Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-506/2021 07.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində inşa edilmiş “Şah Saray” yaşayış kompleksində “A Bloku”-nun 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 18 nömrəli, “B Bloku”-nun 4-cü mərtəbəsində 3 (üç) otaqlı, 50 nömrəli və “B Bloku”-nun 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 54 nömrəli mənzillərin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkar X3 ilə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil alınması haqqında” xx xxxxxxxx 2016-cı il tarixli 04, 05, 06 nömrəli 3 müqavilə bağlamış, həmin müqavilələr əsasında iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində inşa edilmiş “Şah Saray” yaşayış kompleksində “A Bloku”-nun 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 18 nömrəli, “B Bloku”-nun 4-cü mərtəbəsində 3 (üç) otaqlı, 50 nömrəli və “B Bloku”-nun 5ci mərtəbəsində 3 (üç) otaqlı, 54 nömrəli mənzillərin tikintisini sifariş edərək, həmin mənzillərin dəyərini tam olaraq sahibkara ödəmişdir. Eyni tarixli maliyyə arayışları mənzillərin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsini təsdiq edir. Qeyd edilən mənzillər istifadəyə tam hazır olduğu üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(043)-120/2020 saylı qətnaməsi ilə həmin mənzillər iddiaçının sahiblik və istifadəsinə verilmişdir. İddiaçı həmin mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının-“Şah Saray” yaşayış kompleksinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Sözügedən yaşayış binası üzərində fiziki şəxs X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına və binada yerləşən mənzillərin özgəninkiləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilələr təqdim olunmadığına görə həmin mənzillər üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması qanunamüvafiq hesab edilə bilməz. Üçüncü şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, mənzillərin açarları iddiaçıya təqdim edilmişdir, lakin hələ binada ümumiyyətlə yaşayış olmadığına görə iddiaçı da öz mənzilində yaşamır. Ümumilikdə isə həmin mənzillərin iddiaçının mülkiyyətinə verilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1820 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində yerləşən “NAB GROUP OF COMPANİES şirkətinə məxsus 4,959 ha torpaq sahəsində razılaşdırılmış layihə əsasında çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin yerləşdirilməsinə icazə verilmişdir. -Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 1445 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində yerləşən, X2 məxsus 4,959 ha torpaq sahəsində razılaşdırılmış layihə əsasında çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin yerləşdirilməsinə icazə verilmişdir. -“Çoxmərtəbəli yaşayış binasında fərdi mənzil alınması haqqında” xx.xx.2016-cı il tarixli 04, 05 və 06 nömrəli müqavilələrin surətindən görünür ki, İddiaçı ilə X3 arasında Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində inşa edilmiş “Şah Saray” yaşayış kompleksində “A Bloku”-nun yaşayış hissəsinin 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 18 nömrəli, “B Bloku”-nun yaşayış hissəsinin 4-cü mərtəbəsində 3 (üç) otaqlı, 50 nömrəli və “B Bloku”-nun yaşayış hissəsinin 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 54 nömrəli mənzilləri inşa edib təhvil verilməsi haqqında müqavilə bağlanmışdır. -xx.xx.2016-cı il tarixli maliyyə arayışlarının surətindən görünür ki, “Şah Saray” yaşayış kompleksində “A Bloku”-nun yaşayış hissəsinin 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 18 nömrəli, “B Bloku”-nun yaşayış hissəsinin 4-cü mərtəbəsində 3 (üç) otaqlı, 50 nömrəli və “B Bloku”-nun yaşayış hissəsinin 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 54 nömrəli mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********91 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, iddiaçı sahibkar X3 ilə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil alınması haqqında” xx xxxxxxxx 2016-cı il tarixli 04, 05, 06, nömrəli üç müqavilə bağlamış, həmin müqavilələr əsasında iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə X5 prospektinin kəsişməsində inşa edilmiş “Şah Saray” yaşayış kompleksində “A Bloku”-nun yaşayış hissəsinin 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 18 nömrəli, “B Bloku”-nun yaşayış hissəsinin 4-cü mərtəbəsində 3 (üç) otaqlı, 50 nömrəli və “B Bloku”-nun yaşayış hissəsinin 5-ci mərtəbəsində 3 (üç) otaqlı, 54 nömrəli mənzillərin dəyərini tam olaraq sahibkara ödəmiş, sonuncu isə həmin mənzilləri inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçı həmin mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasını sözügedən yaşayış binası üzərində fiziki şəxs X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və binada yerləşən mənzillərin özgəninkiləşdirilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilələrin təqdim olunmaması təşkil etmişdir. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın:- -1.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir. -2.21-ci bəndinə əsasən obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, istismara icazə verən orqana (quruma) təqdim edilir. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: -23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. -23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14- cii maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-506/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-506/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver