Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-51/2021 11.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X8) qarşı Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı 31.01.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsinin təsərrüfatı olan “Yelmar” X2 xırda buynuzlu mal-qaranın inkişafı məqsədilə Goranboy rayonunun “Acı dərə” massivində yerləşən saylı qışlaqdan 800 ha, həmin massivdə yerləşən X3 isə 100 ha, cəmi 900,0 (doqquz yüz) ha torpaq sahəsinin icarəyə verilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmiş, eyni zamanda 01.09.2017-ci il tarixə 2564 baş xırda buynuzlu mal-qaranın olması rarədə Cavabdehnə Göygöl rayon Statistika idarəsinin 22.09.2017-ci il tarixli 251 saylı Arayışı təqdim edilmişdir. Cavabdeh ərizəni əsas tutaraq, 01.11.2017-ci il tarixdə 361 saylı məktubla Azərbaycan Respubliklası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş və xırda buynuzlu heyvanların saxlanılması üçün ona rayonun inzibati ərazisində yerləşən 40 nömrəli qış otlaq sahəsindən 800 ha, dövlət ehtiyyat fondu torpağından isə 100 ha örüş sahəsinin icarəyə verilməsinə dair rəyin verilməsini xahiş etmiş, Azərbaycan Respubliklası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi Cavabdeh sorğusuna 21.02.2018-ci il tarixli **********65 nömrəli məktubla qeyd edilən torpaq sahələrinin ayrılma məqsədinə uyğun təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməklə icarəyə verilməsinə etiraz etmədiyini cavablandırmışdır. Cavabdeh “Göygöl rayonu, Pənahlılar kənd sakini İddiaçı heyvandarlığın inkişafı məqsədi ilə torpaq sahəsinin icarəyə verilməsi barədə” 27 fevral 2018-ci il tarixdə 25 №-li Sərəncam vermişdir. 27 fevral 2018-ci il tarixində Cavabdeh və iddiaçı arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 №-li müqavilə bağlanmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Cavabdeh 01.11.2017-ci il tarixli, 361 nömrəli və 13.12.2017-ci il tarixli, 442 nömrəli məktubları və ƏMDK yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 10.11.2017-ci il tarixli ********** nömrəli məktubları əsasında Goranboy rayon inzibati ərazisində yerləşən dövlət ehtiyyat fond torpaqlarından və 48 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə iddiaçıya icarəyə verilməsi nəzərdə tutulan 900 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerqurluşu Planını tərtib etmişdir. 24.11.2017-ci il tarixdə 900 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərazisində torpaq ölçmə işlərinin aparılması və müayinə (baxış) aktının tərtib edilməsinə dair dəyəri 2,586.20 manat olan Smeta tutulmuş və həmin məbləğ iddiaçı tərəfindən 11.12.2017-ci il tarixdə ödənilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 №-li müqavilə əsasında icarəyə elmiş 900 ha torpaq sahəsindən təyinatı üzrə istifadəyə başlamış, yəni xırda buynuzlu mal-qara üçün icarə müqaviləsində nəzərdə tutulan qaydada ferma və çoban otağı tikilmiş və iddiaçı və ailəsi heyvandarlığın inkişafı ilə məşğul olmuşdur. Torpaq sahəsindən istifadəyə görə 02.09.2019-cu il tarixdə 900 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçıya qarşı İddiaçı icarəsində olan 900,0 ha qış otlaq sahəsində qeyri-qanuni inşa etdirdiyi bir otaqlı çoban olacağı və qoyun yatağının sökülməsi tələbi ilə Goranboy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə 02.10.2018-ci il tarixdə 2(045)-1714/2018 nömrəli qərardadla iş üzrə icraata xitam vermişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyindən surətini əldə etdiyi və onun adımdan hazırlanan saxta ərizədən iddiaçıya məlum olmuşdur ki, guya o, 27 fevral 2018-ci il tarixli 25 nömrəli sərəncamı ilə 48 nömrəli qışlaqdan icarəyə verilmiş 800 ha torpaq sahəsinin 200 hektarını dövlət fonduna qaytarılmasına dair 30 iyun 2018-ci il tarixində Cavabdeh başçısının adına ərizə vermiş və Agentlikdən Cavabdeh bununla bağlı 02 iyul 2018-ci il tarixində 74№-li Sərəncam vermişdir. 30.06.2018-ci il tarixdə həftənin şənbə günündə (qeyri iş günündə) saxta ərizə qəbul edilmiş, iyulun 1-i həfənin bazar günüdür, iyulun 2-si birinci iş günündə heç bir araşdırma və inzibati icraat aparmadan Cavabdeh həmin tarixdə 74№-li Sərəncam qəbul etmişdir. Bütün bu bas verənlərdən xəbərsiz olmus və saxta ərizə əsasında Cavabdeh 02 iyul 2018-ci il tarixində 74№-li Sərəncam verməsindən heç bir rəsmi məlumatım olmamışdır. Cavabdehnə 13 yanvar 2020-ci il tarixində rəsmi olaraq ərizə vermiş və ərizədə Cavabdeh 02 iyul 2018-ci tarixli 74№-li Sərəncamını rəsmi olaraq təqdim edilməsini xahiş etmiş, 17 yanvar 2020-ci il tarixində H-10-104 qeydiyyat nömrəsi ilə qəbul edilmiş, 21 yanvar 2020-ci il tarixli CH-10-104 nömrəli məktubla Sərəncamının surəti mənə rəsmi qaydada təqdim edilmişdir. Hal-hazırda 27 fevral 2018-ci il tarixində Cavabdeh və iddiaçı arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 №-li müqavilə qüvvədədir. Odur ki, iddiaçı 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Gəncə İnzibati Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2-1(114)-727/2020 nömrəli qərardadla iddia ilə bağlı qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Goranboy rayonunun “Acı dərə” massivində yerləşən 48 saylı qışlaq sahəsində, İddiaçı icarəsində olan 900 ha torpaq sahəsinin 200 ha hissəsinin Dövlət Fonduna qaytarılması barədə Cavabdeh başçısının 02.07.2018-ci il tarixli, 74 nömrəli sərəncamının icrası dayandırılmışdır. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2-1(114)-727/2020 nömrəli qərardadlarla İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 02.07.2018-ci il tarixli, 74 nömrəli sərəncamın ləğv edilməsi, 200 ha torpaq sahəsi daxil olmaqla cəmi icarəyə verilmiş 900 ha torpaq sahəsinin Cavabdeh tərəfindən ona təhvil verilməsi barədə iddianın dəqiqləşməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2-1(114)-51/2021 nömrəli qərarla iddia təmin edilmiş, Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli 74 nömrəli sərəncamı ləğv edilmiş, 200 hektar torpaq sahəsi daxil olmaqla cəmi icarəyə verilmiş 900 hektar torpaq sahəsinin Goranboy rayon İcra Hakmiyyəti tərəfindən İddiaçı təhvil verilmişdir. X6 apellyasiya şikayəti əsasında 2-1(114)-51/2021 nömrəli inzibati iş baxılması üçün 13.04.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(104)-426/2021 nömrəli qərardadla apellyasiya şikayəti qismən təmin edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2-1(102)-1593/2021 nömrəli qərarla iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(104)-426/2021 nömrəli qərardadı ləğv edilmiş, X7 hazırki işə üçüncü şəxs qismində cəlb edilməsi ilə əlaqədar olaraq birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilməsinin zəruri olduğu izah edilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2-1(114)-51/2021 nömrəli qərardadla 25.01.2021-ci il tarixli qərar ləğv edilmiş, mahiyyəti üzrə baxılması təzələnmiş və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 11 noyabr 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2-1(83)-530/2019 nömrəli qərardadı mövcuddur. Həmin qərarı araşdıran məhkəmə müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdehnə qarşı Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 15.05.2019-cu il tarixli, 2- 1(83)-530/2019 nömrəli qərardadı ilə İddiaçı iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2-1(83)-530/2019 nömrəli qərardadından İddiaçı tərəfindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 30.07.2019-cu il tarixli, 2-1(104)-495/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15.05.2019-cu il tarixli, 2-1(83)-530/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apelyasiya Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2-1(104)-495/2019 nömrəli qərardadından İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 18.12.2019-cu il tarixli, 2-1(102)-3386/2019 nömrəli qərar ilə kasasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2-1(104)-495/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin qərara əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Göründüyü kimi hazırda İddiaçı məhkəməyə yenidən iddia qaldıraraq Cavabdehnə qarşı Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsini xahiş edir, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırda məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı eyni predmet üzrə yenidən iddia qaldırmaqda haqlı olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi üzrə icraatda eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X8) Cavabdeh başçısının 02 iyul 2018-ci il tarixli, 74 saylı sərəncamının ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-51/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-51/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver