Məhkəmə qərarları › İş №2-1(114)-495/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-495/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-495/2021 02.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlununsədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli **********817400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2020ci il tarixli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» **********817400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məhkəməyə teleqram göndərərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını (baxılmamış saxlanılmasını) məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə göndərilmiş teleqramı nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. İddiaçının məhkəməyə göndərdiyi teleqramdan görünür ki, hazırkı mübahisə ilə bağlı iddiaçı iddia ərizəsinin geri qaytarılması arzusundadır. Məhkəmə iddiaçının ərizəsini (teleqramı) nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin teleqramlara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisəyə onun iradə ifadəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı prosessual marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» **********817400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar