Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-49/2021 15.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.N0N0-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N974-cü ildə Ağdam rayonu, Qaradağlı kəndində anadan olmuşdur. Çağırış əsasında Azərbaycan Respublikası ordu sıralarına daxil olmuşdur. xx.xx.N99N-ci ildə Ağdam Rayon Hərbi Komissarlığından xidmət etmək üçün ordu sıralarına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, N nömrəli əmrilə xx.xx.N99N-ci il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək, sıravi hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin edilmişdir. xx.xx.N996-cı il tarixdə qanuni əsaslarla ordu sıralarından tərxis olunmuşdur. Həqiqi hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müxtəlif vaxtlarda müraciətlər etmişdir. İddiaçının ərizəsinə cavab olaraq bildirmişlər ki, Mərkəzi Arxivin xx.xx.N0N9-cu il tarixli, 9/N-7N00 nömrəli arayışndakı məlumatlarla hərbi biletindəki məlumatlar ziddiyət təşkil etdiyinə görə və arxiv arayışına əsasən eyni vaxtda N hərbi hissədə xidmət etməsi barədə məlumatı nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N8- ci il tarixli, 4NN nömrəli qərarını əsas tutaraq İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx N0N0-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.N0N0-ci il tarixli, NN/893 nömrəli iddia tələbinə dair etirazda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ********* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N9cu il tarixli, N/M-N8N40 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.N0N9-cu il tarixli, 9/N-7N00 nömrəli arxiv arayışı; - iddiaçıya məxsus xx.xx.N99N-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.N0N9-cu il tarixli, HP0N/538 nömrəli məktubunun əsli; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.N0N9-cu il tarixli, M-N003 nömrəli arayışının əsli; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən alınmış xx.xx.N0N0-ci il tarixli, 9/N-6N09 nömrəli və xx.xx.N0N0-ci il tarixli, 9/N-9305 nömrəli cavab məktubları; - məhkəmənin sorğusu əsasında alınmış Kəpəz Rayon Polis İdarəsinin xx.xx.N0N0ci il tarixli, NNN-N09N9-NNN0 nömrəli cavab məktubu; - 86 nömrəli hərbi hissənin xx.xx.N995-ci il tarixli, 4NN nömrəli arayışının əsli; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş Arxiv çıxarışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı qeydiyyat kartası. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci maddəsinin tələblərinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.N0N9-cu il tarixli, 9/N- 7N00 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-5N, sıra-N9) Ağdam Rayon Hərbi Komissarlığından çağırılmış, N974-ci il təvəllüdlü İddiaçı xx.xx.N99N-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin siyahısına daxil olması və xx.xx.N996-cı il tarixli xaricolma sənədi ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Ağdam Rayon Hərbi Komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N99Nci il tarixli, N nömrəli əmrilə (əsas: səh-8, §-3, sıra-59) xx.xx.N99N-ci tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək, sıravi hərbi rütbəsi verilməklə “kursant" vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N99N-ci il tarixli, N86 nömrəli əmrində (əsas: səh-N3N, §~3, sıra-48) bir qrup hərbi mükəlləfiyyətlilərin Ağdam müdafiə batalyonunun təkibinə daxil olunması barədə məlumat vardır. Əmrə əlavə olunmuş siyahıda İddiaçı adı qeyd olunmuşdur. N90 nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, iyul N997-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Ərizədə N () nömrəli hərbi hissədə xidmət dövrü (il, ay) dəqiq göstərilmədiyindən İddiaçı barəsində əlavə araşdırma aparılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N9-cu il tarixli, N/M-N8N40 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissəyə daxil olması barədə məlumat vardır. Lakin N nömrəli hərbi hissədə xidməti, qanuni əsaslarla ehtiyata buraxılması və N90 nömrəli hərbi hissəyə daxil olması, xidməti, qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtlən haqqında” Əsasnamənin Nci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndini və qeyd hissəsini əsas tutaraq Müdafiə Nazirliynin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da İddiaçı müharibə veteranı adını və müvafiq vəsiqənin verilməsinə dair xx.xx.N0N9-cu il və təkrar xx.xx.N0N9-cu il tarixli iclaslarında müsbət qərar qəbul edilməmişdir. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli, 9/N-6N09 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Ağdam Rayon Hərbi Komissarlığından çağırılmış, xx.xx.N974-cü il təvəllüdlü XN N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N99N-ci il tarixli, N nömrəli əmrilə (əsas: §-3, sıra-59; qeyd: əmrdə adı Xənani yazılmışdır) sıravi hərbi rütbəsi verilməklə xx.xx.N99N-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N99N-xx.xx.N99N-ci il, səh. 5N, sıra-N9) xx.xx.N99N-ci il tarixdə Ağdam Rayon Hərbi Komissarlığından çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, N nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və şəxsi heyətin siyahısından çıxarılması qrafasında xx.xx.N996-cı il tarixli, N5N8 nömrəli xaric olma ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N99N-ci il tarixli, N86 nömrəli əmrində (əsas: §-3, səh. N3N) bir qrup hərbi mükəlləfiyyətlilərin Ağdam müdafiə batalyonunun tərkibinə daxil edilərək ümumi təchizatla təmin olunması barədə məlumat vardır. Əmrə əlavə olunmuş Adlı siyahıda (əsas: sıra-48; qeyd: məlumatda adı Xaqani yazılmışdır) XN adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin dekabr N99Nci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamış və N90 nömrəli hərbi hissə komandirinin N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmçinin məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli, 9/N-9305 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N99N-ci il tarixli, N86 nömrəli əmrində (əsas: §-3, səh. N3N) bir qrup hərbi mükəlləfiyyətlilərin Ağdam müdafiə batalyonunun tərkibinə daxil edilərək ümumi təchizatla təmin olunması barədə məlumat vardır. Əmrə əlavə olunmuş Adlı siyahıda (əsas: sıra-48; qeyd: məlumatda adı Xaqani yazılmışdır) XN adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında alınmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş Arxiv çıxarışında edilmiş qeydlərdən görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, N nömrəli əmri ilə xx.xx.N99N-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün müavinətlərlə təmin olunmuş və siravı əsgər rütbəsi verilib, kursant vəzifəsinə təyin edilmişdir. Məhkəmənin sorğusu əsasında alınmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı qeydiyyat kartasında edilmiş qeydlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli, NN0 saylı əmri ilə xx.xx.N997-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.N995-ci il tarixli, 4NN nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N993-cü il tarixdə N nömrəli Hərbi hospitala müraciət etmişdir. Sol bilək nahiyyəsi əzilmiş, kəsilmişdir. Arayış Ağdam Rayon Hərbi Komissarlığına təqdim edilməsi üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.N0N9-cu il tarixli, M-N003 nömrəli arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotundakı məlumata əsasən xx.xx.N974-cü ildə Azərbaycan Respublikası Ağdam rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.N0N9cu il tarixli, HP0N/538 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur. Məhkəmənin sorğusu əsasında alınmış Kəpəz Rayon Polis İdarəsinin xx.xx.N0N0-ci il tarixli, NNN-N09N9-NNN0 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.N974-cü ildə Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan İddiaçı məhkumluğu və axtarışda olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin Məlumat Mərkəzində məlumat yoxdur. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etsə də, N saylı hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, N nömrəli əmri ilə xx.xx.N99N-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınıb, sonradan könüllü olaraq döyüşlərdə iştirak etdiyini və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli, NN0 saylı əmri ilə xx.xx.N997-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanunla qorunan hüquqlarını pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin N-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-49/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-49/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver