Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4908/2024 19.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı sərəncamda düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Gəncə İnzibati Məhkəməsinin hakimi Əliyeva Gülşən Talıb qızı İddiaçı X2 Cavabdehnə qarşı Cavabdeh başçısının 07 aprel 1995-ci il tarixli 65 nömrəli sərəncamında adının Heydərov Faiq əvəzinə İddiaçı yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Naftalan rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-34ŞA/2-29/2024 nömrəli arxiv arayışında (sərəncamdan çıxarış) göstərilmişdir ki, Cavabdeh başçısının 07 aprel 1995-ci il tarixli 64 nömrəli sərəncamı ilə Naftalan şəhəri “Muğan” bağçılıq yoldaşlığının 41 ha torpaq sahəsində yerləşən vətəndaşların yaşayış evləri və tikililərin xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsi qərara alınmışdır. 9 nömrəli küçə, 21. Heydərov Faiq – 0.06 ha.
2. X1 düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Cavabdeh xx.xx.2024cü il tarixli 5-4/2-H-9-091/2024 nömrəli imtina cavabı ilə ona bildirmişdir ki, qeyd olunan Sərəncam 1995-ci ildə "Muğan" bağçılıq yoldaşlığının sədrinin tərtib etdiyi Naftalan Şəhər "Muğan" bağçılıq yoldaşlığının ərazisində yerləşən fərdi təsərrüfatların siyahısına əsasən təsdiq edilmişdir. Həmin Sərəncama əlavə olunan siyahıda hər hansı bir adın və soyadın dəyişdirilməsi Cavabdeh səlahiyyəti xaricindədir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307-ci və 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı barədə işlərə məhkəmə tərəfindən baxılır. Odur ki, ərizədə göstərdiyi məsələnin həlli ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməyi tövsiyə edilir. II. Məhkəmədə icraat
3. İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının 07 aprel 1995-ci il tarixli 65 nömrəli sərəncamında adının Heydərov Faiq əvəzinə İddiaçı yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh başçısının 07 aprel 1995ci il traixli 64 N-li sərəncamı ilə Naftalan şəhərində yerləşən "Muğan" bağçılıq yoldaşlıq ərazisində yerləşən fərdi təsərrüfatdan ona 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpağın yerləşdiyi yer 9-cu küçə sahə 21-dir. O, bu torpaq sahəsini qəbul edib orada müəyyən işlər görmüşdür. Bildirir ki, torpaq sahəsinə dair adına çıxarış almaq istəyərkən adının sərəncamda Asif əvəzinə Faiq yazıldığını görmüşdür. Bundan sonra o, icra hakimiyyətinə müraciət edib ona verilmiş torpaqla bağlı sərəncamda adının düzəliş edilərək Asif yazılmasını xahiş etmişdir. Oradan ona bildirilmişdir ki, o, məhkəməyə müraciət etməlidir. Bildirir ki, ümumiyyətlə məlum 07 aprel 1995-ci il tarixli 64 N sərəncamla torpaq ayrılmış şəxslərin içərisində Heydərov Faiq adlı şəxs yoxdur. Onun adı İddiaçı əvəzinə Heydərov Faiq yazılmışdır. Ona görə də cavabdehin üzərinə Cavabdeh başçısının 07 aprel 1995-ci il tarixli sərəncamında X3 Asif kimi yazılması vəzifəsi qoyulmalıdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı hazırki tələbində Cavabdeh başçısının 07 aprel 1995-ci il tarixli 65 nömrəli sərəncamında adının Heydərov Faiq əvəzinə İddiaçı yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
8. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının.
10. Göründüyü kimi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı barədə işlərə məhkəmə tərəfindən baxılır. Lakin, bu cür iddialara xüsusi icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxıldığından və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə uyğun olmadığından hazırkı tələbə inzibati icraat qaydasında baxıla bilməz.
11. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
12. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, müvafiq tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva