Məhkəmə qərarları › İş №2-1(114)-493/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-493/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-493/2023 14.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı qızının, Üçüncü şəxs X7 və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh), Şəmkir rayonu X6 və X4 qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Göycə Bələdiyyəsi ilə Şəmkir rayonunun Aşağı Çaykənd kənd sakini X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə Şəmkir rayonu Aşağı Çaykənd kəndi X3 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı planın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1988-ci ildən başlayaraq Erməni millətçiləri tərəfindən Ermənistan Respublikasının ərazisində yaşayan azərbaycanlılar məcburi olaraq doğma yurdlarından qovulmağa başlanmışdır. Onlardan biri də ailəsi ilə birlikdə Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kənd sakini olan İsgəndərov Əlixan Məhəmməd oğlu, yəni mərhum atası olmuşdur. Həmin dövrdə bəzi vətəndaşlar tərəfindən Ermənistan SSR ərazisində yerləşən evləri, Azərbaycan Respublikasında yaşayan erməni millətindən olan vətəndaşlara məxsus evlərlə dəyişdirilmişdir. Bu kimi hallar kütləvi olduğundan dəyişdirmə müqavilələrinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamış, müvafiq İcraiyyə Komitələri və onların yerli qurumları tərəfindən bağlanmış müqavilələr, təsdiq olunmaqla yazılı dəyişdirmə müqavilələri bağlanmışdır. Göstərilənləri nəzərə alaraq Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kənd sakini olan İsgəndərov Əlixan Məhəmməd oğlu və Şamxor (indiki Şəmkir) rayonu Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini X2 tərəfindən imzalanmış, Ermənistan SSR Gölkənd kənd İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş dəyişdirmə müqaviləsi bağlanmış, həmçinin başqa şəxslərlə müqavilə bağlamayacaqlarına zəmanət vermişlər. Müqavilə bağlandığı müddətdə milli münaqişə kəskin xarakter almış, rayon mərkəzlərində yerləşən notariat kontorlarına getmək mümkün olmamış, ona görə də müqavilələr kənd sovetlərində təsdiqlənmişdir. Müqavilə bağlanarkən Çaykənd kənd sovetinin sədri işdən çıxarılmış, yeni sədr olmamış, onun səlahiyyətləri müvəqqəti olaraq Gölkənd kənd sovetinin sədrinə həvalə edildiyindən sadə yazılı formada tərtib olunmuş dəyişdirmə müqaviləsi də Gölkənd kənd soveti tərəfindən təsdiqlənmişdir. Bir sözlə Əlixan İsgəndərov tərəfindən öz əmlakı üç otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikldə qarşı tərəfə verilmiş və həmin əsasla da faktiki mübahisəli iki otaqlı evə və 0,18 ha torpaq sahəsinə sahib olmuşdur. Mərhum Əlixan İsgəndərov dəyişdirdiyi evə köçdükdən sonra evini təmir etdirmiş, orada yaşayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 2002-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, istifadəsində olan yaşayış evinə baxmağı və nəzarət etməyi qonşusu Ədalət Əsədova tapşırmışdır. Bakı şəhərinə köçdükdən sonra səhhətində olan problemlərlə bağlı olaraq Əlixan İsgəndərov kəndə qayıda bilməmiş, 2018-ci ildə evi və torpaq sahəsini adına sənədləşdirmək məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin evə nəzarət etməyi tapşırdığı Ədalət Əsədov tərəfindən əməkdaşlar evə buraxılmamış, mübahisəli evin heç bir sənədə əsaslanmadan ona məxsus olmasını bildirərək ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Göstərilənlərə əsasən İsgəndərov Əlixan Məhəmməd oğlu tərəfindən 2019-cu ildə “dəyişmə müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsində ölçmə işlərinin aparılmasına X9 tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbi ilə iddia qaldırmış, Ədalət Əsədov tərəfindən də heç bir hüququ əsası olmadığı halda “dəyişmə müqaviləsinin ləğv edilməsinə dair” qarşılıqlı iddia verilmişdir. Məhkəmə baxışı müddətində Əlixan İsgəndərov öldüyündən Şəmkir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-542/2019 saylı qərardadı ilə o, mərhum ataaı İsgəndərov Əlixan Məhəmməd oğlunun hüquqi varisi kimi tanınmışdır. Maraqlı hal ondan ibarətdir ki, qaldırılmış iddiaya Şəmkir Rayon Məhkəməsində X5 iştirakı ilə baxılaraq xx.xx.1988-ci il tarixdə Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndinin sakini İsgəndərov Əlixan Məhəmməd oğlu ilə Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini olmuş X2 arasında bağlanmış, “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində onun adına olan, Şamxor rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndində 0,18 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə İsgəndərov Əlixan Məhəmməd oğlunun adına olmuş Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin dəyişdirilməsi müqaviliəsinin” bağlanmış hesab edilməsi və “.... mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə cavabdeh X9 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına” dair xx.xx.2019-cu il tarixdə 2(076)-542/2019 saylı qətnamə qəbul edilsə də, bunu bilə-bilə X9 bələdiyyə sədri X10 ilə əlaqəyə girərək, qətnamə qəbul edildikdən 16 gün sonra, xx.xx.2019cu il tarixdə onun həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsini başqa kənddə yaşayan Ədalət Əsədovun qudası olan X1 dair AN-İ N ******* saylı müqavilə bağlamışdır. Məhkəmə mübahisəsi getməsinə baxmayaraq alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı plan verilmişdir. Bununla bağlı olaraq tərəfindən Şəmkir rayon Yeni Göycə bələdiyyəsinin X4 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019cu il tarixli 03 saylı qərarın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 saylı qərarına əsasən Şəmkir rayon Yeni Göycə bələdiyyəsinin X4 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. Gəncə İnzibat-İqtisadi Məhkəməsinin qərarından cavabdeh Şəmkir rayon Yeni Göycə bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(104)-10-2022/2022 saylı qərarına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10-2022/2022 saylı qərarından Şəmkir rayon Yeni Göycə bələdiyyəsi və X7 tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1219/2022 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Şəmkir rayon Yeni Göycə bələdiyyəsinin X4 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli 03 saylı qərarın ləğv edildiyindən bu barədə olan xx.xx.2019-cu il tarixli АN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və həmin alqı-satqı müqaviləsinə əsasən X3 adına DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı plan da ləğv edilməlidir. Həyətyanı torpaq sahəsinin üzərində yerləşən onlara məxsus fərdi yaşayış evi və tikililər olmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməyərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəmkir rayonu Yeni Günəşli bələdiyyəsi və X3 cavabdehlər siyahısından çıxarılmasını, Şəmkir rayon 1 saylı notariat ofisinin maraqlı tərəf siyahısından çıxarılmasını, X3 üçüncü şəxs kimi qeyd edilməsini, həmçinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 14 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı, üçüncü şəxs və sonuncunun vəkili məhkəmə iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs və vəkili iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********24 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3560/2022 nömrəli qərarından görünür ki, iddiaçı İsgəndərov Əlixan Məhəmməd oğlunun hüquqi varisi İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(104)-3461/2021 nömrəli qətnaməsi qismən “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına yaradılan maneənin aradan qaldırılmaqla mülkdə ölçmə işlərinin aparılmasının təmin edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Həmin hissədə yeni qərar qəbul edilməklə ilk iddianın təmin edilməsi, İsgəndərov Əlixan Məhəmməd oğlunun 02 dekabr 1988-ci il tarixli dəyişmə müqaviləsinə əsasən sahib olduğu Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,18 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək fəaliyyətə X9 tərəfindən yaradılan maneə aradan qaldırılması qərara alınmışdır. - işə əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-1599/2019 nömrəli qərarından görünür ki, Şəmkir rayon X11nin X4 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. - işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)- 10/2022 nömrəli qərarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1219/2022 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. - işə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 542/2019 nömrəli qərardadından görünür ki, İddiaçı mərhum İsgəndərov Əlixan Məhəmməd oğlunun hüquqi varisi kimi tanınmışdır. - işə əlavə edilmiş X11 iclasının 15 nömrəli xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Şəmkir rayon X11nin X4 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. - işə əlavə edilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 245 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2019-cu ildə ölmüş İsgəndərov Əlixan Məhəmməd oğlunun adına vərəsəlik işi açılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********24 nömrəli məktubunda iddiaçının iddiasında olduğu 0.12 ha torpaq sahəsinə dair X3 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan Şəmkir rayonu, X11nin xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1599/2019 saylı qərarı ilə ləğv olunsa da, həmin qərarda çıxarışın ləğvi ilə bağıı hər hansı bir qeyd aparılmadığından X3 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** eydiyyat nömrəli çıxarışın ləğv olunması ilə bağlı yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 nömrəli qərarı ilə Şəmkir rayon X11nin X4 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10/2022 nömrəli qərarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)- 1599/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Sonuncudan isə cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1219/2022 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən qeydin aparılmasının əsasını Şəmkir rayon X11nin xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı təşkil etmişdir. Hazırda isə bələdiyyənin həmin qərarı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-1599/2019 nömrəli qərarı ilə ləğv edilmiş, sözügedən məhkəmə qərarı isə qanuni qüvvəsini almışdır. Odur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(083)-1599/2019 nömrəli qərarı ilə ləğv edilmiş bələdiyyə qərarı əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəmkir rayon X11nin xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsinə dair üçüncü şəxs X3 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə X7 adına qeydiyyata alınmış qeydin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar