Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-504/2025 11.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının mərhum anası X1 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçmişdir. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib edilmişdir.
2. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 59 nömrəli məktubundan məlum olur ki, İddiaçı mərhum X4 qanun üzrə vərəsəsidir.
3. İddiaçı cavabdeh orqana müraciət edərək, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən 42.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, ancaq sonuncu xx.xx.2024-cü il tarixli 3- 21-3-37/2-0120/2024 nömrəli məktubla bundan imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, sənədlərdə göstərilənqeyri-yaşayış binasının söküldüyü və binanın yerləşdiyi torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılan araşdırma zamanı iddia olunan faktiki torpaq sahəsinin elektron baza məlumatlarına əsaəsn çoxmərtəbəli yaşayış binasının yerləşdiyi və çoxmərtəbəli yaşayış binasına məxsus çıxarışın bir hissəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.
4. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7977/2024 saylı cavab məktubunda bildirilmişdir ki, 3 sayl Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Gəncə şəhəri, Tağı Arani küçəsində inşa edilmiş “MİDA” çoxmərtəbəli yaşayış binaları üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. Həmin məktuba əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********58 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışla ünvan 2 ünvanda yerləşən 6.23 ha torpaq sahəsi üzərində “Azərbaycan Respublikasının Mənzil X6 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-14758/2024 saylı məktubunda bildirilir ki, inzibati iş əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Elmar Aslanov tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Ərazidə olarkən İddiaçı mübahisəli ərazidə onun faktiki istifadə sahəsinin olmadığını bildirmişdir. 001804 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədə qeyd olunan 42.9 kv.m torpaq sahəsinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Sadalanan hallar səbəbindən inzibati işin qərardad sualları üzrə araşdırmanın aparılması mümkün olmamışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum anası X1 və müvafiq olaraq onun xüsusi mülkiyyətinə keçmişdir. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib olunaraq onlara təqdim edilmişdir. Obyekt uzun müddət fəaliyyət gostərərək vergi və digər sosial odənişləri etmişdir. Lakin 2011-2018-ci il dövrdəki Gəncə şəhər icra hakimiyyətinə rəhbərlik etmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində obyekt sökülərək əmlakım məhv edilmiş torpaq sahəsi isə istifadəsiz vəziyyətdə qalmışdır. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən, inzibati qanunvericiliyə uyğun olaraq, yuxarıda qeyd olunan hüquq müəyyənedici və onlara əlavə edilmiş sənədlərlə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahişi ilə DƏDKR PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətimə müccərəd şəkildə absurd cavab verərək,xüsusi mülkiyyət hüququ ilə mənə məxsus torpaq sahəsini naturada müəyyən edilməsinin mümkün olmaması, həmçinin həmin sahənin bir hissəsində çoxmənzilli binaya verilmiş qanunsuz çıxarış ilə ilə üst-üstə düşdüyü səbəbindən qeydiyyatdan imtina etmişdir. Bu isə oz novbəsində onun mülkiyyət və inzibati qaydada müdafiə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnmişdir. Bu əsasla yuxarıda sadalanan qanunvericilik normalarına uyğun olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-3816/2023 nömrəli qərartdadı ilə iddiası mümkün sayılmamışdır. Eyni zamanda məhkəmə qərardadında zəruri hərəkətlərin edilməsini izah edərək məhkəməyə təkrar müraciət etməyini tövsiyə etmişdir. Tövsiyəyə uyğun olaraq ünvan 1ndə yerləşən 42.9 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum anası X5 məxsus olması barədə arayış verilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0120/2024 nömrəli cavab məktubu ilə əvvəlki kimi mücərrəd şəkildə imtina verilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9nin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən qeyriyaşayış binasının söküldüyü üçün binanın yerləşdiyi torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. İddia olunan faktiki torpaq sahəsinin Elektron baza məlumatlarına əsasən çoxmərtəbəli yaşayış binasının yerləşdiyi və çoxmərtəbəli yaşayış binasına məxsus çıxarışın bir hissəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
14. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42.9 kv.m olan torpaq sahəsi iddiaçının mərhum anası X4 mülkiyyətində olmuşdur.
15. İddiaçının deməsinə görə, həmin obyekt Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2011-2018-ci illərdə sökülərək, məhv edilmiş, torpaq sahəsi istifadəsiz qalmışdır.
16. İddiaçı cavabdeh orqana müraciət edərək Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə vərəsəsinə arayışın verilməsini xahiş etmiş, ancaq sonuncu bundan imtina etmişdir.
10. Məhkəmə iddiaçının mərhum hüququn mərhum şəxsə məxsus olmasına dair arayışın verilməsini tələb etdiyi torpaq sahəsinin naturada vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis təyin etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 14758/2024 saylı məktubu ilə bildirilmişdir ki, inzibati iş əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Elmar Aslanov tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Ərazidə olarkən İddiaçı mübahisəli ərazidə onun faktiki istifadə sahəsinin olmadığını bildirmişdir. 001804 qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədə qeyd olunan 42.9 kv.m torpaq sahəsinin məkan göstəriciləri əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmamışdır. Sadalanan hallar səbəbindən inzibati işin qərardad sualları üzrə araşdırmanın aparılması mümkün olmamışdır.
17. Göründüyü kimi, iddiaçının mərhum anasının mülkiyyətində olmuş obyekt sökülmüşdür və faktiki olaraq mövcud deyildir. Onun yerləşdiyi torpaq sahəsinin harada yerləşməsi isə məlum deyildir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
19. Məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası sözügedən obyekti sökmüş subyektdən dəymiş ziyanın natura və pul formasında ödənilməsini tələb etməklə mümkündür. Belə ki, iddiaçının iddiasına əsasən sözügedən obyekt Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.
20. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.
21. Beləliklə, iddia mümkün sayılmamalıdır.
22. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
24. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva