Məhkəmə qərarları › İş №2-1(114)-5078/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5078/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5078/2025 25.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Vİİ-AГ№508097 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışına əsasən X10 və X3 nikah haqqında 30 oktyabr 1974-cü il tarixdə 20№li akt qeydi tərtib olunmuşdur.(Qeyd: M.M.Dilsuz isə xx.xx.2021-ci ildə ölməsi (ölüm xx.xx.2021-ci ildə 37№li akt qeydi ilə qeydə alınmış) ilə xitam verilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışına əsasən "Vətəndaşlıq vəziyyəti aktları’’ avtomətlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X11 xx.xx.1940 (öldüyü tarix xx.xx.2021)- 1. Əri (arvadı): X10 (xx.xx.1940) (vəfat edib xx.xx.2000) 2. Qızı: X8 (xx.xx.1968), 3. Oğlu: X18 (xx.xx.1970), 4. Oğlu: İddiaçı (xx.xx.1971), 5. Oğlu:X12 (xx.xx.1974). Cavabdeh xx.xx.2025-ci il tarixli arayışına əsasən "Vətəndaşlıq vəziyyəti aktları’’ avtomətlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X10 xx.xx.1940 (öldüyü tarix 07.10.200)- 1. Əri (arvadı): X11 (11.11.940) (vəfat edib xx.xx.2021) 2. Qızı: X8 (xx.xx.1968), 3. Oğlu: X18 (xx.xx.1970), 4. Oğlu: X22(xx.xx.1971), 5. İddiaçı (xx.xx.1971), 6. Oğlu:X12 (xx.xx.1974). xx.xx.1971-ci il 120 nömrəli doğum haqqında ak qeydinə əsasən X22 xx.xx.1971-ci ildə anadan olmuşdur, anası X6, atası X7r. Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar Kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 939 nömrəli arayışına əsasən nümayənədiliyin təsərrüfat başına kitabının 42 səhifəsində mərhum X4 aşağıda göstərilən ailə tərkibi var: qızı-X8-1968, oğlu- X19-1970-ci il, oğlu-X20-1971-ci il, oğlu-X12-1974-cü il. Qeyd: mərhum X4 2310.1971-ci il təvəllüdlü X22 adında övladı olmamışdır və Sərkar kəndində yaşamamışdır. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, atanın X10 barəsində ailə tərkibi haqqında arayış tərtib olunarkən onun xx.xx.1971-ci il doğum tarixli iki övladı haqqında məlumat aşkar olunmuşdur(Samux rayon Sərkar icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1971-ci il tarixli doğum akt qeydi və Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1975-ci il tarixli doğum bərpa akt qeydi).Hər iki doğum haqqında akt qeydində doğum tarixi, ata haqqında məlumat bölməsi və ananın soyadı və adı uyğun olsada, barəsində qeyd aparılmış şəxsin adı bir akt qeydində “Teymur” digərində “Əli”, həmçinin ana haqqında məlumat bölməsində bir akt qeydində “Dilsuz Musa qızı”, digtrində isə "Dilsuz Hümbət qızı” qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163-qj maddəsinə əsasən «Vətəndaşlıq vəziyyəti aktlarının ləğvi məhkəmə qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir». Yuxarıda qeyd olunduğu kimi ləğv olunmağını istədiyiniz akt qeydləri eyni şəxslər barəsində olmadığından(və bunu sübut edən kifayət qədər əsas olmadığından) ərizənin təmin edilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayon Sərkar icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1971-ci il tarixli X13 doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1989-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, doğumu 10 noyabr 1989-cıı ildə Cavabdehndə qeyd edilmişdir.X2 və anası X5r. Cavabdeh tərəfindən adına 10 noyabr 1989-cu ildə 391295 №li doğum haqqında şəhadətnamə yazılmışdır. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq ailə üzvlərilə birlikdə 1993-cü ildən məcburi köçkün kimi Yevlax rayonunda məskunlaşıb yaşayırlar. 2008-ci ilin oktyabr ayının axırlarında X15 ilə ailə qurmuş və 10 sentyabr 2009-cu ildə Yevlax rayon Qoyunbinəsi kənd icra nümayəndəliyində nikah bağlmışlar. Bu nikahdan 2 uşaqları-21 sentyabr 2009-cu ildə X16 və 08 mart 2011-ci ildə X9 anadan olmuşdur. 2024-cü ilin əvvəllərində uşaqları ilə yeni şəxsiyyət vəsiqəsi verilməsi ilə əlaqədar olaraq Bərdə regional ASAN xidmət mərkəzinə müraciət etdikdə onun 02 aprel 1990-cı ildə Cavabdehndə 20 №-ə ilə qeyd edilmiş ölüm haqqında akt qeydi aşkar olunmuş və uşaqlarına şəxsiyyət vəsiqəsi verilməmişdir. Bu barədə Cavabdehnə müraciət etsə də,sonuncu tərəfindən imtina cavabı verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi onun barəsində Samux rayon Sərkar icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1971-ci il tarixli X13 doğum haqqında akt qeydinin ləğv olunmasıdır ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

1. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, Cavabdeh xx.xx.2025ci il tarixli arayışında X4 xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: Əri (arvadı): X11 (11.11.940) (vəfat edib xx.xx.2021), 2.Qızı:X8 (xx.xx.1968), 3. Oğlu: X18 (xx.xx.1970), 4. Oğlu: X22(xx.xx.1971), 5. İddiaçı (xx.xx.1971), 6. Oğlu:X12 (xx.xx.1974). Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli arayışda X4 oğlu kimi X22 qeyd edilsə də, Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar Kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 939 nömrəli arayışına əsasən müəyyən edilir ki, nümayənədiliyin təsərrüfat başına kitabının 42 səhifəsində mərhum X4 aşağıda göstərilən ailə tərkibi var: qızı-X8-1968, oğlu-X19-1970-ci il, oğlu-X20-1971-ci il, oğlu-X12-1974-cü il. Qeyd: mərhum X4 2310.1971-ci il təvəllüdlü X22 adında övladı olmamışdır və Sərkar kəndində yaşamamışdır. Göründüyü kimi, X22 barəsində doğumundan başqa hər hansı məlumat aşkar edilməmişdir, yəni belə bir şəxsin mövcudluğu öz əksini tapmamışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə Samux rayon Sərkar icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1971-ci il tarixli X13 doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Samux rayon Sərkar icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1971-ci il tarixli X13 doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar