Məhkəmə qərarları › İş №2-1(114)-5087/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5087/2025

15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5087/2025 15.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Hakim Hüseynov Nurəli Əvəz oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaçılar tərəfindən iddia tələbinin geri götürülməsi ilə bağlı ərizəsinə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sultanova (Ağayeva) Sürayə Hacıbala qızı ilə X1 arasında bağlanmış nikah haqqında akt qeydində adla bağlı mövcud olan səhvin tanınması, nikah haqqında akt qeydində analarının adlarının “Süryə” kimi düzgün formada göstərilməsi üçün rəsmi düzülüşün barədə qərarın qəbul edilməsi, VVADQ tərəfindən çıxarılan qərarın etibarsız hesab edilməsi, müvafiq VVADQ orqanına düzəlişin aparılması və yenidən tərtib edilmiş nikah şəhadətnaməsinin verilməsi ilə bağlı göstərişin verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər.

2. Bundan sonra məhkəməyə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişlər.

3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsini nəzərdən keçirib hesab edirəm ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir.

4. Belə qənaətə gələrkən aşağıdakıları nəzərə alıram:

5. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər; - 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır; - 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; - 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

6. Hesab edirəm ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər.

7. Onu da qeyd edirəm ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir.

8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ M:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar