Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-500/2024 02.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(11N)-11071/N0N3 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-500/N0N4 nömrəli qərardadı ilə həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, N019-cu ilin avqust ayından etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin, N-ci divizionunun, NN batareyasının, 1-ci heyətində operator vəzifəsində xidmət etmişdir. N0N0-ci il sentyabr ayının 16-da batareya tərkibində əsas mövqedən ehtiyat mövqeyə çıxarılmışdır. N0N0-ci il sentyabr ayının N7-si İİ Qarabağ müharibəsi başlayarkən, Bərdə rayonunda ehtiyat mövqedən hava hücumundan müdafiəni təşkil etmişlər və oktyabr ayının N1-dək həmin bölgədə düşmənin Qarabağ istiqamətindən gələ biləcək hava təhlükələrinin qarşısını almışlar. N1 oktyabr N0N0-cı il səhər saat 09:00 radələrində Qarabağ ərazisində qoşunları hava zərbələrindən qorumaq məqsədi ilə batareyanın 1-ci heyəti tam tərkibdə (baş leytenant X5, əsgər XN, əsgər X6 və o) Bərdə rayonunun Ləmbəran yaşayış məntəqəsində yerləşən hərbi hissədən ixtisaslı kadr kimi Cəbrayıl rayonuna göndərilmişlər. Daha sonra eyni hərbi vəzifələri yerinə yetirmək üçün N0N0-ci il noyabr ayının 5-də Cəbrayıl rayonundan Füzulu rayonuna gətirilmiş, N0N0-ci il noyabr ayının 5-dən – N0N0-ci il dekabr aynın 10-dək Füzuli rayonunda hava hücumundan müdafiəni təşkil etmişlər. N0N0-ci il dekabr ayının 10-dan isə onunla bərabər müharibəyə cəlb edilmiş 3 hərbi qulluqçu Bərdə rayonunda yerləşən hərbi hissəyə qayıtmışlar. Onunla birlikdə İİ Qarabağ müharibəsinə cəlb edilmiş və eyni hərbi vəzifələri yerinə yetirmiş 3 nəfər hərbi qulluqçuya (baş leytenant X5, əsgər XN, əsgər X6) müharibə veteranı adı və vəsiqəsi verilmiş, lakin heç bir əsaslandırma aparılmadan o ayrıseçkiliyə məruz qalaraq bu hüquqdan məhrum edilmişdir. Bununla əlaqədar olaraq müxtəlif dövlət orqanlarına və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin 17 may N0N3-cü il tarixli, 4/3-4778 saylı cavab məktubunda döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatının aparılmadığı əsasları ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə çağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.N0N3-cü il tarixli, 3-N5-4/N-49NN/N0N3 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən komissiyaya təqdim edilmiş arayış-məlumata xx.xx.N0N3-cü il tarixli iclasda baxılmış iddiaçıya "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hesab edilmişdir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik olmadığından iddia əsaslı sayıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş AD ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N011-ci il tarixli, N10 nömrəli əmri ilə kiçik çavuş hərbi rütbəsi verilib, Müdafiə nəzarətinin müavini, HHQ komandanının 31 iyul N019-cu il tarixli, 075əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin operatoru təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş « Müharibə veteranı » və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış- Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0xx.xx.N0N0-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, kiçik çavuş rütbəsində olmuş, N-ci zenit raket divizionun NN-ci batareyasının 1-ci zenit raket heyətinin baş operatoru vəzifəsində olmuş, xx.xx.N019-cu il tarixli, N91 nömrəli əmrlə xidmət etdiyi hərbi hissəyə daxil olmuş, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 00N8 nömrəli döyüş sərəncamı ilə döyüş əməliyyatlarına cəlb olunmuş, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.N0N0-ci il tarixli 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, Bərdə, Fizuli, Cəbrayıl rayonlarında hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsində iştirak etmiş, xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması fəaliyyəti ilə məşğul olub, döyüşlərdə iştirakına görə təltif olunmayıb. -iş materiallarına əlavə edilmiş xx.xx.N019-cu il tarixli, N91 nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Ordusunda 3 (üç) il müddətinə müddətdən artıq həqiqi xidmətə könüllü qəbul edilmiş və xx.xx.N019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır.Kiçik çavuş İddiaçı -N-ci divizionun N-ci batareyasının zenit raket heyətinin( özüyeriyən atış qurğusu) operatoru vəzifəsində xidmət etmişdir. -iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli, 4/3-4778 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazilərdə döyüş əməliyyatları aparılmadığına görə ona « Müharibə veteranı » adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Cavabdeh iddiaçının tələbinin təmin edilməməsini iddiaçının “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik olmaması və döyüş əməliyyatları aparılan dövrdə iddiaçının ezamiyyətdə olduğu hərbi hissələrin yerləşdiyi ərazidə döyüş əməliyyatlarının aparılmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, sözügedən əsasnamədə şəxsin bilavasitə döyüşlərdə iştirak etmədən də veteran statusu alması imkanı təsbit edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunur ki, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi o halda verilir ki, onlar bu barədə ezamiyyət vəsiqələrini, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri təqdim etmiş olsunlar. İş materiallarına əlavə edilmiş arayış-məlumatından da görünür ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə) İddiaçı Bərdə, Fizuli və Cəbrayıl rayonlarında əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və onların saz saxlanması fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-500/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-500/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver