Məhkəmə qərarları › İş №2-1(114)-51/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-51/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-51/2024 12.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1148/2023 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə anadan olmuş, 18 oktyabr 2003-cü ildə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə başlamışdır. Hərbi xidmət dövründə olarkən psixikasında dəyişikliklər baş vermiş, müayinə və müalicə olunmaq üçün N saylı hərbi hissəyə göndərilmişdir. Daha sonra MN MHKH-da müalicə olunmuş və ona HHK-nın qərarı ilə “mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu və “xəstəlik hərbi xidmət dövründə alınmışdır” xəstəliyin səbəb əlaqəsi qoyulmuşdur. Bundan sonra ona müddətsiz İİ dərəcəli hərbi xidmət dövrü əlilliyi təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7S X4 Sosial Ekspert Komissiyasının 1031 saylı xx.xx.2009-cu il tarixli müayinə aktı ilə üçüncü dərəcəli müddətsiz əlil hesab edilmişdir. Təxminən 2020-ci ildə o, əlillik dərəcəsinin dəyişdirilməsi üçün müraciət etmiş və onun əlilliyi tamamilə ləğv edilmişdir. O, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il və sair tarixlərdə müalicə və müayinə olunmuşdur. 28 avqust 2020-ci il tarixdə yenidən heç bir əsaslı səbəb göstərilmədən onun əlilliyi ləğv edilmiş və bəhanə kimi “əlavə müalicəyə ehtiyacının olması müalicə günlərinin sayının yetərli olmaması” göstərilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik əlaməti təyin edilməməsi səbəbindən imtina edilmişdir. O, hesab edir ki, bütün sənədlərinə yenidən qiymət verilərək ona İİ dərəcəli əlillik dərəcəsi təyin edilməli və cavabdehin qanunsuz hərəkətləri nəticəsində təyin edilməmiş müddətdə də ona İİl dərəcə əlillik dərəcəsinə görə pensiya ödənilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 iyun 2024-cü il tarixinə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, Göygöl rayor sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı 2009-cu ildən “Uzun sürən şizofreniyayabənzər psixoz hallüsinator sayıqlama sindromu şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu əsasında üçüncü dərəcə müddətsiz əlilliyi olan şəxsdir. Əlillik dərəcəsinin yenidən baxılması üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, H.Abdulayevə Azərbaycan Respublikası X3 Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 1227 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ünsiyyətə formal, alçaq səs tonu ilə qoşulmuş, qarabasmalarından, qorxduğundan, kiminsə onu güdməsindən danışmışdır. Baxış zamanı sol əlin birinci barmağı səviyyəsində —3 sm ölçüdə təzə kəsik izləri, əllərinin iç səthində fiziki işə məxsus qabarlar izlənmişdir. Anamnezində 2004-cü ildən xəstə olduğu bildirilsə də, 2019-cu ilə qədər stasionar müalicə sənədləri təqdim edilmərmiş, qəbul etdiyi dərmanlar haqqında məlumat verə bilməmiş, pulsuz dərman alan ruhi əsəb xəstələri reyestrində adı qeyd olunmamış, 2019-cu ildən BC kateqoriyası üzrə aktiv sürücülük vəsiqəsinin olması məlum olmuşdur. Qardaşı qarabasmalarının olmasını təsdiqləməmişdir. AR SN Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli 726/21 nömrəli Tibbi Rəyində diaqnoz “ Şizofreniya paranoid forma, fasiləsiz proqrediyent tip gedişli paranoid sindrom" kimi qeyd olunsa da, əyani müayinə zamnı psixoproduktiv əlamətlər izlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” bərədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-5248/2023 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar" müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sonrakı dövrdə əlillik dərəcəsinin gücləndirilməsi məqsədi ilə vətəndaşa dair Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0327003AAF0A nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında vətəndaşın əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə müraciəti əsasında İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0327003AAG1J nömrəli göndərişi ilə xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə yolu ilə qiymətləndirilmişdir. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 241/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı hazırda “F20.0 - Şizofreniya paranoid forma fasiləsiz gedişli” xəstəliyindən əziyyət çəkir. Qeyd edilən diaqnoz onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdəki diaqnozla eynilik təşkil edir. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən diaqnozla əlaqədar yaşayış yeri üzrə psixatrda qeydiyyatdadır, mütəmadi müayinə olunur, xəstəliyi kəskinləşərsə xəstəxanada müalicəyə cəlb olunur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18777/2023 nömrəli qərarından görünür ki, xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında qulağına adam səslərinin gəldiyini, onu öldürəcəklərini söylədikləri, qonşusuna xəsarət yetirdiyini, qəbul etdiyi dərmanların adlarını bilmədiyini, qardaşının köməyi ilə qəbul etdiyini bildirmiş, həyat yoldaşının rəhmətə getdiyini, övladlarını görmədiyini, hazırda heç bir əmək fəaliyyəti ilə məşğul olmadığını qeyd etmişdir. Müayinə gedişatında verilən sualların əksəriyyətinə “bilmirəm” deyərək cavab vermiş, əllərin iç səthində qabarlar izlənilmişdir. Vətəndaşın 2009-cu ildən müddətsiz “Uzun sürən şizofreniyayabənzər psixoz hallüsinator sayıqlama sindromu şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu ilə əlillik təyinatı olmuş, lakin müayinə və müalicə sənədləri 2020-ci ildən sonraya aid olması müəyyənləşdirilmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən səliqəli, ünsiyyətə həmən daxil olmuş, suallara seçici cavab vermişdir. Xəstəliyi haqqında, ailə tərkibi ilə əlaqədar heç bir məlumat verməmiş, intellektual və amnestik sferası yaşam və həyat tərzinə tam uyğun olmuş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli 2733/20 nömrəli Çıxarışında diaqnoz “Şizofreniya paranoid forma paranoid süsür” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 409/23 nömrəli Çıxarışında diaqnoz “Şizofreniya paranoid forma fasiləsiz gedişli” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə şəhər Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli Beyin MR müayinəsinin nəticəsi “Hər iki beyin hemisferi alın pay subkortikal, periventrikulyar dərin ağ maddədə bir neçə sayda T2 FLAİR hiperintens mikroangiopatik qlioz ocaqlar. Sol tərəfli xroniki etmoidit” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar “ qəbul edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-57313/24 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 660859 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2009-cu il tarixdə “Uzun sürən şizofreniyayabənzər psixoz hallüsinator sayıqlama sindromu şəxsiyyət dəyişkənliyi ilə (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F80-F89 – Psixoloji inkişaf pozğunluqları – F89 – Psixoloji inkişafın dəqiqləşdirilməmiş pozğunluğu)” diaqnozu ilə, astenik qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya meyarı ilə İİİ dərəcə müddətsiz əlillik təyin edilmiş, xx.xx.2020-ci il tarixdə “Paranoid şizofreniya. Şizofreniya paranoid forma dəyişməsi ilə (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20 – Şizofreniya – F20.0 – Paranoid şizofreniya)” diaqnozu və xx.xx.2021-ci il tarixdə “ Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru. (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F40-F48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar – F48 – Digər nevrotik pozğunluqlar – F48.0 Nevrasteniya)” diaqnozu ilə “diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya xx.xx.2020ci il tarixdə “Paranoid şizofreniya. Şizofreniya paranoid forma dəyişməsi ilə (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F20-F29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları – F20 – Şizofreniya – F20.0 – Paranoid şizofreniya)” diaqnozu və xx.xx.2021-ci il tarixdə “ Şizofreniya, Şizofreniya, paranoid forma fasiləsiz gedişli, hallüsünator paranoid forma. Şəxsiyyətin paranoid qüsuru. (XBT kodu: V sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları – F40-F48 – Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar – F48 – Digər nevrotik pozğunluqlar – F48.0 Nevrasteniya)” diaqnozu hər müayinə nəticəsində söz ifadəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 241/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına Göygöl RMX PHŞ-in poliklinika şöbəsində tərtib edilmiş ambulator kartadan görünür ki, o, psixiatrik kabinetdə qeydiyyatdadır. Vətəndaş İddiaçı hazırda “Şizofreniya paranoid forma fasiləsiz gedişli” xəstəliyindən əziyyət çəkir. Mütəmadi müayinə olunur, xəstəliyi kəskinləşərsə xəstəxanada müalicəyə cəlb olunur. Bundan başqa, iddiaçının xx.xx.2020-ci il tarixdə aparılan müayinəsinin nəticəsində Mərkəzə göndərilmədən imtina edilməsinin səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması, müalicə günlərinin sayının yetərli olmaması, xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacının olması göstərilmişdir. Göründüyü kimi həm TSEK müayinə nəticələrində, həm də ekspert rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsi, o cümlədən və əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacının olması inkar edilmir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarından qeyd edilmişdir ki, AR SN Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli 726/21 nömrəli tibbi Rəyində diaqnoz “Şizofreniya paranoid forma, fasiləsiz proqrediyent tip gedişli, paranoid sindrom” kimi qeyd olunsa da, əyani müayinə zamanı psixoproduktiv əlamətlər izlənməmişdir. Göründüyü kimi, TSEK müayinə nəticələrində iddiaçıya “Şizofreniya paranoid forma, fasiləsiz proqrediyent tip gedişli, paranoid sindrom” diaqnozları qeyd edilsə də, Komissiyanın xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarında əyani müayinə zamanı psixoproduktiv əlamətlərin izlənməməsi qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda əyani müayinə zamanı psixoproduktiv əlamətlərin izlənməməsi ona təyin edilmiş diaqnozun inkar edilməsi üçün əsas ola bilməz və bu səbəb ona müvafiq əlillik dərəcəsinin təyin edilməsini istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda, məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut növü kimi qəbul etmir və ona tənqidi yanaşır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar