Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-486/2024 15.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin ilkin ayırma sənədlərinə uyğun düzəliş edilməsi və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli, **********69 reyestr nömrəli 0.25 ha və xx.xx.2019cu il tarixli **********70 reyestr nömrəli 0.25 ha torpağa aid plan-ölçü sənədində torpaq sahəsinin ilkin ayırma sənədlərinə uyğun düzəliş edilməsi və xx.xx.2019-cu il tarixli, 4Ə- 2029 saylı bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçmiş 0.25 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 0.51 ha olmaqla JN-598, KOD-50800058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında “Təmiz hava” fermer təsərrüfatının mülkiyyətində olmuşdur. xx.xx.2006-cı il tarixli, 4Ə/1-45 saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0.50 ha hissəsi X2, həmin alqı-satqı zamanı cavabdeh orqan tərəfindən arayş verilmiş, müvafiq plan-ölçü sənədi tərtib edilmiş, sonuncunun adına xx.xx.2006-cı il tarixli, **********13 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixli, 4Ə-3-857 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsi Ələddin Ələkbərov tərəfindən X1 və sonuncunun adına xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra, sonuncu qeyd olunan torpaq sahəsinin 0.25 ha hissəsini xx.xx.2017-ci il tarixli, 4ə-1925 saylı bağışlama müqaviləsi əsasında İddiaçı bağışlamış və həmin zaman da cavabdeh orqan tərəfindən torpaq sahəsinin bölgü planı tərtib edilmişdir. Qeyd olunan bağışlama müqaviləsi və bölgü planı əsasında sonuncunun adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə X10 ilə İddiaçı arasında 4Ə-2029 saylı bağışlama müqaviləsi bağlamış Rəşad Qurbanov ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində qalan 0.25 ha torpaq sahəsini də qardaşı İddiaçı bağışlamışdır. Sonuncu bağışlama müqaviləsindən sonra o, çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan çıxarışın verilməsindən imtina etmiş, imtinaya səbəb kimi torpaq sahəsinin Göygöl rayon Çaykənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, eyni zamanda torpaq sahəsinin yüksək gərginliki elektrik xəttinin mühafizə zonasında yerləşdiyi qeyd edilmişdir. Onun nümayəndəsi (vəkili) qeyd olunan yanlışlığın aradan qaldırılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan yanlışlığın aradan qaldırılması əvəzinə ona imtina verərək torpaq sahəsinin Göygöl rayon Çaykənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü, eyni zamanda torpaq sahəsinin yüksək gərginliki elektrik xəttinin mühafizə zonasında yerləşdiyini göstərmiş, halbuki, qeyd olunan yanlışlığı cavabdeh orqan özü etmişdir. Belə ki, JN-598, KOD- 50800058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aku əsasında “Təmiz hava” fermer təsərrüfatının mülkiyyətində olmuş torpaq sahəsi aktda göstərilən koordinatlarla sonradan çəkilmiş koordinatlar arasında fərq var. Cavabdeh orqanın günahı üzündən torpaq sahəsinin sonrakı plan və ölçüsü düzgün çəkilməmişdir. Torpağın ilkin ayırma və dövlət aktında yerləşmə nöqtələri ilə sonradan çəkilmiş plan-ölçü sənədləri bir-birinə uyğun belə gəlmir. Sonradan çəkilmiş plan ölçü sənədlərinin koordinatları başqa ərazilərə vurulmuşdur. Hansı ki, onların həmin torpağa heç bir aidiyyətləri yoxdur. Əgər belə bir hal olsa idi cavabdeh orqan 2006-cı ildə, 2014-cü ildə və 2017-ci ildə eyni torpağa çıxarış verməzdi və plan-ölçü sənədi tərtib etməzdi. O və ondan əvvəlki mülkiyyətçilər qanuni əsasla cavabdeh orqanın rəsmi sənədlərinə inanaraq alqı-satqı etdiyi halda cavabdeh orqan özü verdiyi hüquqmüəyyənedici sənədi tanımaq istəmir ki, bu da onun mülkiyyət hüququnu pozur. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 avqust 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlmiş, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etmiş, lakin iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. İddiaçının məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8618/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü aşkar edilmişdir. Bununla yanaşı aparılan araşdırma zamanı torpaq sahəsinin yerləşdiyi torpaq sahəsindən 35 KV-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi və nəticədə torpaq sahəsinin bir hissəsinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dovlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavahdehdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrasının mümkün olmaması barədə vətəndaşa xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6090/2023 nömrəli bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin maddənin ikinci bəndində Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulduğu göstərilmişdir. Qeyd olunan Qanunun 6.3-cü maddəsində Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na (EQQ- 1985 bənd 2.5.115) riayət edilməmişdir. Bu qaydalara əsasən 6 KV-luq elektrik xəttindən ara məsafəsi 10 metr və 110 KV-luq elektrik xəttindən isə 20 metr ara məsafəsi olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanla təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6090/2023 nömrəli məktubun surətindən görünür ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin, faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş JN – 0598, KOD 50800058 npmrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Xanlar rayon Çaykənd bələdiyyəsinin 27 fevral 2004-cü il tarixli, 12 saylı qərarı ilə satılmış 0.51 ha (cizgidə göstərilən sərhəd daxilində) torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi ilə dövlət aktı iki nüsxədən ibarət tərtib edilmişdir. Onun bir nüsxəsi torpaq mülkiyyətçisi “Təmiz hava” fermer təsərrüfatına verilmiş, ikinci nüsxəsi isə rayon(şəhər) şöbəsində saxlanılmışdır. -iş materiallarına əlavə edilmiş Xanlar Rayon Xalq X11 Heyətinin 29 sentyabr 1994cü il tarixli 9 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Xanlar rayon Qələbə kolxozunun örüş sahəsindən 0.50 ha ayrılıb “Təmiz-hava” sahibkar müəssisəsinə və yardımçı təsərrüfatın yaradılması üçün verilmişdir. -iş materiallarına əlavə edilmiş AN – İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “Təmiz hava” KFT-nın başçısı X14 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş 722 №-li arayışa əsasən 0.51 hektar sahədən ibarət Xanlar rayonu Toğana kəndində yerləşən torpağın yalnız 0.5 hektarını alıcı X8 mülkiyyətinə vermişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********13 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xanlar rayonu, Çaykənd kəndində yerləşən 0.5 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün olmaqla X9 məxsusdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixli, ********* nömrəli çıxarışına əsasən X9 məxsus olan Xanlar rayonu Çaykənd kəndi ünvanında yerləşən 0.5 ha torpaq sahəsi mülkiyyətçi tərəfindən X5 3500 (üç min beş yüz) manat müqabilində satılmışdır. -iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xanlar rayonu, Çaykənd kəndində yerləşən 0.5 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X10 ümumi sahəsi 0.5 ha olan torpaq sahəsindən yalnız 0.25 ha hissəsini hədiyyə alan qardaşı İddiaçı bağışlamışdır. -iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli A 187309 nömrəli, **********69 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Plan və ölçünün tərtib edilməsinə əsas xx.xx.2017-ci il tarixli, 4Ə-1925 nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.25 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X10 ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi (tam hissə) hədiyyə alan qardaşı İddiaçı bağışlamışdır. -iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli A 394425 nömrəli, **********70 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Plan və ölçünün tərtib edilməsinə əsas xx.xx.2019-cu il tarixli, 4Ə-2029 nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3827/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-0598 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən sahələrlə üst-üstə düşmür, həmin Dövlət Aktında göstərilən 2 (iki) hissədən (4978,30kv.m və 123,93 kv.m) ibarət torpaq sahələrindən 4978,30 kv.m hissənin hava məkanından hava elektrik ötürücü xətti keçdiyi müşahidə olunmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olan Xanlar rayonu, Çaykənd kəndində yerləşən 0.5 ha torpaq sahəsinin 0.25 ha hissəsi xx.xx.2017-ci il tarixli, 4Ə-1925 nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mülkiyyətçinin qardaşı İddiaçı bağışlamış, bağışlanan 0.25 ha torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli A 187309 nömrəli, **********69 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Daha sonra, X10 özündə qalan 0.25 ha torpaq sahəsini də (tam hissəsini) xx.xx.2019-cu il tarixli, 4Ə-2029 nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında qardaşı İddiaçı bağışlamış, həmin 0.25 ha torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2019-cu il tarixli A 394425 nömrəli, **********70 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilsə də, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilməmişdir. İddiaçı sözügedən çıxarışın əldə edilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan çıxarışın verilməsindən imtina etmiş, imtinaya səbəb kimi torpaq sahəsinin Göygöl rayon Çaykənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü, eyni zamanda torpaq sahəsinin yüksək gərginliki elektrik xəttinin mühafizə zonasında yerləşdiyini göstərmişdir. Bundan sonra, iddiaçı tərəf yaranmış yanlışlığın aradan qaldırılması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə, bir hissəsinin isə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdən tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. -139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə ədilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq ədən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə cavabdeh inzibati orqanın imtina məktubunda gətirdiyi arqumenti əsasız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək DƏDKR-in vəzifəsi hesab edilir. Bundan başqa, Nizamnaməyə görə DƏDKR-in fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparmaq kimi vəzifələri var. Göründüyü kimi, xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlaka dair hər hansı qeydiyyatın aparılması vəzifəsinin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh orqanın sözügedən torpaq sahəsinin faktiki mülkiyyətçisinə, yəni İddiaçı müvafiq çıxarışın verilməsindən imtinasına dair gətirdiyi arqumenti qanunsuz və əsassız edir. Belə ki, iş materiallarına əlavə edilmiş sözügedən torpaq sahəsinin - Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0.25 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmasına dair xx.xx.2019-cu il tarixli A 394425 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi əvvəlki mülkiyyətçinin, yəni X4 mülkiyyətində olarkən həmin torpaq sahəsinin mülkiyyətçiyə məxsusluğu faktını təsdiq edən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış mövcud olmuşdur. Lakin, həmin torpaq sahəsi iddiaçıya bağışlandıqdan sonra cavabdeh orqan tərəfindən ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan o nəticəyə gəlinir ki, torpaq sahəsi daşınmaz əmlak olduğundan və onun yerini dəyişmək mümkün olmadığından cavabdeh orqanın imtinasını əsaslandırdığı arqumentlər əsassızdır. Belə ki, məhkəmənin belə qənaətə gəlməsinin əsasını həmçinin, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktın qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunununa əsasən: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd olunan normativ hüquqi aktların normalarını sistemli şəkildə təhlil edərək hazırki işin hallarına uyğunlaşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, xx.xx.2017-ci il tarixli, A 187309 nömrəli, **********69 reyestr nömrəli 0.25 ha və xx.xx.2019-cu il tarixli, A 394425 nömrəli, **********70 reyestr nömrəli 0.25 ha torpağa aid plan-ölçü sənədində torpaq sahəsinin ilkin ayırma sənədlərinə uyğun düzəliş edilməsi və xx.xx.2019-cu il tarixli, 4Ə-2029 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmiş 0.25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. xx.xx.2017-ci il tarixli, A 187309 nömrəli, **********69 reyestr nömrəli 0.25 ha və xx.xx.2019-cu il tarixli, A 394425 nömrəli, **********70 reyestr nömrəli 0.25 ha torpağa aid plan-ölçü sənədində torpaq sahəsinin ilkin ayırma sənədlərinə uyğun düzəliş edilməsi və xx.xx.2019-cu il tarixli, 4Ə-2029 saylı daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmiş 0.25 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov