Məhkəmə qərarları › İş №2-1(114)-486/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-486/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-486/2025 05.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclasının katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X3 Tərtər rayonu, Sarıcalı kəndi, ev 0 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər rayonu, Sarıcalı kəndi, ev 0 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2022ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X3 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X3 ona məxsus olan Tərtər rayonu, Sarıcalı kəndi, ev 0 ünvandan qeydiyyatdan çıxarılmasıı öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Tərtər rayon Yuxarı Sarıcalı kəndində yaşayır, sözü gedən ünvan xx.xx.2022-cı il tarixdən onun mülkiyyətindədir. X5 ona məxsus olan mülkiyyətində qeydiyyatdadır.O, bununla bağlı Tərtər rayon Polis şövbəsınə müraciət etsə də, ona məxsus olan evindən qeydiyyatda olan şəxsın ancaq məhkəmə qaydasında çıxara biləcəyini bildirmişdilər X1 rayon Yuxarı Sarıcalı kəndində olan onun mülkiyyətində qeydiyyatda qalması hüquqlarının pozulmas ilə nəticələnir. Məhkəmənin sorğusuna cavab olaraq Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli cavab məktubu və ona əlavə edilmiş Tərtər RİHB 4 saylı Düyərli kənd İƏD üzrə nümayəndəliyinin arayışına əsasən X2 rayonun Yuxarı Sarıcalı kəndində qeydiyyatda olmaqla İddiaçı evində yaşayır və orada qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli 2(061)-1001/2022 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı üçüncü şəxslə 2013-cü ildən faktiki ailə münasibətinə daxil olublar, əvvəl kirayə evdə yaşamışlar sonradan isə birgə yaşadıqları dövrdə Sarıcalı kəndində 0,10 ha həyətyanı torpaq sahəsi alaraq həmin torpaqda ümumi sahəsi 80.1 kv.metr, yaşayış sahəsi 37.4 kv.metr, köməkçi sahəsi 42,7 kv.metr olan iki otaqdan ibarət fərdi yaşayış evi tikmişlər. Evin tikintisi onların birgə yaşadıqları dövrdə aparılmışdır. İddiaçı evin yalnız özü tərəfindən tikildiyini iddia etsə də, işdə olan bank krediti sənədlərindən görünür ki, hər iki tərif birgə yaşadıqları dövrdə banklardan evin tikintisi ilə bağlı müxtəlif məbləğlərdə kreditə pul götürmüşlər. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxs xx.xx.2025-ci il tarixində teleqram ünvanlayaraq İddiaçı ona xəsarət yetirdiyindən səhətində olan problemə görə məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli cavab məktubu Tərtər Rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli 2(061)-1001/2022 saylı qətnaməsi və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tərtər rayonu, Sarıcalı kəndi, ev 0 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Eyni zamanda Tərtər Rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli 2(061)-1001/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı və üçüncü şəxs 2013-cü ildən faktiki ailə münasibətinə daxil olublar, əvvəl kirayə evdə yaşamışlar sonradan isə birgə yaşadıqları dövrdə Sarıcalı kəndində 0,10 ha həyətyanı torpaq sahəsi alaraq həmin torpaqda ümumi sahəsi 80.1 kv.metr, yaşayış sahəsi 37.4 kv.metr, köməkçi sahəsi 42,7 kv.metr olan iki otaqdan ibarət fərdi yaşayış evi tikmişlər. Evin tikintisi onların birgə yaşadıqları dövrdə aparılmışdır. İddiaçı evin yalnız özü tərəfindən tikildiyini iddia etsə də, bank krediti sənədlərindən müəyyən olunmuşdur ki, hər iki tərif birgə yaşadıqları dövrdə banklardan evin tikintisi ilə bağlı müxtəlif məbləğlərdə kreditə pul götürmüşlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Göründüyü kimi Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-1001/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı üçüncü şəxslə faktiki nikah münasibətində olmuş, hazırda iddiaçının üçüncü şəxsi qeydiyyatdan çıxarılmasını tələb etdiyi evin tikintisi onlar faktiki nikah münasibətində olduğu dövrdə birgə aparılmışdır. Eyni zamanda Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-1001/2022 saylı qətnaməsi ilə üçüncü şəxsin qeyd edilən ünvanda güman edilən payının olduğu nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış qətnamə əsasında yuxarıda qeyd olunmuş fakt müəyyən edildiydindən iddiaçının tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı X3 Tərtər rayonu, Sarıcalı kəndi, ev 0 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar