Məhkəmə qərarları › İş №2-1(114)-495/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-495/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-495/2025 19.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Aakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı İsmayılova (Verdiyeva) Afət Hüseyn qızının iştirakı ilə, iddiaçı İsmayılova (Verdiyeva) Afət Hüseyn qızının Cavabdehnə qarşı “akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: ХİV-ЖГ 391295 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.1989-cu ildə doğulmuşdur ,X1,anası isə X2r. AZ-İ 472994 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X6 ilə X4 xx.xx.2009cu ildə nikaha daxil olmuşlar. AZ-İİ 377157 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2009-cu ildə doğulmuşdur, atası X6,anası isə İddiaçıdır. AZ-İİ 626773 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2011-ci ildə doğulmuşdur, atası X6,anası isə İddiaçıdır. X4 barəsində xx.xx.1990-cı il tarixli 20 nömrəli akt qeydi tərtib edilmişdir. İsmayılova (Verdiyeva) Afət Hüseyn qızının (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1989-cu ildə Kəlbəcər rayonunda doğulmuş, doğumu xx.xx.1989-cu ildə Cavabdehndə qeyd edilmiş Verdiyeva (İsmayılova) Afət Hüseyn qızının xx.xx.1990-cı ildə Cavabdehndə 20 N-ə ilə qeyd edilmiş ölüm haqqında akt qeydi aşkar olunur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 02 aprel 1990-cı il tarixli, 20 №-li ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1989-cu ildə Kəlbəcər rayonunda anadan olnııış, doğumu 10 noyabr 1989-cıı ildə Cavabdehndə qeyd edilmişdir.X1 və anası X2r. Cavabdeh tərəfindən adına 10 noyabr 1989-cu ildə 391295 №li doğum haqqında şəhadətnamə yazılmışdır. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq ailə üzvlərilə birlikdə 1993-cü ildən məcburi köçkün kimi Yevlax rayonunda məskunlaşıb yaşayırlar. 2008-ci ilin oktyabr ayının axırlarında X6 ilə ailə qurmuş və 10 sentyabr 2009-cu ildə Yevlax rayon Qoyunbinəsi kənd icra nümayəndəliyində nikah bağlmışlar. Bu nikahdan 2 uşaqları-21 sentyabr 2009-cu ildə X7 və 08 mart 2011-ci ildə X3 anadan olmuşdur. 2024-cü ilin əvvəllərində uşaqları ilə yeni şəxsiyyət vəsiqəsi verilməsi ilə əlaqədar olaraq Bərdə regional ASAN xidmət mərkəzinə müraciət etdikdə onun 02 aprel 1990-cı ildə Cavabdehndə 20 №-ə ilə qeyd edilmiş ölüm haqqında akt qeydi aşkar olunmuş və uşaqlarına şəxsiyyət vəsiqəsi verilməmişdir. Bu barədə Cavabdehnə müraciət etsə də,sonuncu tərəfindən imtina cavabı verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi onun barəsində Cavabdeh 02 aprel 1990-cı il tarixli, 20 №-li ölüm haqqında akt qeydinin ləğv olunmasıdır ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

1. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, X4 xx.xx.1989-cu ildə doğulmuş, X6 ilə xx.xx.2009-cu ildə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2009-cu il və xx.xx.2011-ci ildə iki övladı doğulmuşdur.Lakin iddiaçı barəsində Cavabdehndə 02 aprel 1990-cı il tarixli, 20 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur.Buda iddiaçı barəsində səhv ölüm haqqında akt qeydinin tərtib olunduğunu göstərir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə Cavabdeh 02 aprel 1990-cı il tarixli, 20 №-li ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Cavabdeh 02 aprel 1990-cı il tarixli, 20 №-li ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar