Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-511/2024 28.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi, sərəncamın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və yolun avtomobillərin hərəkəti və istifadəsi üçün açılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2022-ci il tarixli, 212 saylı Sərəncamının ləğv edilməsi, sərəncamın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və yolun avtomobillərin hərəkəti və istifadəsi üçün açılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa şəhər mərkəzi bazarı ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasının arasında, Heydər Əliyev küçəsindən Heydər Əliyev parkına gedən, Heydər Əliyev küçəsi ilə Abış Mustafayev adına küçənin kəsişdiyi döngə vardır. 30 dekabr 2022-ci il tarixdə həmin yol Cavabdeh tərəfindən bağlanmışdır. Məlum olmuşdur ki, Cavabdeh 30 dekabr 2022-ci il tarixli, 212 saylı Sərəncamı ilə həmin avtomobil yolu ləğv edilib və orada hansısa abadlıq işləri görüləcəkdir. Sonradan məlum olmuşdur ki, həmin yolda iki böyük obyekt tikiləcək. Bundan xəbərdar olan sahibkarlar dövlət orqanlarına çoxsaylı şikayətlər etmişlər. Yolun bağlanması nəticəsində 40-a qədər obyekt iflic vəziyyətə düşüb, obyektlərə mal gətirən daşıyıcı maşınlar obyektlərə mal verə bilmirlər. Yolun bağlı olması səbəbindən orada əksər hallarda tıxaclar yaranır. Buna görə də, Cavabdehnə müraciət edərək həmin yolda aparılan tikintinin dayandırılmasını, aparılmış tikinti işlərinin sökülməsi, dağıdılmış yolun əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etmişlər. Lakin cavabdeh orqan bu şikayətlərə müsbət cavab verməmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, İddiaçılarnın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə İddiaçılarnın həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İcra Hakimiyyəti başçısı tərəfindən məhkəməyə ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli, 5-33/2-1089/2023 nömrəli etiraz və qeydlərdə bildirilmişdir ki, sözü gedən ərazinin şərqində Ağstafa Rayon Mərkəzi Xəstəxanası, qərbində Ağstafa rayon mərkəzi bazarı, şimalında Heydər Əliyev adına istirahət və mədəniyyət parkı yerləşdiyindən xəstəxana, bazar, park və sağ və sol hissələrdə yerləşən ticarət, iaşə obyektlərinə gələn səxslərin nəqliyyat vasitələrini qeyd olunan ərazidə uzun müddətli dayanma və durma etməsi, habelə, ticarət obyektlərinin sahiblərinin (o cümlədən iddiaçı Novruz Yolçuyev tərəfindən) qanunsuz küçə ticarəti ilə məşğul olmaları sıxlıq yaradır, piyada və avtomobil hərəkətində ciddi çətinliklər yaranırdı. Bu zaman insanların sərbəst piyada hərəkəti çətinləşməklə yanaşı ticarət və iaşə xidməti göstərən obyektlərdən də istifadədə çətinliklər yaranırdı. Buna görə də RİH-i başçısının 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə şəhərin Abış Mustafayev küçəsini Heydər Əliyev prospekti ilə əlaqələndirən hissəsində abadlıq işlərinin başlanması barədə qərar qəbul edilmiş və həmin ərazidə 120 metr məsafədə avtomobillərin hərəkərti ləğv edilmiş (buna qədər avtomobil hərəkəti birtərəfli olmuş) və həmin ərazidə piyada hərəkətinin sıxlığı nəzərə alınaraq əhalinin ümumi istifadəsi üçün yenidən qurulmasına başlanılmışdır. Ərazidə dekorativ kolluqlar, oturacaqlar, işıqlandırma sisteminin quraşdırılması həmin hissəyə ticarət mallarının daşınması və əlil arabalarının hərəkəti üçün pandus nəzərdə tutulmuşdur. Şəhərin müvafiq ərazilərində eləcə də sözü gedən ərazidə aparılan abadlıq işlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən ekspertiza rəyi verilmiş və təsdiq olunmuşdur. Əlavə olaraq qeyd olunmuşdur ki, ərazidə avtomobil yolunun ləğvi avtomobillərin gediş gəlişinə heç bir maneə törətmir, əhali ərazinin dıgər hissəsində olan Abış Mustafayev küçəsindən rahatlıqla istifadə edə bilir. Ərazidə aparılan abadlıq işləri Ağstafa şəhərinin memarlıq görkəminə, həcm-fəza kompozisiyasına, əhalinin sərbəst hərəkətinə, ticarət və iaşə obyektlərinin xidmətlərindən yararlanmalarına müsbət təsir edir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı Novruz Yolçuyev ayrı-ayrı orqanlara o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məsələ ilə bağlı sorğular etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı araşdırma aparmış və xx.xx.2023-cü il tarixli 3-35/2-Y-2/2-36-805/2023 nömrəli məktubla sözü gedən məsələyə (yəni ərazidə aparılan abadlıq işləri və sair.) rəy verilməsinin komitənin səlahiyyətinə aid olmadığı barədə Novruz Yolçuyevə və Cavabdehnə məktub ünvanlamışdır. Eyni zamanda Novruz Yolçuyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə X4 Nəzarəti İdarəsinə müraciət edərək küçədə avtomobil hərəkətinin dayandırılmasının yanğın təhlükəsizliyi normalarının pozulması hallarına səbəb olmasından şikayət etmişdir. Gəncə X4 Nəzarəti İdarəsi tərəfindən araşdırma aparılmış və sözü gedən ünvanda ehtimal olunan yanğın hissələrinin söndürülməsi üçün əməliyyat şəraitini çətinləşdirən səbəblər olmadığı barədə xx.xx.2023-cü il tarixli 3-18-78/2-804/2023 nömrəli məktubla cavab verilmişdir. Buradan da göründüyü kimi qeyd olunan ərazidə müvafiq dəyişiklik aparılaraq abadlıq quruculuq işlərinin aparılması və yaxud aparılmasına icazə verilməsi RİH-nin səlahiyyəti daxilindədir. Bundan başqa qeyd olunmuşdur ki, Novruz Yolçuyev aparılan abadlıq işləri ilə bağlı Ağstafa RİH başçısının qəbulunda olarkən abadlıq işlərini müsbət qiymətləndirmişdir. Cavabdehnə müraciət edərək Mərkəzi Xəstəxananın ərazisindən tikinti məqsədi ilə ona torpaq sahəsi verilməsini xahiş etmişdir. Müraciəti ilə bağlı torpaq sahəsinin səhiyyə obyektinə aid olduğundan digər şəxsə, indiki halda Novruz Yolçuyevə torpaq sahəsi verilməsinin RİH-nin səlahiyyətinə aid olmadığı bildirilmişdir. Tələbi ödənilmədiyi halda qərəzli mövqe tutaraq əsassız şikayətlər etməkdə davam etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, vətəndaşların şikayəti tamamilə əsassızdır və yerli icra hakimiyyəti olaraq sərəncamın ləğv edilməsinə etiraz edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarına əlavə olunmuş 30 dekabr 2022-ci il tarixli, 212 nömrəli Ağstafa Rayon İcra Başçısının Sərəncamından məlum olur ki, Ağstafa şəhərinin Abış Mustafayev küçəsinin Heydər Əliyev prospekti ilə əlaqələndirən, X3 ilə Mərkəzi Bazarın arasındakı 120 metr məsafəsinin hər iki tərəfində ticarət, iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərir. Həmin ərazidə avtomobillərin uzun müddətli dayanması, istər avtomobil, istərsə də piada hərəkətinə ciddi maneçilik törətdiyindən qeyd olunan hissədə insanların həmin obyektlərdə göstərilən xidmətlərdən sərbəst istifadə etmələri üçün avtomobil hərəkətinin dayandırılması (həmin sahədə avtomobil hərəkəti birtətəflidir), ərazinin əhalinin ümumi istifadəsində saxlanılması, abadlaşdırılması və piyada hərəkəti üçün şərait yaradılması zərurəti yarandığından qərara alınmışdır ki, Ağstafa şəhərinin Abış Mustafayev küçəsi ilə Heydər Əliyev prospektini əlaqələndirən X3 ilə Mərkəzi Bazarın arasındakı 120 metr məsafəsində avtomobil hərəkəti ləğv edilməsi və qeyd olunan 120 metr məsafənin əhalinin ümumi istifadəsi və piyada hərəkəti üçün abadlaşdırılmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçılar qeyd olunan sərəncamın qəbul edilməsindən sonra, müxtəlif vaxtlarda öz etiraz ərizələrini Cavabdehnə ünvanlamış və cavabdeh orqanla yazışmalar aparılmışdır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur ki, iddiaçıların həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi, sərəncamın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və yolun avtomobillərin hərəkəti və istifadəsi üçün açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçıların iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarışı sərəncamın ləğv edilməsi, sərəncamın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və yolun avtomobillərin hərəkəti və istifadəsi üçün açılması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-511/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-511/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver