Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-512/2022 30.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Tovuz rayonu “Ceyrançöl” massivində yerləşən 120 ha torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması barədə inzibati qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu “Ceyrançöl” massivində yerləşən 120 ha torpaq sahəsinin ona icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 120 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması ilə əlaqədar olaraq inzibati qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus 50 nömrəli sahədə olan Ceyrançöl qış otlaq sahəsini məcburi qaydada ondan alaraq yeni yaradılmış Aqropark sahəsinə vermişdir. Ona məxsus əmlaklar və su xətti orada qalmışdır. Ona isə digər yerdən torpaq vermək üçün 01 noyabr 2017-ci il tarixdə Cavabdeh başçısı adından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək göstərmişdir ki, Tovuz rayonu, Qaraxanlı kənd sakini İddiaçı ilə 200 hektar otlaq sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə əlaqədar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunda nəzərdə tutulmuş qaydada həyata keçirməsi üçün yer quruluşu qaydasında sərhəd hüdudlarının yerdə (naturada) və xəritədə müəyyən edilməsinə və rəy verilməsinə aidiyyati üzrə tapşırıq verilməsini xahiş edir. Həmin məktuba 200 hektarla bağlı xəritə əlavə edilmişdir. Cavabdeh ilə onun arasında 200 hektarın və onun öhdəsində olan torpağın Aqroparka verilməsi və 200 hektar verilməsi barədə şifahi və qarşılıqlı razılaşmaları olmuşdur. Həmin məktubun əsasında Tovuz rayon Kadastr Layihə Tədqiqat İdarəsinə həmin xəritənin çəkilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 08 noyabr 2017-ci il tarixli, ********** saylı məktubu ilə 200 hektar xəritənin çəkilməsinə razılıq verilmişdir. Lakin Tovuz rayon inzibati ərazisində yerləşən Ceyrançöl massivindəki kənd təsərrüfatı təyinatlı 39 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ona icarəyə verilməsi üçün 80 hektar verilməsi nəzərdə tutulmuş və Cavabdeh tərəfindən 17 may 2018-ci il tarixdə 39 nömrəli örüş otlaq sahəsindən ona 80 hektar torpaq sahəsi verilməsi barədə xəritə çəkilmişdir. 120 hektar torpaq sahəsi bugünə qədər də naməlum səbəbdən verilməmişdir. Cavabdeh onunla qarşılıqlı razılaşma apararaq sxematik planda nəzərdə tutulan xəritə əsasında 200 hektar torpaq verməli olduğu halda onun 80 hektarını vermiş 120 hektarını bügünə qədər də verməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq 120 hektar torpaq sahəsini verilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinə və İcra Hakimiyyətinə müraciət etməsinə baxmayaraq 120 hektar qalıq torpağının verilməsi ilə bağlı heç bir əməli tədbir görülməmişdir. 30 aprel 2021-ci il tarixdə Cavabdehnə müraciət etmiş, 120 hektar torpağın ona verilməsi ilə bağlı rəsmi və qeyri-rəsmi müraciətlər etmişdir. 30 mart 2017-ci il tarixdə Cavabdeh tərəfindən onun ünvanına torpaq verilməsi ilə bağlı teleqram göndərmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdehnə ərizə verərək, Ceyrançöl qışlaq sahəsindən üzərinə götürdüyü öhdəliyə görə 120 hektar torpağın ona verilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Lakin həmin torpaq sahəsi boşdur, onun istifadəsindədir. O, isə 80 hektar torpaq ilə bağlı reyestr xidmətindən çıxarışla təmin edilmişdir. Qalan 120 hektarın ona verilməsi ilə bağlı Cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Sonra İcra Hakimiyyəti onunla şifahi razılaşma aparmış və ona 120 hektar torpağın verilməsi ilə bağlı aidiyyəti şəxslərə göstəriş vermiş, lakin sonradan ona 120 hektar torpağı verməyəcəyini bildirmişdir. Müxtəlif bahanələrlə ona 120 hektar torpağın verilməsi ilə bağlı müddəti uzadır, dəfələrlə qəbulunda olmuşdur. Ona 120 hektar torpağın verilməsini vəd etsə də bugünə qədər 120 hektar torpağın ona verilməsini təmin etməmişdir. Cavabdeh tərəfindən 11 avqust 2020ci il tarixdə onun ərizəsinə baxılaraq İcra Hakimiyyəti başçısı müavini tərəfindən ona rəsmi qaydada bildirilmişdir ki, xəritənin hazırlanması zamanı İcra hakimiyyətinə məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin müəyyən hissəsi Gədəbəy rayonunun Düzyurd kənd sakini X3 icarəyə verilmişdir. Ona 80 hektardan artıq torpaq verilməyəcəyi bildirilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 30 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehnə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 126 saylı sərəncamının və « Torpaq sahəsinin icarəyə verilməsi haqqında » xx.xx.2014-cü il tarixli, 12 nömrəli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Ceyrançöl qış otlağının 50 saylı sahəsindən 80 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi və onunla bağlanmış icarə müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. - Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 120 saylı sərəncamının surətindən görünür ki, Rayon İcra Hakimiyyəti başçısının 04 avqust 2014-cü il tarixli, 126 saylı sərəncamı ilə Tovuz rayonu Qaraxanlı kənd sakini İddiaçı ilə Ceyrançöl qış otlaq sahəsinə dair bağlanmış icarə müqaviləsinə xitam verilməsi qərara alınmışdır. - Cavabdeh başcısının xx.xx.2018-ci il tarixli, 48 saylı sərəncamının surətindən görünür ki, Ceyrançöl qış otlağının 39 saylı sahəsindən 80 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi qərara alınmışdır. - Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 2-5/1019 saylı məktubunun Tovuz rayonu, Qaraxanlı kənd sakini İddiaçı Ceyrançöl qış otlaq sahəsindən Tovuz RİH başçısının xx.xx.2014-cü il tarixli, 126 nömrəli sərəncamı ilə 80 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 462S nömrəli sərəncamı ilə sözügedən torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilmişdir. İddiaçı yenidən icarəsinə verilməsi üçün 200 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. 200 ha torpaq sahəsinə dair yerquruluşu planı hazırlanarkən məlum olmuşdur ki, ayrılmış torpaq sahəsinin müəyyən hissəsi Gədəbəy rayonu Düzyurd kənd sakini X2 və digər vətəndaşın icarəsindədir. Bu səbəbdən İddiaçı RİH başçısının xx.xx.2018-ci il tarixli, 48 nömrəli sərəncamına əsasən 80 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı uzun illərdir sahibkarlıq (heyvandarlıq) fəaliyyəti ilə məşğuldur. İddiaçı uzun müddət icarəsində olmuş və hazırda istifadəsində olan torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlaması məsələsinə baxılmasını tələb etsədə cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olaraq iddiaçıya Tovuz rayonunun “Ceyrançöl” massivindəki qış otlaq sahələrindən 120 ha torpaq sahəsinin onun icarəsinə verilməsi barədə müqavilənin bağlanmasından imtina etməsini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsinin müəyyən hissəsi Gədəbəy rayonu Düzyurd kənd sakini X2 və digər vətəndaşın icarəsindədir. Bu səbəbdən İddiaçı RİH başçısının xx.xx.2018-ci il tarixli, 48 nömrəli sərəncamına əsasən 80 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının tələb etdiyi torpaq sahəsinin müəyyən hissəsinin üçüncü şəxslərin icarəsində olduğunu qeyd etsə də, torpaq sahəsinin icarəyə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubunun surətindən görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, 38 və 40 nömrəli qış otlaq sahələrindən hər hansı fiziki və ya hüquqi şəxslərə icarəyə verilməsi ilə bağlı yerquruluşu planı işlənməmişdir. 27 nömrəli qış otlaq sahəsində 749 ha torpaq sahəsi vardır. X4 150 ha torpaq sahəsinə yerquruluşu planı hazırlanmışdır. Hazırlanmış yerquruluşu planının 113 ha torpaq sahəsi 27 nömrəli qış otlaq sahəsində yerləşir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -10-1.1-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. İş materillarının araşdırılması ilə müəyyən olunur ki, iddiaçı yuxarıda qeyd olunan normanın tələblərinə uyğun olaraq öz növbəsində sözügedən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. -10-1.3.1-ci maddəsinə əsasən torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. Qeyd olunan normaların məzmunundan aydın olunur ki, cavabdeh orqan öz növbəsində iddiaçının müraciətinə imtina edərkən inzibati akt qəbul etməli və bu aktda torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarını əsaslandırmaqla cavab verməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq inzibati akt qəbul etməyərək və imtina hallarına istinad edilmədən, əsaslandırılmadan imtina etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin: -1-ci bəndinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. -2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. -4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Mövcud torpaq qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində sahibkarlıqla məşğul olan fiziki şəxslərin bu hüququqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada torpaq sahələrinin kirayə müqavilələri əsasında vətandaşları müvafiq torpaq sahələri ilə təmin edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- - 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. - 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. - 57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: - 61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan torpaq sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq əsaslandırılmış qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tovuz rayon “Ceyrançöl” masssivində yerləşən 120 ha torpaq sahəsinə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati qərarın qəbul edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-512/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-512/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver