Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-488/2025 22.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən Şəhər İcra Hakimiyyətinə qarşı “işə bərpa və məcburi iş buraxılma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh başçısının 04 iyul 2023-cü il tarixli 81 nömrəli sərəncamı ilə Cavabdeh Başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məcləhətçisi, 2-ci dərəcə dövlət qulluqçusu - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.1; bəndinə uyğun olaraq, ərizəsinə əsasən, xx.xx.2023- cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdehnə təsir altında verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız edilməklə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamını (əmri) qanusuz və əsasız olduğu üçün ləğv edilib, onu əvvəlki işinə Cavabdeh Başçısı Aparatında Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin böyük məsləhətçisi (dövlət qulluğuna) vəzifəsinə bərpa edilməsinə və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq onun Cavabdehnə qarşı işə bərpa olunmağı və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair iddia ərizəsinin verilməsinə görə ötürülmüş müddətin üzürlü hesab edilməsini və ötürülmüş müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daşkəsən RİH-i onun işdən çıxması ilə bağlı sərəncamın surətini xx.xx.2023-cü il tarixdə müşayət məktubu olmadan və əmək kitabçasını isə işdən çıxarılma əmri yazılmadan ona poçt vasitəsi ilə göndərilmişdir və o, xx.xx.2023-cü il tarixdə əmrin surətini və əmək kitabçasını qəbul etmişdir.Əmək kitabçası isə yazılma və saxlanma qaydalarına riayət olunmadan ona göndərilmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasının tətbiqi barədə Daşkəsən RİH-nə təklif göndərmişdir. Onun təklifinə İcra Hakimiyyəti tərəfindən heç bir cavab verilməmişdir. Ona görədə xx.xx.2023-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına işə bərpa ilə bağlı mediator təyin olunmasına dair ərizə ilə müraciət etmişdir. Gəncə 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli bildirişi tərəflərə göndərilmişdir və mediasiya sessiyasının keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Daşkəsən RİH-i xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak etmədi və iştirak etməmələrinin səbəblərini açıqlamadı.Mediasiya sessiyası vasitəsi ilə heç bir nəticə olmadığına görə xx.xx.2023-cü il tarixdə işə bərpa və iş buraxma günləri üçün əmək haqqı ödənilməsinə dair Daşkəsən rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Daşkəsən rayon məhkəməsi xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında ona işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməsinə dair iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməli olduğunu bildirilmiş və işin icraatına xitam verilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdən biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin 04 iyul 2023-cü il tarixli 81 nömrəli əmrinin ləğv edilməsi məqsədini güdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı iş üzrə materiallardan görünür ki, 04 iyul 2023-cü il tarixli 81 nömrəli əmr iddiaçı tərəfindən 6 aydan artıq müddət keçdikdən sonra, yəni 2024-cü ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. Mübahisələndirilən həmin əmrdən iddiaçının elə 04 iyul 2023-cü il tarixdən məlumatlı olduğu həm iddiaçının məhkəmə iclası zamanı izahatı eyni zamanda iş üzrə materiallarla da təsdiq olunur.Belə ki, Cavabdeh Başçısının 81 nömrəli 04 iyul 2023-cü il tarixli sərəncamının məzmunundan aydın olur ki, iddiaçı könüllü olaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir eyni zamanda iddiaçıya axırıncı haqq-hesabının ödənilməsi təmin edilmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında, eyni zamanda iş materialına əlavə edilmiş disk formatında olan səs yazısına istinad edərək bildirmişdir ki, həmin diskdə səs yazısından da aydın olur ki, ona təzyiq edilərək məcburi işdən azad olunma ərizəsi yazdırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən həmin səs yazısı dinlənilmiş, həmin səs yazısının nə zaman yazılması, səslərin hansı şəxslərə aid olması aydın deyil. Eyni zamanda iddiaçı qeyd etdiyi kimi həmin səs yazısı ilə bağlı ona hər hansı təzyiq göstərilməsi ilə bağlı vaxtında iddiaçı tərəfindən hər hansı bir tədbir görülməmişdir. İş materialları ilə də müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediatorun təyin edilməsi barədə müvafiq orqana, xx.xx.2023-cü il tarixdə isə iddia tələbi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişdir.Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə isə iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılması səbəbini isə işdən azad olunan zaman əmək kitabçasının ona təqdim edilməməsi ilə əsaslandırmışdır. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzrlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Eyni zamanda Cavabdeh Başçısının 81 nömrəli 04 iyul 2023-cü il tarixli sərəncamının məzmunundan aydın olur ki, iddiaçı könüllü olaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir həmin tarixdən vəzifəsinin icrasından azad edilmiş işə getməmişdir.Həmçinin iş materialları ilə də müəyyən olunur ki, iddiaçının işdən azad olunmağı barədə məlumatı olsa da xx.xx.2023-cü il tarixdə mediatorun təyin olunması barədə müvafiq orqana müraciət etdikdə belə qanunverici ilə İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə 30 günlük iddia müddətini buraxmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Daşkəsən Şəhər İcra Hakimiyyətinə qarşı “onun Cavabdehnə təsir altında verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinin etibarsız edilməklə Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 81 saylı sərəncamını (əmri) qanusuz və əsasız olduğu üçün ləğv edilib, onu əvvəlki işinə Cavabdeh Başçısı Aparatında Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin böyük məsləhətçisi (dövlət qulluğuna) vəzifəsinə bərpa edilməsinə və onun məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-488/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-488/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver