Məhkəmə qərarları › İş №2-1(114)-489/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-489/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-489/2022 29.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilədək X4 maşinist işlədiyi müddətdə “bel fəqərəsinin yayılmış osteoxondrozu” xəstəliyinə tutulduğundan ona peşə xəstəliyi, yəni “Bel fəqərələrinin osteoxondrozu və defor edici spondiliozu fonunda davamlı ağrı sindromu ilə gedən t-t fəsadlaşan xr. Dikogen bel oma radiki sağ tərəfli davamlı limbo sind yeriş funk poz sağ pəncə parezi hipertaniya xəs 2 dər.” xəstəliyi ilə bağlı İİ qrup əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə TSEK-nin qərarı ilə ona beş illik əlillik dərəcəsi təyin edilmiş, bu müddət ərzində dəfələrlə müalicə olunmuşdur. Əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi X7 xəstəxanasında təkrar stasionar müalicədə olmuşdur. TSEK-yə müraciət etmiş, lakin birinci dəfə əlavə müayinəyə ehtiyac olduğu bildirilmişdir. xx.xx.2021-ci il tarixli, 0452003AAKHN nömrəli ikinci imtina məktubunda isə ona “M42 onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu və deformasiya edici spondilozu fonunda davamlı ağrı sindromu ilə gedən tez-tez fəsadlaşan xroniki diskogen bel-oma radikulopatiyası. Sağ tərəfli davamlı lumboişalqiya. Yeriş funksiyasının pozulması. Sağ pəncəninparezi. Arterial hipertensiya İİ mərhələ.əlavə risk İV qrup. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması. Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya. Arterial hipertensiya İİ mərhələ.əlavə risk İV qrup”. Əlilliyin artırılmasından imtina edilir məzmunda cavab göndərilmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, X6 adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021 -ci i tarixli 0452003AAL2D saylı göndərişi əsasında baxılmış və “X1:Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: TSEKə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu və deformasiya edici spondiliozu fonunda davamlı ağrı sindormu ilə gedən tez-tez fəsadlaşan xroniki diskogen bel-oma radikulopatiyası. Sağ tərəfli davamlı lumboişalqiya.yeriş funksiyasının pozulması. Sağ pəncənin parezi. Arterial hipertenziya İİ mərhələ.əlavə risk İV qrup. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yeriş funksiyasının pozulması. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ mərhələ.əlavə risk İV qrup. Yanaşı xəstəliklər H27 Büllurun digər xəstəlikləri, VisOD=0,8 İOL ilə. VisOS=0,1 İOİ ilə, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Əsas diaqnozun agirliq dərəcəsini və yardimçi müayinələri deqiqleşdirilməsi üçün Xəstənin Bakı şəhəri RKX-da müayinə və müalicə olunmasına qərar verilir” səbəbi imtina verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il qiymətləndirilmə tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı “Əlavə müalicəyə ehtiyacın olması” səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, T 410/2022 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində (088 nömrəli Formada) qeyd edilən “M42-onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu və deformasiyaedici spondiliozu fonunda davamlı ağrı sindromu ilə gedən tez-tez fəsadlaşan xroniki diskogen bel-oma radikulopatiyası, sağ tərəfli davamlı lumboişalgiya, yeriş funksiyasının pozulması, sağ pəncənin parezi, arterial hipertensiya İİ mərhələ, əlavə risk İV qrup. Ağırlaşma: G83.1-aşağı ətrafların moniplegiyası, sağ pəncənin parezi. Ağırlaşma: R26-hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması. Yanaşı xəstəliklər: İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, əlavə risk İV qrup” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərə əsasən əlillik dərəcəsi təyin olunmur. Lakin peşə xəstəliyi ilə əlaqədar əyani komissiyaya müraciət etməklə peşə əmək qabiliyyətinin itirilmə faizi 20% təyin edilə bilər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2021ci il tarixdə əlilliyin müddəti bitmiş, daha sonra iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsini xahiş etsə də, əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanunun 3-cü maddəsinə əsasən tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya sonuncu dəfə ”əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina edilmişdir. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın müvafiq qərarı və imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar