Məhkəmə qərarları › İş №2-1(114)-501/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-501/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-501/2022 29.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X20, X10, X21, X22 və X14) dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 20.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-0054 kod 61005048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında soyadına düzəliş edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə 2.77 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN-0054 kod 61005048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı verilmişdir. Lakin qeyd olunan dövlət aktında onun adı “X15” kimi qeyd edilmişdir. Hazırda qeyd olunan dövlət aktında yanlışlıq olduğundan iddiaçı həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. İddiaçı qeyd olunan aktda düzəliş edilməsi məqsədilə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 21.12.2021-ci il tarixli qərardadı ilə X20, X10, X21, X22 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X21 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X19 bildirmişdir ki, iddiaçıya və ailə üzvlərinə məxsus Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-0054 kod 61005048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında hansı səbəbdən “İddiaçı” əvəzinə səhv olaraq “X15” kimi yazılması onlara məlum deyildir. Həmin sənədlərin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 13.12.1972-ci il tarixli, V-ЖГ 354783 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı 19.10.1977-ci il tarixdə anadan olmuş, ata qrafasında X20, ana qrafasında isə X10 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 29.03.2015-ci il tarixli, AZ-İ 732187 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, X1 ilə İddiaçı arasında nikah bağlanmış və arvada “Quliyeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş JN-0054 kod 61005048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarı ilə X16, X3, X7, X17, X18 və X8 2.77 ha torpaq sahəsi verilmişdir. -"xxxx" MMC-nin 01.03.2022-ci il tarixli **********06 nömrəli məktubuna əlavə edilmiş Bərdə rayon Güloğlular kənd İƏV-yi üzrə Qaraqoyunlu kəndində daimi yaşayan əhalinin siyahısından görünür ki, siyahının 69-cu sırasında X11, X2, X4, X9, X12 və X5 adları qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 10.12.2021-ci il tarixli, **********10 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı saylı qərarı ilə X7, və qeyrilərinə 2.77 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-0054 kod 61005048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı tərtib edilmişdir. İddiaçı dövlət aktında adı qeyd olunan X4 özü olduğunu, həmçinin soyadının “Quliyeva” əvəzinə “Muradova” yazıldığını iddia edərək müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə Dövlət aktında iddiaçının adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi marağı Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, JN-0054 kod 61005048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında, eləcə də Bərdə rayon Güloğlular kənd İƏV-yi üzrə Qaraqoyunlu kəndində daimi yaşayan əhalinin siyahısında adı qeyd olunan “X15”nın hazırki iş üzrə İddiaçı olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən İddiaçı ilə X4 eyni şəxs olması öz təsdiqini tapdığı halda belə Dövlət aktında qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan Dövlət aktında düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar