Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-490/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ona ödənilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Xəstəlik haqqında 82 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü ildə şəhadətləndirilmiş Diaqnoz: “C19-Yoğun bağırsağın Cr-i. Peritoneal kanseromatoz, qaraciyərə mts, İV mərhələ. PKT-dan sonrakı vəziyyət.” Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 13/Ə/1(h)848/2023 nömrəli əmrinə əsasən Polis kapitanı X6, Kəlbəcər RPŞ-nSn Dövlət yol X11-patrul xidməti baş inspektoru, "İstefada olan polis kapitanı” sayılmaqla, 28 mart 2023-cü il tarixdən "Azərbaycan Respublikasın X8 xidmət keçmə haqqında Əsasnamə” yə müvafiq olaraq xidmətdən 135-ci maddənin 6-cı bəndi ilə səhhətinə görə xaric edilmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-8157/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı və xidmətdə olduğu zaman aldığı xəsarətə (yaralanma, travma, kontuziya) görə xidmətdən çıxdıqdan sonra üç il müddətində həlak olması (vəfat etməsi), xəsarət alması və (və ya) əlilliyinin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Müraciət araşdırılarkən məlum olmuşdur ki, X6 2023-cü əvvəllərində xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən ehtiyata buraxılmış, xx.xx.2023-cü il tarixində isə köndələn çənbər bağırsağın bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Qeyd olunanları nəzərə alaraq, X3 xidmət dövründə xəstələnməsi və həmin xəstəlik səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmədiyindən, onun vərəsə və ya vərəsələrinə sığorta ödənişin verilməsi mümkün deyil. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Dövlət icbari şəxsi məsələləri departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qurban Həsənovun polis orqanlarında,xüsusilə Kəlbəcər rayonu ərazisində ağır şəraitdə xidmət etməsini, məhz orada tutduğu ağır xəstəliyin davamı olaraq vəfat etməsini nəzərə alıb, “Məhkəmə hüquq mühafiizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun xidməti vəzifələrinin icrası ilə bağlı vəfat etməsi kimi qiymət verərək, sığorta hadisəsi hesab edib Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Dövlət icbari şəxsi məsələləri departamentinin üzərinə sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qurban 1986-cı ildə doğulmuş,15 ildən çox müddət DİO-da çalışmışdır. Son bir neçə il idi ki, Kəlbəcər rayon PŞ-də yol polisi bölməsində işləyirdi, polis kapitanı idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunan gündən o mütamadi olaraq Kəlbəcər rayonu ərazisində 3 ilə yaxın müddət idi ki, əlində silah əsğərlərimizlə birlikdə torpaqlarımızın keşiyini çəkirdi. Lakin, xidmət etdiyi dövrdə, yəni keçən ilin əvvəllərindən onun səhhətində ciddi dəyişikliklər olmuş, Gəncə mərkəzi Kliniki xəstəxanada müayinə olunarkən onda qorxulu diaqnoz-xərcəng xəstəliyi olması müəyyən edilmişdir. Keçən ilin oktyabr ayında onu X12 xəstəxanasına göndərmişlər. Orada diaqnoz təsdiq edilmişdir xəstəlik artıq onun bir neçə orqanına yayılıb, metaztaz baş veribdir. Qurban orada 15-20 gün qalandan sonra ona 18 dəfə kimya terapeya almalı olduğu deyildi. Birinci terapeyanı Türkiyədə aldıqdan sonra o, Bakı şəhərinə qayıtmış və Mərkəzi Kliniki xəstəxanada müalicəsini davam etdirmişdir. Türkiyədə olduğu müddətdə müalicə xərcləri təxminən 40 min ABŞ dolları eləmişdir. Bakıda isə hər dəfə kimyəvi terapeyayaya görə 3-4 min manat xərc olmuşdur. Qurban 2022-ci ilin oktyabr ayından faktiki olaraq işə çıxa bilməmiş və 2023-cü ilin əvvəllərində onu səhhəti ilə əlaqədar xidmətə yararsız hesab edərək, X8n azad edilmişdir. Ona polis orqanlarında işləmiş əməkdaş kimi 1-ci qrup əlillik dərəcəsi təyin edilmiş, bir neçə ay sonra isə, 07 iyul 2023-cü il tarixdə o vəfat etmişdir. Cavabdeh orqan iddiaya dair etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının tələbi qanunsuz və əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə icraat materialları ilə müəyyən olunur ki, Q.Həsənov xx.xx.1986-cı il təvəllüdlüdür. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, Q.Həsənov 2007-ci ildən 2008-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrində,2008-ci ildən xx.xx.2023-cü il tarixədək isə X8 xidmət keçmişdir. İddiaçının mərhum həyat yoldaşı Q.Həsənovun vəzifəsi Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis X13 X11 Patrul Xidmətinin baş inspektoru olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xəstəlik Haqqında Şəhadətnaməsi ilə müəyyən edilir ki, Q.Həsənov xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri X5 KT müayinəsi olunmuş, "Köndələn çənbər bağırsağın CR-i, qaraciyər və qarın boşluğunda çoxsaylı mts-lar” aşkar olunmuşdur. Türkiyə Respublikasının İstanbul şəhərində İ6.10.2022-ci il tarixdən l8.10.2022-ci il tarixədək Acıbadəm klinikasında müayinə edilmiş, ilkin diaqnozu təsdiqlənmişdir. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, xəstəlik X8 xidmətkeçmə dövründə alınmış və Daxili İşlər Nazirliyinin xx.xx.2002ci il tarixli 25 saylı əmrinin xəstəliklər cədvəlinin 2-ci qrafasının 8 a maddəsinə əsasən xidmətə yararsızdır. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı Q.Həsənov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elketron X1 altsistemi məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksyalarının 81-100 faiz pozulması müəyyən edilmişdir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Qanunun: Maddə 19. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası və onlara müavinət ödənilməsi Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanun: Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz c) sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;- Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Əmək Pensiyaları haqqında Qanun: 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2.hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Beləliklə qeyd olunan normativ hüquqi aktların əlaqəli təhlili ilə müəyyən olunur ki, şəxsə sığorta ödənişinin verilməsi üçün əsas sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyi müəyyən edilməlidir. İş üzrə icraat materiallarına əlavə olunmuş xüsusi həkim komissiyasının rəyi ilə müəyyyən olnur ki, mərhum Q.Həsənova xidməti vəzifələrinin icrası ilə bağlı deyil, xidmət dövründə xəstələnməsi ilə əlaqədar ehtiyata buraxıldığı, daha sonra isə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksiyalarının 81-100 faiz pozulması müəyyən edilərək əlillik təyin edilmişdir. Hesab edilir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının Nazirlik tabeliyində Fonda qarşı qaldırmış olduğu iddiasında qeyd olunan sığorta ödənişinin ödənilməsi tələbi təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu qeyd edilməklə, mərhum həyat yoldaşı X3 dövlət icbari şəxsi sığortası hərbi xidmət dövründə baş verdiyi üçün xəsarət alması və əlillik təyin olunaraq ona İ qrup əlillik təyin olunmuşdur, məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi sığortası haqqında qanun 5-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilərək sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X7 məhkəmə iclasına gəlmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iddiaçının hazırki tələbi mərhum həyat yoldaşı X4 məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi sığortası haqqında qanun 5-ci maddəsinə əsasən sığorta hasdisəsi hesab edilərək sığorta ödənişinin ona ödənilməsinsən ibarətdir ki, cavabdeh orqan X6 2023-cü əvvəllərində xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən ehtiyata buraxılmış, xx.xx.2023-cü il tarixində isə köndələn çənbər bağırsağın bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Qeyd olunanları nəzərə alaraq, X3 xidmət dövründə xəstələnməsi və həmin xəstəlik səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmədiyindən, onun vərəsə və ya vərəsələrinə sığorta ödənişin verilməsi mümkün olmadığını bildirərək imtina cavabı vermişdir. Məhkəmə cavabdeh orqanın imtinası ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Qanuna əsasən: Maddə 19. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası və onlara müavinət ödənilməsi Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanuna əsasən: Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz c) sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Göründüyü kimi mərhum X6 xidməti vəzifəsinin icrası ilə bağlı deyil, xidmət dövründə xəstələnməsi ilə əlaqədar ehtiyata buraxılmış, daha sonra isə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksiyalarının 81-100 faiz pozulması müəyyən edilərək əlillik təyin edilmiş, xx.xx.2023-cü il tarixində isə vəfat etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Xəstəlik haqqında 82 nömrəli şəhadətnamə ilə müəyyən edilir ki, X3 diaqnozu “C19-Yoğun bağırsağın Cr-i. Peritoneal kanseromatoz, qaraciyərə mts, İV mərhələ. PKT-dan sonrakı vəziyyət.” Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır. Yuxarıda qeyd edilmiş normaların təhlili ilə də müəyyən olunur ki, X6 xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməmişdir. O, xidmət dövründə qeyd olunmuş xəstəliyə tutulmuş, xəstəlik səbəbindən xidmətinə xitam verilmişdir. X3 xidmət dövründə xəstələnməsi və həmin xəstəlik səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-490/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-490/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver