Məhkəmə qərarları › İş №2-1(114)-5029/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5029/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5029/2024 02.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********30000 nömrəli qərarı ilə İddiaçı 2023-cü ilin aprel ayı üzrə 3.185,77 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli **********901600 qərarı ilə 2023-cü ilin fevral ayı üzrə 3.658,06 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli **********911300 qərarı ilə 2023-cü ilin fevral ayı üzrə 3.801,46 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır.

2. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4628/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin İnizbati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-320/2024 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İİ. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində ərzaq mağazası işlətmişdir. Hazırda həmin fəaliyyətini dayandırmışdır və sahibkarlıqla məşğul olmur. Mağaza işlədiyi müddət ərzində bir dəfə 3 günlük olmaqla 13- 16 yanvar 2023-cü il tarixlərdə xnometraj metodu ilə müşahidə aparılmış və həmin 3 günlük müşahidənin nəticəsini ümumilikdə 2023-cü ilin fevral, mart və aprel ayları üzrə də tətbiq edilməklə mücərrəd rəqəmlərlə mağazanın ticarət dövriyyəsi müəyyən edilmişdir. Qeyd edir ki, cəmi 3 günlük müşahidənin növbəti 3 ay üzrə də eyni cür hesablanması düzgün olmamışdır. Belə ki, ərzaq mağazası kənd ərazisində yerləşir və həmin mağazada gündəlik ticarət dövriyyəsi fəqlilik göstərir. Hətta elə gün olur ki, dövriyyə sıfıra yaxın olur. Belə olan halda 13-16 yanvar 2023-cü il tarixlərdə xnometraj metodu ilə aparılmış müşahidənin növbəti 3 ay ərizində heç bir mühahidə aparmadan eyni dövriyyə hesablanması qanunsuz olmuşdur. Bu cür qanunsuz hesablamanın aparılması nəticəsində mağazaya 2023-cü ilin fevral ayı üzrə 20421.79 manat, mart ayı üzrə 22609.84 manat, aprel ayı üzrə 21880.49 manat xronometraj dövriyyəsi tətbiq edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********911300 nömrəli, xx.xx.2023-cü il tarixli **********300000 nömrəli və xx.xx.2023-cü il tarixli **********901600 nömrəli qərarlar qəbul edilmişdir. Necə ola bilər ki, cəmi 3 günlük müşahidə növbəti 3 ay üçün əsaslı nəticəyə gəlmək üçün zəmin yaratmış olsun?! Bir daha qeyd edir ki, ərzaq mağazası kənd ərazisində yerləşir və həmin mağazada gündəlik ticarət dövriyyəsi fəqlilik göstərir. Hətta elə gün olur ki, dövriyyə sıfıra yaxın olur. Bu səbəbdən də hesab edir ki, xronometraj dövriyyəsi yenidən hesablanmalı və aratıq hesablanmış məbləğ silinərək real dövriyyə müəyyən edilməlidir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

7. Hazırkı iş materialları və arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)- 4628/2023 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4628/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad Gəncə Apellyasiya Məhkəməsinin İnizbati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-320/2024 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır.

8. Hazırda İddiaçı eyni əsaslar üzrə eyni cavabdehə qarşı eyni predmet barəsində, yəni eyni qərarların - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsini xahiş edir ki, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcud olduğundan və həmin qərardad əsasında iddiaçının iddiası müddətin ötürülməsi əsası ilə mümkünsüz sayıldığından, hazırkı iddia tələbi də mümkün sayıla bilməz.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

10. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

11. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

12. Belə ki, İPM-in: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar