Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-509/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Başqərvənd kəndindən məcburi köçkün düşmüş və həmin vaxtdan Bərdə rayonu Qarabağ qəsəbəsində məskunlaşmışlar. Torpaqlarımız işğal olunduğu gündən bu günədək “Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci müavinətini alır. Məcburi köçkün üçün nəzərdə tutulmuş yemək xərcini bu günədək alsa da, ona məcburi köçkün statusu və vəsiqəsi verilməmişdir. Bununla bağlı cavabdehə yazdığı ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün" statusuna malik olan şəxsin mənzil yaşayış sahəsinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır”. Ondan başqa digər ailə üzvləri məcburi köçkün statusu daşıyır. Qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Başqərvənd kəndindən ailə üzvlərilə birlikdə məcburi köçkün düşdüyündən və ondan başqa ailə üzvləri məcburi köçkün statusu daşıdığından onun iddiası təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etiraz məktubu təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbi tam əsassız və qanunsuz olduğundan, tələb təmin edilməməlidir. Belə ki, İddiaçı atası X1 “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/23818 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata alındıqdan sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005 il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. Komitə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə ünvanlanmış müraciət cavablandırılaraq bildirilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü X3 xx.xx.1999-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, bina 11B, il 19-da qeydiyyatda olmuş, xx.xx.2004-cü il tarixdən indiyədək Ağdam rayonunun Başqərvənd ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Komitəyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli, **********06 saylı arayışa əsasən, X3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə xx.xx.1999-cu il tarixində mülkiyyət hüququ əldə etmişdir. iddiaçı xx.xx.2002-ci il təvəllüdlü İddiaçı anadan olmasından əvvəl atası X3 xx.xx.1999-cu il tarixində ayrıca yaşayış sahəsi əldə etmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixinədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən olunmuşdur. Beləliklə, İddiaçı atası X3 onun doğulmasından əvvəl ayrıca yaşayış sahəsi əldə etdiyindən və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, həmin bəndə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil vericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Odur ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AA0489529 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 01/23818 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu, ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********06 nömrəli, xx.xx.2019-cu il tarixli arayışı, AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin cavabadehə ünanladığı xx.xx.2020-ci il tarixli, 018-6150-10 nömrəli məktubu, cavabdehin etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin cavabadehin müraciətinə əsasən ünvanladığı xx.xx.2020-ci il tarixli, 018-6150-10 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X3 xx.xx.1999-cu il tarixdən ünvan 2-da qeydiyyatda olmuş, xx.xx.2004-cü il tarixdən Ağdam rayonunun Başqərvənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Azəbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən **********06 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X1 adına mülkiyyət hüququ əsasında Bərdə rayonu, Birinci Qaradəmirçi kəndində 0.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış ev və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 11 B, mənzil 19 daşınmaz əmlakları qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar: 2.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. 2.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4.-cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada (bu Qaydalara əlavə olunmuş 1 və 2 nömrəli formaya uyğun olaraq) bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim edir. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Göründüyü kimi, 4.2.6-cı bəndində qeyd olunan hal Daşınaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2019-cu il tarixli Arayışı və AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin cavabadehə ünanladığı xx.xx.2020-ci il tarixli, 018-6150-10 nömrəli məktubu ilə hazırki iş üzrə öz təsdiqini tapmışdır. İstinad olunan maddi hüquq normasının tələbindən göründüyü kimi, ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlara məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi istisna edilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atasının sahibliyində ayrıca yaşayış sahəsi olduğu və həmin yaşayış sahəsinin onun atasının mülkiyyətinə keçdiyi tarixdən, yəni xx.xx.1999-cu ildən sonra (xx.xx.2002-ci il) doğulduğu üçün cavabdehin qərarı doğru olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-509/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-509/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver