Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-509/2021 18.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “X12” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X12” ASC-nin cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X12” ASC-nin cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 08.02.2021-ci il il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə X3 adına verilmiş çıxarışın ləğv edilməsi və “X12” ASC-nin adına yeni çıxarışın verilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin 25.04.2001-ci il tarixli, 31/2-15 nömrəli qətnaməsinə əsasən sahibkar X6 məxsus ünvan 1 ünvanında yerləşən evə mülkiyyət hüququ Gəncə “Cihaz” İB-nə (indiki “X12” ASC-yə) keçmişdir. Qətnamənin icrası ilə əlaqədar məhkəmənin verdiyi icra vərəqəsi məhkəmə icraçıları tərəfindən 12.09.2006-cı il tarixli, 235 nömrəli məktubula cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan müxtəlif bəhanələrlə qətnamənin icrasını ləngitmiş, dəfələrlə şikayətdən sonra 15.07.2020-ci il tarixdə, **********331 nömrəli bildirişlə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından ümumiyyətlə imtina olunmuşdur. Səbəb borclu Adil Hüseynovun həyat yoldaşı Səyarə Dadaşovanın adına həmin evə dair çıxarış verilməsi olmuşdur. Göründüyü kimi cavabdeh fərdi yaşayış evi barədə qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğuna əhəmiyyət verməyərək üçüncü şəxsin adına çıxarış vermişdir. Bu səbəbdən həmin çıxarış ləğv olunmalı və həmin evə dair iddiaçının adına çıxarış verilməlidir. Məhkəmənin 05.05.2021-ci il tarixli qərardadı ilə X7 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 05.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30.04.2016-cı il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsinə barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2001-ci ildə məhkəmədə işə baxılarkən ev X4 mülkiyyətində olmamışdır, evin dəyəri Əmlak Komitəsinin müvafiq qurumundan öyrənilmişdir. Cavabdehin nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həmin ev üçüncü şəxsin adına qeydiyyata alındığına görə iddiaçıya çıxarış verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X7 29.03.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, səhəti ilə əlaqədar olaraq məhkəməyə gələ bilmir və iddia əsassız olduğu üçün iddianı qəbul etmir, bu səbəbdən də iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -JN 1277A KOD 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19.11.1999-cu il tarixli 35 saylı qərarına əsasən 0.08 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası 2 saylı Yerli İqtisad Məhkəməsinin 25.04.2001-ci il tarixli, 31/2-15 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, sahibkar X6 məxsus ünvan 1 ünvanında yerləşən evin mülkiyyət hüququnun Gəncə “Cihaz” İstehsalat Birliyinə (indiki “X12” ASC-yə) keçməsi qət edilmişdir. -Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin 12.05.2011-ci il tarixli, 18/558 nömrəli iddiaçıya ünvanlanmış məktubunun surətindən görünür ki, Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəmə qətnaməsinin və icra vərəqəsinin əsli təqdim olunmaqla, eləcə də müvafiq dövlət rüsumu və xidmət haqları ödənilməklə həmin ev üzərində hazırki iş üzrə iddiaçıya məxsus hüquqların dövlət qeydiyyatına alınması məsələsinə baxıla biləcəyi bildirilmişdir. -********** qeydiyyat nömrəli, 30.04.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. -Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 29.01.2021-ci il tarixli, **********61 nömrəli məktubunun surətindən görünür ki, Goranboy şəhəri keçmiş Üzeyir Hacıbəyov küçəsi ev 2 ilə indiki H.Əliyev prospekti İ dalan ev 2 ünvanları eynidir. -Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 15.07.2020-ci il tarixli, **********31 nömrəli bildirişinin surətindən görünür ki, fərdi yaşayış evi ilkin hüquqmüəyyənedici sənədlər, o cümlədən keçmiş DT və XK-nin Goranboy rayon şöbəsi tərəfindən verilmiş JN-1277A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmış və həmin ev qeydiyyata alınarkən üzərində hər hansı bir yüklülük və ya məhdudiyyət mövcud olmamışdır, bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, 2 saylı Yerli İqtisad Məhkəməsinin 25.04.2001-ci il tarixli, 31/2-15 nömrəli qiyabi qətnaməsinə əsasən X6 məxsus ünvan 1 ünvanında yerləşən evin mülkiyyət hüququnun Gəncə “Cihaz” İstehsalat Birliyinə (indiki “X12” ASCyə) keçməsi qət edilmişdir. Sonradan həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyata alınmış və bununla bağlı ********** qeydiyyat nömrəli, 30.04.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib edilmişdir. İddiaçı hazırki tələblə həmin fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış 30.04.2016-cı il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsini tələb etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:- Cavabdeh orqanın 12.05.2011-ci il tarixli, 18/558 nömrəli iddiaçıya ünvanlanmış məktubunun məzmunundan da görünür ki, mübahisəli evin Gəncə “Cihaz” İstehsalat Birliyinin mülkiyyətinə (indiki “X12” ASC-yə) keçməsi barədə məhkəmə qətnaməsinin mövcud olması barədə məlumatlı olmuş, buna baxmayaraq həmin evi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydə almışdır. Digər tərəfdən mübahisələndirilən qeydin aparılmasına əsas olmuş sənədlərdən görünür ki, həmin çıxarış yalnız Səyara Dadaşovaya 0.08 ha torpaq sahəsi verilməsi ilə bağlı JN 1277A KOD 50901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmişdir. Bu hal da yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericilik normalarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı X3 adına aparılmış 30.04.2016-cı il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı X3 adına aparılmış 30.04.2016cı il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-509/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-509/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver