Məhkəmə qərarları › İş №2-1(114)-510/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-510/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-510/2021 16.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkilli) X12, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X9) Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs X9) 08.02.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayon Keçili bələdiyyəsinin 31 iyul 2003-cü il tarixli, 09 nömrəli qərarına və 24 dekabr 2003-cü il tarixli alqı-satqı aktına əsasən Cavabdeh ərazisindən 0,08 ha torpaq sahəsini 37.600 manata almışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Şəmkir rayon Keçili bələdiyyəsinin tərtib etdiyi Cavabdeh yerquruluşu planından çıxarışa əsasən torpaq sahəsinin koordinatları ona tanıdılmış və həmin vaxtdan da, torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Bələdiyyə həmin vaxt torpaqlara çıxarış almadığından o da, torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Lakin üçüncü şəxs İməddin Məmmədov çıxarış təqdim edərək həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etmişdir. Sorğu əsasında əldə edilmiş məktubla müəyyən olunmuşdur ki, Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarına və iclas protokoluna əsasən həmin torpaq sahəsinin bələdiyyə tərəfindən İməddin Məmmədova satılması qərara alınmış və 16.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Bələdiyyə 2019-cu ildə torpaqlara mülkiyyət sənədini əldə etmiş və 2003-cü ildən iddiaçının aldığı mübahisəli torpaq sahəsini 2019-cu ildə İməddin Məmmədova satmışdır. Sonuncu isə adına çıxarış almışdır. Bundan məlum olur ki, Cavabdeh bir torpaq sahəsini ilk öncə iddiaçıya satmış, 16 il sonra isə həmin torpaq sahəsini İməddin Məmmədova satmışdır. Bələdiyyə bir torpaq sahəsinə görə 2 dəfə pul almışdır. Nəticədə iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməsinə süni maneələr törətmişdir. Göstərilən əsaslarla iddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkilli) X16 vəsatət verərək, iş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsini və ekspertizanın keçirilməsinin X5 həvalə edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, 2-1(114)- 510/2021 nömrəli qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Cavabdeh 31.07.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 hektar torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşürmü, düşdüyü halda hansı ölçüdə üst-üstə düşür?” sualı qoyulmuşdur. Keçirilən ekspertiza nəticəsində X3 eksperti qarşısında qoyulan suala belə cavab vermişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş materialları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Şəmkir rayonu, Keçili bələdiyyəsinin 31.07.2003-cü il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılmış 0.08 hektar torpaq sahəsinin naturada 0.074 ha təşkil etdiyi və sənəd üzrə koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinantlarının üst-üstə düşdüyü müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə iclası 16 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) X16 və üçüncü şəxs X9 gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinə məhkəmə tərəfindən hüquqi yardım göstərilərək, iddia tələbinin dəyişdirilməsi tövsiyyə olunmuş lakin, iddiaçının nümayəndəsi (vəkili) X16 yenə də, mübahisələndirilən qərarın və protokolun etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X16 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh İddiaçı həyətyanı torpaq məqsədi ilə satılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinin yerquruluşu planından çıxarışın surəti; - 24.12.2003-cü il tarixli, 412 nömrəli alqı-satqı aktının surəti; - 30.07.2003cü il tarixli, 01 nömrəli qəbzin surəti; - Şəmkir rayon Keçili bələdiyyəsinin 31.07.2003-cü il tarixli, 09 nömrəli qərarının təsdiqlənmiş surəti; - 16.10.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin surəti; - Şəmkir rayon Keçili bələdiyyəsinin 14.10.2019-cu il tarixli, 19 nömrəli protokolun surəti; - ********** qeydiyyat nömrəli, 22.10.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti; - Şəmkir Rayon Məhkəməsinin 10.10.2020-ci il tarixli, 2(076)-1729/2020 nömrəli qətnaməsinin surəti; - Gəncə Apelyasiya Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(104)-3556/2020 nömrəli qətnaməsinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsini xahiş etmiş və hazırda istifadə etdiyi torpaq sahəsinin iş üzrə üçüncü şəxs olan X6 qanunsuz satıldığını iddiasına əsas kimi qeyd edərək, bələdiyyə tərəfindən qəbul edilmiş 14.10.2019-cu il tarixli, 19 nömrəli qərarın və protokolun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəmkir rayon Keçili bələdiyyəsinin 14.10.2019-cu il tarixli, 19 nömrəli protokol və qərarı əsasında Keçili kəndi ərazisində yerləşən Dövlət Reyestrində Keçili bələdiyyəsinin adına 08.10.2019-cu il tarixli, **********59 reyestr nömrəsi ilə qeydiyyata alınmış 740 kv.m torpaq sahəsi 2400 manata Xuluf kənd sakini X2 qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AN-1 № ******* alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi Şəmkir rayon Keçili bələdiyyəsi tərəfindən X1. İş materiallarında olan ********** qeydiyyat nömrəli, 22.10.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, 0.074 hektar torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Bundan əlavə X9 cavabdehlər X10 və X14 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10.10.2020-ci il tarixli, 2(076)-1729/2020 nömrəli qətnamə ilə qərara alınmışdır ki, iddia tələbi təmin edilsin, 22.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X6 məxsus olan və Şəmkir rayonu, Xuluf kəndində yerləşən torpaq sahəsi cavabdehlər X8 və X13 zəbtindən azad edilsin və zəbtdən azad edilmiş torpaq sahəsi X6 qaytarılsın. Bundan sonra cavabdehlər X11 və X7 Rayon Məhkəməsinin 10.10.2020-ci il tarixli, 2(076)-1729/2020 nömrəli qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişlər. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 03.11.2020-ci il tarixli, 2(104)-3556/2020 nömrəli qətnamə ilə qərara alınmışdır ki, apelyasiya şikayəti təmin edilməsin və Şəmkir Rayon Məhkəməsinin 10.10.2020-ci il tarixli, 2(076)-1729/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırda məhkəmədə qaldırılmış mübahisə ondan ibarətdir ki, Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarı və iclas protokolu etibarsız hesab edilməlidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun:- - 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: - 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, qanunvericiliyin göstərmiş olduğu əsaslar mübahisələndirilən sənəddə öz əksini tapmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 11 avqust 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X9) Cavabdeh 14.10.2019-cu il tarixli, 19 saylı qərarının və iclas protokolunun etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar