Məhkəmə qərarları › İş №2-1(114)-490/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-490/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-490/2020 23.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X10, X5, X11, X12, X26 Hakimiyyəti Mənzil Kommunal X4 və Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi tabeliyində Dövlət X23 publik hüquqi şəxs) qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli «Daşınmaz əmlakın alğı-satqı» müqaviləsinə əsasən satıcı X3 şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, bina 18, mənzil 21 ünvanında yerləşən mənzili alıcı Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinə satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2017-ci il qeydiyyat tarixli, RR seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən ev Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət X17 məlumatından və X26 Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli, 637 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və X14 nazirinin müvafiq əmri ilə X26 Hakimiyyətində xx.xx.1995-ci il tarixdə mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və şəhid ailəsi olan İddiaçı istifadəsinə (5 nərəf ailə tərkibi ilə birlikdə) Gəncə şəhərində 3 otaqlı mənzil verilmişdir. X26 Hakimiyyəti Mənzil-Kommunal X4nin xx xxxxxx 2019-cu il tarixli, 926 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ev İddiaçı (5 nəfər ailə üzvləri ilə birlikdə) adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, 30686776 nömrəli arayışına əsasən X10, X5, X16, X11 və X2 şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, bina 18, mənzil 21 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2019-cu il tarixli, 120- 26979Ə-3219 nömrəli məktubu ilə X6, X1, X9, X7 və X8 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İmtina «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla onunla əsaslandırmışdır ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və yayaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdeh üzərinə X6, X1, X9, X7 və X8 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzili şəhid ailəsi olduğuna görə növbəllik qaydasında almış, həmin mənzil Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli Sərəncamına əsasən Dövlət X23 tərəfindən verilmişdir. Onun mülkiyyətində olan ünvan 4-də iddia ərizəsində qeyd etdiyi üçüncü şəxslər qeydiyyatdadırlar. Həmin şəxsləri tanımır və yaxın qohumları deyildir. Bu hal isə onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehnə ərizə ilə müraciət edərək adı çəkilən şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etsə də, cavabdeh orqan xx.xx.2019-cu il tarixli məktubla imtina cavabı verərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək üçüncü şəxslərin mənzildə qeydiyyada olmalarının onun əlavə kommunal xərc ödəməsinə səbəb olduğunu, ailəsinin maddi imkanının yaxşı olmadığını bildirdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh orqana və üçüncü şəxslərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, X26 Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli, 926 nömrəli şəxsi hesabdan çıxarışı və xx.xx.2019-cu il tarixli, 637 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli, ******* nömrəli « Yaşayış yeri üzrə qeydiyyat haqqında » arayış, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın təsdiqlənmiş surəti, Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 120-26979Ə-3219 nömrəli imtina məktubu, xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin təsdiqlənmiş surəti, əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən ev X26 Hakimiyyəti Mənzil-Kommunal X4nin xx xxxxxx 2019cu il tarixli, 926 nömrəli şəxsi hesabdan çıxarışdan əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda onun faktiki istifadəsindədir. Mənzillə bağlı kommunal ödənişlər iddiaçı tərəfindən ödənilir və üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olmaları onun əlavə öhdəliklərinin yaranmasına səbəb olur. İddiaçı Cavabdehnə müraciət edərək, istifadəsində olan mənzildən X6, X1, X9, X7 və X8 qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin inzibati orqan onları qeydiyyatdan çıxartmamış və iddiaçıya məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cü bəndində təsbit olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun;

1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

5. maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

9. maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbinə əsasən mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməmlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması qanuni və əsaslıdır. Belə ki, şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia tələbi təmin edilsin. X6, X1, X9, X7 və X8, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar