ci il tarixli 82 saylı məktubu ilə bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt-1, 8 saylı evin yerindən həmin torpaq sahəsinə aid X4 adına mülkiyyətini təsdiq edən heç bir hüquqi sənəd verilməmişdir. O, Şəmkir rayon Xalq Məhkəməsinin İş № 2-88-95-ci il tarixli qətnaməsindən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti versə də onun işi AR Ali Məhkəməsinə ünvanlanmayıb və ona məhkəmə prosesi barədə heç bir məlumat verilməyib. Şəmkir rayon Xalq Məhkəməsi AR Ali Məhkəməsinin adı ilə saxta qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi ona heç bir qərardad ünvanlamayıb. 2000-ci ilədək Azərbaycan Respublikasının 14 iyun 1995-ci il tarixli 3d- 281/95 saylı qərardad ondan gizlədilib. O, hərbi xidmətdən təxris olduqdan sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin 14 iyun 1995-ci il tarixli 3d-281 saylı saxta qərardadını almışdır. O, Şəmkir rayon Xalq Məhkəməsinin 20 aprel 1995-ci il tarixli iş № 2- 88/95 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Onun işi Azərbaycan Respublikasının Ali Məhkəməsində olmayıb. Bu faktı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatının xx.xx.2019-cu il tarixli 3-285/17 saylı məktubu təsdiq edir. Qazax Hərbi X9 sifariş əsasında onun orderini ləğv edibdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
10. Hazırki işdə iddiaçı Cavabdeh qanunsuz qərarlarını və Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-88 saylı qətnaməsini ləğv edib, xx.xx.N-ci il tarixli daimi orderin bərpa olunmasını xahiş etmişdir.
11. Yəni, iddiaçının hazırkı marağı ona Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt-1, 8 saylı fin tipli evin verilməsinə dair xx.xx.N-ci il tarixli 173 nömrəli orderin bərpa olunmasından ibarətdir ki, həmin order də Şəmkir rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-88 nömrəli qətnaməsi əsasında etibarsız hesab edilmiş və sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1995-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
12. Göründüyü kimi, İddiaçı Şəmkir şəhəri, Hərbi şəhərcik, Xətt-1, 8 saylı fin tipli evin verilməsinə dair xx.xx.N-ci il tarixli 173 nömrəli order qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir.
13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə:
14. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
15. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva