Məhkəmə qərarları › İş №2-1(114)-502/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-502/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-502/2022 05.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X15 və X11) şəhadətnamələrdə və dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı və X16 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 20.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-069D KOD 50400088 saylı və JN-069E KOD 50400088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə, eləcə də JN- 208 KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında ad səhvlərinin düzəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə iddiaçılara və ailə üzvlərinə JN-069D KOD 50400088 saylı şəhadətnamə ilə 0.23 ha torpaq sahəsi, JN-069E KOD 50400088 saylı şəhadətnamə ilə 0.17 ha torpaq sahəsi və 21.07.2003-cü il tarixli JN-208 KOD ********* saylı dövlət aktı ilə 11.0229 ha torpaq sahəsi verilmişdir. Lakin qeyd olunan şəhadətnamələrdə və dövlət aktında X7 münasibətdə “X2” və X9 münasibətdə “X12” kimi qeyd edilmişdir. Hazırda qeyd olunan şəhadərnamələrdə və dövlət aktında yanlışlıq olduğundan iddiaçılar həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. İddiaçılar qeyd olunan aktda düzəliş edilməsi məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 22.12.2021-ci il tarixli, 2-1(114)-2784/2021 nömrəli qərardadı ilə X6, X15 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, bildirmişdir ki, o, anasının vərəsəsidir, şəhadətnamələrdə və dövlət aktında anası X3 və bacısı, yəni iddiaçı X5 adı səhv yazılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 17.01.2012-ci il tarixli AZ-İ 475082 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 09.01.2012-ci il tarixdə vəfat etmişdir. -surəti işə əlavə edilmiş 29.12.1981-ci il tarixli, İİİ-СЛ 443120 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə X10 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 09.01.1991-ci il tarixli, Хİİİ-ЖГ 485205 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X14 25.12.1990-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə X10 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 26.11.1980-ci il tarixli, İ-СЛ 466066 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, X6 ilə X10 arasında nikah bağlanmışdır. -surəti işə əlavə edilmiş 01.04.2011-ci il tarixli, AZ-İ 663192 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, X17 ilə X14 arasında nikah bağlanmış və arvada “Nəbiyeva” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş JN-069D kod 50400088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.11.1997-ci il tarixli 44 saylı qərarı ilə X6, X2, İddiaçı, X15, X11 və X8 0.23 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-069E kod 50400088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.11.1997-ci il tarixli 44 saylı qərarı ilə X6, X2, İddiaçı, X15, X11 və X8 0.17 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-0208 kod 50400088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Şəmkir rayon 2 nömrəli DNK-nun 21.07.2003-cü il tarixli 4Ə-04-363 nömrəli alqı-satqı müqaviləsi ilə X6, X2, İddiaçı, X15, X11 və X8 11.0229 ha torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 23.02.2022-ci il tarixli, **********0365 nömrəli məktubuna əlavə edilmiş həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilən şəxslərin adlı siyahısından görünur ki, siyahının 29-cu və 69-cu sırasında X6, X2, İddiaçı, X15, X11 və X4 adları qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01.12.2021-ci il tarixli, **********61 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.11.1997-ci il tarixli 44 saylı qərarı ilə X6, X2, İddiaçı, X15, X11 və X8 0.23 ha və 0.17 ha həyətyanı torpaq sahəsi, Şəmkir rayon 2 nömrəli DNK-nun 21.07.2003-cü il tarixli 4Ə-04-363 nömrəli alqı-satqı müqaviləsi ilə həmin şəxslərə 11.0229 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahələrinə dair JN-069D və JN-069E kod 50400088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr və JN-0208 kod 50400088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İddiaçılar dövlət aktında adı qeyd olunan X1 anaları olduğunu, həmçinin soyadının “Əliyeva” əvəzinə “Bayramova” və adının “Pünan” əvəzinə “Pünhan” yazıldığını, eləcədə, X4 adının “Aygün” əvəzinə “Aygül” yazıldığını iddia edərək müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə Dövlət aktında onların adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıların dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi maraqları Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27.11.1997-ci il tarixli 44 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, JN-069D və JN-069E kod 50400088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdə və JN-0208 kod 50400088 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında, eləcə də Şəmkir rayonu Nərimanlı kəndi üzrə həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilən şəxslərin adlı siyahısında adı qeyd olunan “X2”nın iddiaçıların anası “X13”, eləcə də “X12”nın “X16 olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxslərin iddia olunan şəxslər olması öz təsdiqini tapdığı halda belə Dövlət aktında qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan Dövlət aktında düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı və X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı şəhadətnamələrdə və dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar