Məhkəmə qərarları › İş №2-1(114)-501/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-501/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-501/2025 15.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrlərin ləğvi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrin ləğv edilərək, N saylı hərbi hissəyə baş kəşfiyyatçı vəzifəsinə təyin edilməsi, xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmrin ləğv edilərək, təkrar ehtiyata buraxılması, vəzifə maaşına edilməli olan 50% əlavənin təyin edilərək ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli N85 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.N.N, 38.N.N-ci maddələrinə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin NN-ci, 33-cü və 7Nci maddələrinin “v” bəndinə və Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N0N8-ci il tarixli və xx.xx.N0N8-ci il tarixli N5N nömrəli əmrlərinə müvafiq olaraq əsgər İddiaçı “Kəşfiyyat” ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul olunmuş və bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli 34N nömrəli əmri ilə kursu bitirdiyinə görə bütün növ təminatlardan çıxarılmışdır.

2. 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli 376 nömrəli əmri ilə Cavabdeh komandirinin N dekabr N0N8-ci il tarixli 0NN5əç nömrəli əmrinə əsasən ehtiyatda olan əsgər İddiaçı 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçı pulemyotçu vəzifəsinə təyin edilmiş və N3 dekabr N0N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır.

3. 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 955 nömrəli əmri ilə Mahhxhq k/çavuş, kəşfiyyatçı-pulemyotçu İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşmən tapdaqlarından azad edilməsi üçün NN sentyabr N0N0-ci il tarixdən etibarən döyüş əməliyyatlarına cəlb edilmiş şəxsi heyətin tərkibinə daxil edilmişdir.

4. N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli 08Nəç nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı tutduğu vəzifədən azad edilmiş və 70N-ci motoatıcı briqada (70N nömrəli hərbi hissə) komandirinin sərəncamına keçirilmişdir.

5. N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli 087əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 70Nci motoatıcı briqada (70N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının sabiq kəşfiyyatçı-pulemyotçusu vəzifəsindən azad edilmiş və 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70NN nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcı-sanitarı vəzifəsinə təyin olunmuşdur.

6. N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli 090əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 70Nci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70NN nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcı-sanitarı vəzifəsindən azad edilmiş və 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70N5 nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcısanitarı vəzifəsinə təyin olunmuşdur.

7. N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0Nəç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 70Nci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70N5 nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcı-sanitarı vəzifəsindən azad edilmiş və 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70NN nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcısanitarı vəzifəsinə təyin olunmuşdur.

8. N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin N4 iyul N0NN-ci il tarixli 0N9N nömrəli əmrinə əsasən və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) əsasən aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədar olaraq, əsgər İddiaçı 70N nömrəli hərbi hissənin N-ci taborun 6-cı bölüyünün N-ci tağımının N-ci manqasının atıcı-sanitarı vəzifəsindən azad edilməsi və 703-cü motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edilməsi qərara alınmışdır.

9. 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 33N nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluquqçu əsgər İddiaçı, 70N nömrəli hərbi hissə komandirinin sərəncamında olan, N-ci Ordu Korpusu komandirinin 0N sentyabr N0NN-ci il tarixli 055əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Tərtər rayonu) 3-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə iş və vəzifəsini təhvil vermiş hesab edilmiş, NN noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir.

10. N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmri ilə N nömrəli motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 3-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.3 maddəsinə (xəstəliyə görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsas: Müdafiə Nazirliyinin MHHK-nın sədri tərəfindən təsdiq olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli 5N7 nömrəli xəstəlik haqqında şəhadətnamə.

11. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 49 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının N-ci manqasının komandiri, Azərbaycan Respublikası Qanununun 4N-ci maddəsinin "4N.0.3" bəndinə (xəstəliyə görə) əsasən, Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmış hesab edilmiş, N0NN-ci ilin hesabından qalan 60 (altmış) gün müddətinə məzuniyyət verilməklə xx.xx.N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzre Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir. Əmrdə göstərilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr N0N7-ci il tarixli NN nömrəli qərarına əsasən N0NN-ci il yanvar-mart aylarındakı xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu esgər İddiaçı ehtiyyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N0NN-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, məzuniyyət pulu ödənilib, maddi yardım ödənilsin.

12. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 7NN nömrəli Təyinat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.N0NN-ci il tarixdə Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbə rəsinin sərəncamına qeydiyyata durmaq üçün getməsi əmr edilmişdir. Gedib çatma vaxtı: xx.xx.N0NN-ci il. Əsas: Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmri.

13. İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N43N nömrəli göndərişi ilə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xx.xx.N0NN-ci il tarixdə 5N7 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir.

14. İddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Goranboy rayon şöbəsi rəisinin xx.xx.N0NN-ci il tarixli 39 nömrəli göndərişi ilə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xx.xx.N0NN-ci il tarixdə 4N04 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin qərarla Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NNci il tarixdə 5N7 nömrəli xəstəlik haqqında şəhadətnaməsi qüvvədən düşmüş hesab edilmişdir.

15. İddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Goranboy rayon şöbəsi rəisinin xx.xx.N0NN-ci il tarixli 77 nömrəli göndərişi ilə MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xx.xx.N0NN-ci il tarixdə N4704 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin qərarla Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NNci il tarixdə 4N04 nömrəli xəstəlik haqqında şəhadətnaməsi qüvvədən düşmüş hesab edilmişdir.

16. X3 ehtiyata buraxılma əmrinin ləğv edilərək, köhnə ixtisasına qaytarılmaqla ehtiyata buraxılması və təltif olunması barədə Cavabdeh komandirinə etdiyi müraciətinə xx.xx.N0N4-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, xidmət etdiyi bölmə ixtisara düşdüyü üçün digər ixtisas üzrə müvafiq vəzifəyə təyin olunaraq xidmətini davam etdirmişdir. Onun səhhəti komando hərbi hissələrində xidmət etməyə imkan vermədiyinə görə digər ixtisas üzrə müvafiq vəzifəyə təyin olunmuşdur. Ehtiyata buraxılmağı barədə əmrin ləğv olunması barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul olunmamışdır.

17. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.N0N4-cü il tarixli N6N0 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin N4 iyul N0NN-ci il tarixli 0N9N nömrəli əmrinə əsasən 70N nömrəli hərbi hissə N sentyabr N0NN-ci il tarixdən “Komando” hərbi hissəsi olduğuna görə, 70N nömrəli hərbi hissə komandirinin raportu əsasında Komando hərbi hissəsində xidmət etməsi yararsız hesab edilən hərbi qulluqçular, o cümlədən 70N nömrəli hərbi hissənin N-ci taborun 6-cı bölüyünün N-ci tağımının N-ci manqasının atıcı-sanitarı, əsgər İddiaçı digər hərbi hissələrdə ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin edilmişdir.

18. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli 8/NN37 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Ordusunda tutduğu vəzifə xx.xx.N0N8-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilmişdir.

19. N saylı hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli 3N40 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N4 iyul N0NN-ci il tarixli 0N9N nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi məqsədilə Cavabdeh komandirinin N sentyabr N0NN-ci il tarixli 055əç nömrəli əmri ilə 70N-ci motoatıcı briqada 70N-ci Əməliyyat (Komando) briqadası ilə əvəz olunmuşdur. Əməliyyat (Komando) briqadalarında xidmət etməyə yararsız hesab edilən hərbi qulluqçular (Komando hərbi hissəsinin standartlarına uyğun olmayanlar, sıradan kənar hərbi xidmətə yararlı olanlar və s.) digər hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunmuşlar. N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Yusibov XN (Komando) briqadasında xidmət etməmişdir.

20. İddiaçı kəşfiyyat subyekti kimi vəzifə maaşına 50% əlavənin ödənilməsi ilə bağlı Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.N0N4-cü il tarixli 8/N980 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun N0.4-cü maddəsində göstərilən əlavənin Müdafiə Nazirliyinə şamil olunması ilə bağlı əsaslandırıcı hüquqi sənəd mövcud deyil.

21. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.N0N4-cü il tarixli 794 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş Yusibov XN Nazirliyinin Baş Klinik Hospitalında xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NNci il tarixədək stasionar, xx.xx.N0NN-ci il tarixdə ambulator və xx.xx.N0N0-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Sarıcalı hospitalında) ambulator müayinə və müalicədə olması barədə adına tərtib olunmuş xəstəlik tarixlərindən çıxarılmış çıxarış epikrizlərinin surəti göndərilmişdir. II. Məhkəmədə icraat

22. İddiaçı xx.xx.N0N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N998-ci ildə Goranboy rayon Əzizbəyov kəndində doğulmuş və orada da böyüyüb boya-başa çatmışdır. N0N6-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmələ Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsindən hərbi xidmətə çağırılmış və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. N0N8-ci ilin aprel ayında tərxis olunmuşdur. N0N8-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.N0N0-ci il tarixdə İl Qarabağ müharibəsi başlananda o da bir hərbçi olaraq müharibəyə yollanmış, xx.xx.N0N0-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış və Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmiş və N0NN-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. N0NN-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir. İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmişdir. xx.xx.N0N0-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döş qəfəsindən, sol ayağından yaralanmış və kəllə-beyin travması almışdır. Yaralandığı üçün Hərbi Hospitalda müalicə alarkən İ Ordu Korpus komandirinin xx.xx.N0NN-ci il tarili 055ƏÇ nömrəli əmri ilə o, N saylı hərbi hissədən N saylı hərbi hissəyə köçürülmüşdür. O, N saylı hərbi hissədən N saylı hərbi hissəyə dəyişdirildiyi üçün kəşfiyyat və əks-kəşfiyyat subyekti olduğu nəzərə alınmayaraq ona kəşfiyyatçılar üçün verilən komanda əlavəsi verilməmişdir. O, kəşfiyyatçı olduğu üçün həmin pulun ona verilməsi məqsədilə Müdaliə Nazirkliyinin Cavabdehsinə müraciət etmişdir, oradan ona xx.xx.N0N4-cü il tarixdə NN nömrəli məktub ünvanlayaraq, xidmət etdiyi bölmə ixtisara düşdüyünə görə xidmət etdiyi hərbi hissədə digər ixtisas üzrə müvafiq vəzifəyə təyin edilməyi bildirilmişdir. Onun bundan məlumatı olmamışdır. Hesab edir ki, onun ixtisasdan digər ixtisasa dəyişdirməyi barədə verilmiş əmr qanunsuzdur və ona görə də ləğv edilməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

25. Məhkəmənin xx.xx.N0N4-cü il tarixli qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilmiş, iddia tələbi isə “xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrin ləğv edilərək N saylı komando hərbi hissəsinə baş kəşfiyyatçı vəzifəsinə təyin edilməsi və təkrar ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

26. İddiaçı xx.xx.N0N4-cü il tarixdə məhkəməyə müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, hazırki iddianı gec verməsinin səbəbi müharibə vaxtı aldığı xəsarətlər və ona görə daimi müalicədə olmağıdır. Bu halı nəzərə alaraq ötürdüyü müddəti üzürlü hesab etməklə həmin müddəti bərpa edib iddia ərizəsinə baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir (iddiaçının mübahisələndirdiyi əmr iş materiallarında mövcud olmadığından müddətin bərpası barədə ərizənin müzakirəsi sonuncu (həmin əmrin əldə edildiyi) iclasadək təxirə salınmışdır).

27. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrin ləğv edilərək, N saylı hərbi hissəyə baş kəşfiyyatçı vəzifəsinə təyin edilməsi, xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmrin ləğv edilərək, təkrar ehtiyata buraxılması, vəzifə maaşına edilməli olan 50% əlavənin təyin edilərək ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.N0N4-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. İİ. Prosessual məsələlər

28. Məhkəmənin şifahi məhkəmə baxışı iclası xx.xx.N0N5-ci il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir.

29. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.

30. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

31. İddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizəni müdafiə edərək, onun təmin edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

32. O, sədrlik edənin suallarına cavab verərək, bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmr qəbul edildiyi dövrdə o, stasionar müalicələrdə olmuş və əmr ona elan edilməmişdir. Həmin əmrin mövcudluğundan yalnız xx.xx.N0NN-ci il tarixli 5N7 nömrəli xəstəlik haqqında şəhadətnaməni aldığı zaman məlumatlı olmuşdur. Belə ki, həmin şəhadətnamədə N saylı hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N43N nömrəli göndərişi ilə şəhadətləndirildiyi qeyd edilmişdir. Həmin şəhadətnaməni əldə etdikdən sonra əmri vaxtında mübahisələndirməməsinin səbəbi həm xəstəliyi ilə bağlı olmuşdur. Həm də Müdafiə Nazirliyinin müxtəlif idarələrinə müraciətlər etmiş, rəhbər şəxslərin qəbulunda olmuş və müraciətlərinin müsbət nəticələnəcəyinə ümid etmişdir. Yalnız N0N4-cü ilin yanvar ayında ona rəsmi cavab verilərək, bildirilmişdir ki, yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul olunmamışdır. Bundan sonra hazırkı iddianı qaldırmışdır.

33. Cavabdehin ərizəyə və iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

34. Məhkəmə iddia ərizəsini, müddətin bərpası barədə ərizəni və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

35. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel N0N5-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd N.N. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd N.N.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

36. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N8-ci il tarixli 376 nömrəli əmri ilə Cavabdeh komandirinin N dekabr N0N8-ci il tarixli 0NN5əç nömrəli əmrinə əsasən 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməklə hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçı pulemyotçu vəzifəsinə təyin edilmiş və N3 dekabr N0N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. O, 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 955 nömrəli əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşmən tapdaqlarından azad edilməsi üçün NN sentyabr N0N0-ci il tarixdən etibarən döyüş əməliyyatlarına cəlb edilmiş şəxsi heyətin tərkibinə daxil edilmişdir. xx.xx.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə yaralanmış, N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli 08Nəç nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və 70Nci motoatıcı briqada (70N nömrəli hərbi hissə) komandirinin sərəncamına keçirilmiş, daha sonra N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli 087əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 70N-ci motoatıcı briqada (70N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının sabiq kəşfiyyatçı-pulemyotçusu vəzifəsindən azad edilmiş və 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70NN nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcı-sanitarı vəzifəsinə təyin olunmuşdur. Sonradan N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli 090əç nömrəli əmri ilə 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70N5 nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcısanitarı vəzifəsinə və N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0Nəç nömrəli əmri ilə 70N-ci motoatıcı briqadanın (70N nömrəli hərbi hissə) 70NN nömrəli motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının atıcı-sanitarı vəzifəsinə təyin olunmuşdur.

37. Azərbaycan Respublikası Müdafiə nazirinin N4 iyul N0NN-ci il tarixli 0N9N nömrəli əmrinə əsasən aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədar olaraq, N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) əsasən İddiaçı 70N nömrəli hərbi hissənin N-ci taborun 6-cı bölüyünün N-ci tağımının N-ci manqasının atıcı-sanitarı vəzifəsindən azad edilmiş və 703-cü motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Bununla əlaqədar 70N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 33N nömrəli əmri ilə həmin hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş və N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4N.0.3 maddəsinə (xəstəliyə görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsas: Müdafiə Nazirliyinin MHHK-nın sədri tərəfindən təsdiq olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli 5N7 nömrəli xəstəlik haqqında şəhadətnamə.

38. Hazırda iddiaçı onun 70N nömrəli hərbi hissənin N-ci taborun 6-cı bölüyünün Nci tağımının N-ci manqasının atıcı-sanitarı vəzifəsindən azad edilmiş və 703-cü motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edilməsi barədə Cavabdeh (Nci Ordu Korpusu) komandirinin xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrini, habelə ehtiyata buraxılması barədə xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmrini mübahisələndirir.

39. Məhkəmə qeyd edir ki, həmin əmrlər “İnzibati icraat haqqında” Qanunun N.0.Nci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

40. İddiaçının sözügedən əmrlərdən məlumatlı olması, lakin onları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

41. Belə ki, iddiaçının mübahisələndirdiyi ilkin əmr onun 70N nömrəli hərbi hissənin N-ci taborun 6-cı bölüyünün N-ci tağımının N-ci manqasının atıcı-sanitarı vəzifəsindən azad edilmiş və 703-cü motoatıcı briqadanın (N nömrəli hərbi hissə) N motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edilməsi barədə Cavabdeh (N-ci Ordu Korpusu) komandirinin xx.xx.N0NNci il tarixli 055əç nömrəli əmridir.

42. Həmin əmrin iddiaçıya elan edilməsi barədə cavabdeh orqan hər hansı sənəd təqdim etməsə də, iddiaçı sözügedən əmrdən N0NN-ci ilin yanvar ayından məlumatlı olmuşdur.

43. Belə ki, iddiaçı iclas zamanı bildirmişdir ki, əmrin mövcudluğundan yalnız xx.xx.N0NN-ci il tarixli 5N7 nömrəli xəstəlik haqqında şəhadətnaməni aldığı zaman məlumatlı olmuşdur. Belə ki, həmin şəhadətnamədə N saylı hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N43N nömrəli göndərişi ilə şəhadətləndirildiyi qeyd edilmişdir.

44. İş materialları ilə müəyyən edilir ki, N-ci Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmri ilə N nömrəli motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 3-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri İddiaçı xəstəliyə görə müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 7NN nömrəli Təyinat vərəqəsi ilə İddiaçı xx.xx.N0NN-ci il tarixdə Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbə rəsinin sərəncamına qeydiyyata durmaq üçün getməsi əmr edilmişdir.

45. Yəni, iddiaçı xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrdən ən geci N0NN-ci ilin fevral ayında məlumatlı olmuş, hazırkı iddia ilə məhkəməyə isə xx.xx.N0N4-cü il tarixdə (təxminən N il sonra) müraciət etmişdir.

46. İddiaçı özü də müddəti ötürdüyünü qəbul edərək, məhkəməyə müddətin bərpasına dair ərizə ünvanlamış və müddətin ötürülməsinin üzrlü səbəbini müharibə vaxtı aldığı xəsarətlər və ona görə daimi müalicədə olmağı ilə əlaqələndirmişdir.

47. Düzdür, məhkəmənin əldə etdiyi sənədlərlə iddiaçının müxtəlif tarixlərdə müalicə və müayinələrdə olması müəyyən edilsə də, onun fasiləsiz olması, yəni iddiaçının ötən iki il ərzində iddia qaldırmasını qeyri-mümkün edəcək olması halı müəyyən edilmişdir.

48. İddiaçı iclas zamanı Müdafiə Nazirliyinin müxtəlif idarələrinə müraciətlər etdiyini, rəhbər şəxslərin qəbulunda olduğunu və müraciətlərinin müsbət nəticələnəcəyinə ümid etdiyini, ona yalnız N0N4-cü ilin yanvar ayında rəsmi cavab verildiyini və bundan sonra hazırkı iddianı qaldırdığını bildirmişdir ki, həmin dəlillər də iddiaçının müvafiq iddianı vaxtında qaldıra bilmək imkanının olduğuna dəlalət edir.

49. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd N6N. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd N65. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.N. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, ... qaldırıla bilər.

51. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 64.N. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

52. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə N4.N. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə N4.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından N il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə N4.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

53. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in N4-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

54. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

55. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

56. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın N6 avqust N006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may N008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

58. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə N5 yanvar N000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

59. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür. Ona görə də, müddətin bərpası barədə ərizə təmin edilməməlidir.

60. Məhkəmə iddiaçının digər - vəzifə maaşına edilməli olan 50% əlavənin təyin edilərək ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı həmin hissədə tələbini onunla əsaslandırır ki, 70N nömrəli hərbi hissənin təkribində kəşfiyyat fəaliyyətini həyata keçirən zaman ona vəzifə maaşının 50 faizi həcmində əlavələrin təyin edilməli olmasına baxmayaraq, həmin əlavə ona ödənilməmişdir.

61. İddiaçının həmin tələbinin maddi əsasını « Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında » Azərbaycan Respublikası Qanununun N0.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.

62. Göründüyü kimi, həmin tələbə cavab verməli olan orqan 70N nömrəli hərbi hissə olsa da, iddiaçı hazırkı cavabdehə - Cavabdeh qarşı həmin tələbi irəli sürmüş, həmin tələblə bağlı müraciət etdiyi inzibati orqan isə Müdafiə Nazirliyi olmuşdur.

63. Belə ki, İddiaçı kəşfiyyat subyekti kimi vəzifə maaşına 50% əlavənin ödənilməsi ilə bağlı Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.N0N4-cü il tarixli 8/N980 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun N0.4-cü maddəsində göstərilən əlavənin Müdafiə Nazirliyinə şamil olunması ilə bağlı əsaslandırıcı hüquqi sənəd mövcud deyil.

64. Məhkəmə iclası zamanı həmin hallar iddiaçının nəzərinə çatdırılsa da, o, həmin tələbə hazırkı cavabdehə qarşı baxılmasını istədiyini və hərbi hissələrin Müdafiə Nazirliyinə tabe olduqlarını əsas gətirməklə, həmin tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

65. Məhkəmə qeyd edir ki, hazırkı qərarın 6N-ci bəndində qeyd edilənlər səbəbindən iddiaçının həmin tələbi də mümkün sayılmamalıdır.

66. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiaçı xx.xx.N0NN-ci il tarixli 055əç nömrəli əmrin ləğv edilərək, N saylı hərbi hissəyə baş kəşfiyyatçı vəzifəsinə təyin edilməsi, xx.xx.N0NN-ci il tarixli 0N9əç nömrəli əmrin ləğv edilərək, təkrar ehtiyata buraxılması, vəzifə maaşına edilməli olan 50% əlavənin təyin edilərək ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan N0 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar