Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-511/2021 30.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Samux şəhərində yerləşən 0.9 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Fahrettin Receboğlu, Kifayet Receboğlu, Receb Receboğlu, Abdurahman Receboğlu və Cennet Receboğlundan almış, həmin müqavilə Samux rayon X1 xx.xx.2019-cu il tarixdə 4Ə-242 nömrə ilə reyestrdə qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə A 393793 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. Sözügedən torpaq sahəsinin hazırda bir hissəsini istifadə edir, lakin digər hissənin qonşu sahələrdən hansının ərazisinə düşməsini bilmədiyi üçün xx.xx.2020-ci il tarixdə sözügedən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli, **********99 nömrəli məktubla «aparılan araşdırma zamanı torpaq sahəsinin elektron baza üzrə mövcud koordinatların naturaya uyğun gəlmədiyi üçün» torpaq sahəsinin yerinin göstərilməsinin mümkün olmadığı, həmçinin «Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli fərmanı ilə yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi, o cümlədən torpaqlar barəsində yeni elektron kadastr məlumat bazasının yaradılması işləri aparıldığı yeni elektron baza formalaşdığı təqdirdə torpaq sahəsinin yerinin göstərilməsinin təmin ediləcəyi» göstərilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Samux şəhərində yerləşən 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********48 reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilkin hüquqmüəyyənedici sənəd olan «Torpağa mülkiyyət hüququna dair» JN-06913 nömrəli Dövlət Aktına uyğun şəkildə aparılmışdır. İddiaçı Samux şəhərində yerləşən 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuş müraciətinin araşdırılması zamanı, 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron baza üzrə mövcud koordinatlarının naturaya uyğun gəlmədiyi müəyyən edilmiş və bu səbəbdən də torpaq sahəsinin naturada yerinin göstərilməsi mümkün olmamışdır. Yaranmış uyğunsuzluq torpaq islahatı zamanı torpaq sahəsinin koordinatlarının naturaya uyğun işlənməməsi ilə bağlı olmuşdur. «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanına əsasən yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi o, cümlədən torpaq sahələrinin yeni elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Yeni elektron baza formalaşdıqdan sonra torpaq sahəsinin yerinin göstərilməsinin təmin ediləcəyi barədə iddiaçıya məlumat verildiyini bildirmişdir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini A 393793 nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü, **********8 qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, xx.xx.2020ci il tarixli **********18 nömrəli imtina məktubu və cavabdehin xx.xx.2021-ci il tarixli nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş A 393793 nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Samux şəhəri ünvanında 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Samux rayon X2 tərəfindən verilmiş 4Ə-242 nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş **********8 qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux şəhəri ünvanında yerləşən 0.9 ha kənd təsərrüfatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********18 nömrəli imtina məktubunda, habelə yazılı etirazında göstərilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin elektron baza üzrə mövcud koordinatlarının naturaya uyğun gəlmədiyi üçün torpaq sahəsinin yerinin göstərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi, o cümlədən torpaqlar barəsində yeni elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Yeni elektron baza formalaşdığı tədqirdə iddiaçıya məxsus torpaq sahəsinin yerinin göstərilməsi təmin ediləcək. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Samux şəhərində yerləşən 0.9 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********8 qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və «Uyğunluğun qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək, habelə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin xidməti vəzifələrinə aid edilmişdir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin Əsasnaməsinin 3.0.24 və 3.0.50-ci bəndləri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı adına verilmiş çıxarışda qeyd olunan 0.9 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi tələbinə dair iddiası təmin edilməlidir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə **********8 qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerinin müəyyən edilərək göstərilməsi vəzifəsi həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-511/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-511/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver