Məhkəmə qərarları › İş №2-1(114)-514/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-514/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-514/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********618700 nömrəli "Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, metal qırıntılarının toplanması ilə məşğul olur, topladığı metal qırıntıları metal qəbulu məntəqələrinə akt əsasında təhvil vermişdir. Bir neçə müddət sonra məlum olmuşdur ki vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdansatış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər-hansı müraciəti olmadan fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və xx.xx.2021-ci il tarixli **********618700 nömrəli "Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarı əsasında iddiaçıya 2020-ci il üzrə 8595,53 manat gəlir vergisi hesablamışdır. Qeyd olunan hesablama ilə bağlı xx.xx.2021-ci il tarixli elektron ərizə ilə cavabdeh təşkilata müraciət olunmuş və cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********659700 nömrəli məktubu ilə hesablama barədə məlumat və xx.xx.2021-ci il tarixli **********618700 nömrəli "Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar təqdim edilmişdir. Qanunvericiliyin normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, metal qırıntılarının təhvili ilə məşğul olan şəxslərin vergi ödəyicisi kimi qeydiyyata durmaq kimi bir öhdəliyi mövcud deyildir. Qeyd olunan şəxslərin gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur və verginin tutulması və büdcəyə ödənilməsində məsul şəxs həmin metal qırıntıları qəbul edən vergi ödəyicisi hesab edilir. Eləcə də, yalnız qiymətli daş və metalların satışı gəlir vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Satdığım metal qırıntısı qiymətli metal olmadığından, həmin malların satışından əldə etdiyim gəlir, gəlir vergisi məqsədləri üçün vergitutma obyekti ola bilməz. Beləliklə vergi orqanın mənə 2020-ci il üzrə 8595,53 manat gəlir vergisi hesablaması əsassızdır. Gəncə İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli, **********141300 nömrəli "Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan rədd edilməlidir. Uçot-baza məlumatlanına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün "metal və metal məmulatlanın pərakəndə satışı" olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin və nəzarət kassa aparatının olmadığı müəyyən edilmişdir. Elektron uçot-məlumat bazası üzrə aparılmış araşdırma nəticəsində fiziki şəxsin 2020-ci il ərzində müxtəlif adda, ölçüdə və məbləğdə mallar (metal tullantıları) təqdim etdiyi, malların alış aktı ilə təqdim edilməsinə baxmayaraq təqdim edilmiş malların həcmi, dövriliyi, məbləği nəzərə alnmaqla fəaliyyətin xarakterinin bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinin tələblərinə müvafiq olaraq ünvanına aidiyyəti xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq vergi uçotuna alınma ilə bağlı hər hansı izahat məktubu, təsdiqedici sənəd və sair vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən fiziki şəxs Vergi Məcəlləsinin 33.3cü və 33.5-ci maddələrinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 150.211,65 manat dəyərində fərdi sahibkar X2 (VÖEN: **********) 21.698,96 malların alış aktlan əsasında müxtəlif növ metal tullantılarını satması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli, **********780200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 8.595,53 manat gəlir vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********618700 nömrəli Qərar qəbul olunmuşdur. Kameral vergi yoxlaması zamanı fiziki şəxs tərəfindən 2020-ci ilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VOEN: **********) 150.211,65 manat dəyərində və vergi ödeyicisi X2 (VOEN: **********) 21.698.96 manat dəyərində mis və alüminium qırıntılarını elektron alış aktlan tərtib edilərək təqdim edilməsi müəyyən edilmiş, lakin qanunvericiliyə uyğun olaraq vergi orqanında uçota durmaması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Elektron uçot-məlumat bazası üzrə apanlmış araşdırma nəticəsində fiziki şəxsin 2020-ci il ərzində müxtəlif adda, ölçüdə və məbləğdə malların (metal tullantıları) alış aktı ilə təqdim edilməsinə baxmayaraq, təqdim edilmiş malların həcmi, dövriliyi, məbləği, həmiçinin həmin metal qırıntılarının gəlir əldə etmək məqsədilə yığılması nəzərə alınmaqla fəaliyyətin xarakterinin bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 171.910,61 manat gəlir məbləği üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi nəzərə alınmaqla 8.595,53 manat vergi məbləği hesablanmışdır. Fərdi sahibkarın şikayəti əsasında aparılan inzibati araşdırma zamanı fiziki şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2020-ci ilin fevral ayında 495,5 kiloqram (ümumi dəyəri 4 955,00 manat) mis tullantılan, may ayında 790,0 kiloqram (ümumi dəyəri 7 505,00 manat) mis qırıntısı, iyun ayında 870,0 kiloqram (ümumi dəyəri 8 265,00 manat) mis qırıntısı, iyul ayında 4 323,6 kiloqram (ümumi dəyəri 26 315,88 manat) mis qırıntısı və alüminium, avqust ayında 2 849,48 kiloqram (ümumi dəyəri 16 939,40 manat) mis qırıntısı və alüminium tullantıları, sentyabr ayında 2 286,6 kiloqram (ümumi dəyəri 9146,40 manat) alüminium, oktyabr ayında 1 032,2 kiloqram (ümumi dəyəri 10 631,66 manat) mis qırıntısı, noyabr ayında 2 709,7 kiloqram (ümumi dəyəri 27 909,91 manat) mis qırıntısı, dekabr ayında 3 670,8 kiloqram (ümumi dəyəri 38 543,40 manat) mis qırıntısı və vergi ödəyicisi X2 (VÖEN: **********) 2020-ci ilin may ayında 790,0 kiloqram (ümumi dəyəri 7 505,00 manat) mis qırıntısı, iyun ayında 509,0 kiloqram (ümumi dəyəri 5225,00 manat) mis qırıntısı, iyul ayında 2 562,56 kiloqram (ümumi dəyəri 8 968,96 manat) alüminium satdığı müəyyən edilmişdir. Bundan əlavə araşdırma zamanı 2019-ci ilin ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1610 kodlu (Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki səxslərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirləri (vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan) sətiri üzrə fiziki şəxs İddiaçı vergi ödəyicisi X3 (VÖEN: **********) tərəfindən 31 490,35 manat məbləğində ödənişin aparıldığı aşkar edilmişdir. Müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin təqdim edilməsi barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********527300 nömrəli məktub göndərilərək müvafiq dövr ərzində alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), üzləşmə aktı, təhvil-təslim aktları, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, araşdırılan dövr üzrə aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri araşdırmaya təqdim etmək bildirilsə də, tələb edilən sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya metal tullantılarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Fiziki şəxsə müraciətinin araşdırılmasında şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəniz) və ya vəkili vasitəsilə iştirak etməsi üçün xx.xx.2022-ci il tarixli **********263700 nömrəli araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə izahat məktubu göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, lakin vergi ödəyicisi (səlahiyyətli nümayəndəsi) inzibati araşdırmada iştirak etməmiş və bu hal xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********835200 nömrəli) aktla rəsmiləşdirilmişdir. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə **********256100 nömrəli "Məlumatların təqdim edilməsi barədə" məktub göndərilmiş, fiziki şəxslə aparılmış əməliyyatlara dair təsdiqedici sənədlər (elektron alış aktları istisna olmaqla), metal tullantılarının mənbəyini göstərən sənədlər, malların təhvil partiyasının ay ərzindəki say göstəriciləri barədə qeydiyyat məlumatları, bağlanılmış alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş sənədləri, malların təhvil alındığı təsərrüfat subyektinin (obyektinin) ünvanı barədə məlumatları xx.xx.2021-ci il tarixədək Dövlət Vergi Xidmətinə təqdim edilməsi hüquqi şəxs bildirilmiş, hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********534200 nömrəli) cavab məktubu göndərilərək, araşdırmaya yalnız kağız formada alış aktları təqdim edilmiş, həmin alış aktlarında da mis qırıntılarının və alüminium tullantılarının fiziki şəxs İddiaçı alındığı müəyyən edilmiş, lakin vergi ödəyicisi X2 (VÖEN: **********) göndərilmiş xx.xx.2022-ci il tarixdə **********260600 nömrəli "Məlumatların təqdim edilməsi barədə" məktuba isə vergi ödəyicisi tərəfindən heç bir münasibət bildirilməmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən metal tullantılarının yığılması üçün əlavə resurslar (işçi qüvvəsi) tələb olunduğu halda bununla bağlı heç bir məlumat verilmədiyini, metal tullantılarının satışı ilə bağlı alqı-satqı müqavilələri, malların alış aktı, malların təhvil-qəbul aktı, metal tullantılarının mənbəyi, mənşəyi, çeşidi və xalis çəkisi barədə məlumat, metal tullantılarının daşındığı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmiş şəxslər barədə məlumat və təsdiqedici sənədlər, nağd ödənişlər zamanı tərtib edilmiş sənədlərin vergi orqanına təqdim edilmədiyini, habelə malların təqdim edilməsindən əldə edilən gəlirlərin bəyannamələrdə bəyan edilməyərək dövriyyənin gizlədildiyini, vergi ödəyicisinin 2019-cu ildə də eyni fəaliyyətlə məşğul olduğunu, təqdim etdiyi metal qırıntılarının özünə məxsus olmaması, gəlir götürmək məqsədilə toplanması nəzərə alınaraq qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasını əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texnika və s. olmadan fiziki olaraq yığılmasının mümkün olmamasına baxmayaraq qeyd olunanların mümkünlüyünü əsaslandırmamış, qeyd olunanlar fiziki şəxsin metal tullantıların qəbulu ilə məşğul olmasını şərtləndirmiş, habelə metal tullantıların qəbulunun "İstehsalat və məişət tullantıları haqqında" 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununda sahibkarlıq subyektlərinin həyata keçirə bilməsi qeyd olunmuşdur ki, alış aktları ilə iri həcmdə mal partiyası şəklində təqdim olunan metal qırıntılarına görə fiziki şəxs əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. Hazırkı iddia üzrə isə iddiaçının faktiki olaraq fəaliyyət növü metal məmulatlarının təkrar emal müəssisələrinə topdansatışı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olması iş materialları ilə təsdiq olunmuşdur. Odur ki, metal məmulatlarının satışından əldə etdiyi 171.910,61 manat gəlirdən 75% güzəşt nəzərə alınmaqla 20% dərəcə ilə 171.910,61*20%*75%=8.595,53 manat məbləğində gəlir vergisinin hesablanması vergi qanunvericiliyinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən işçilərinin orta illik sayı 1-10 nəfər, illik gəlirinin məbləği 200 min manatdan çox olmayan vergi ödəyiciləri mikro sahibkarlıq subyekti hesab edilir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********141300 nömrəli Qərardan İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haaqı 8595,53 manat vergi borcu yazılmışdır. - Cavabdehin təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********780200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubundan görünür ki, İddiaçı dəmir tullantılarının təqdim edilməsi nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. - Cavabdehin təqdim etdiyi malların alış aktı barədə barədə məlumatdan görünür ki, fiziki şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2020-ci ilin fevral ayında 495,5 kiloqram (ümumi dəyəri 4 955,00 manat) mis tullantılan, may ayında 790,0 kiloqram (ümumi dəyəri 7 505,00 manat) mis qırıntısı, iyun ayında 870,0 kiloqram (ümumi dəyəri 8 265,00 manat) mis qırıntısı, iyul ayında 4 323,6 kiloqram (ümumi dəyəri 26 315,88 manat) mis qırıntısı və alüminium, avqust ayında 2 849,48 kiloqram (ümumi dəyəri 16 939,40 manat) mis qırıntısı və alüminium tullantıları, sentyabr ayında 2 286,6 kiloqram (ümumi dəyəri 9146,40 manat) alüminium, oktyabr ayında 1 032,2 kiloqram (ümumi dəyəri 10 631,66 manat) mis qırıntısı, noyabr ayında 2 709,7 kiloqram (ümumi dəyəri 27 909,91 manat) mis qırıntısı, dekabr ayında 3 670,8 kiloqram (ümumi dəyəri 38 543,40 manat) mis qırıntısı və vergi ödəyicisi X2 (VÖEN: **********) 2020-ci ilin may ayında 790,0 kiloqram (ümumi dəyəri 7 505,00 manat) mis qırıntısı, iyun ayında 509,0 kiloqram (ümumi dəyəri 5225,00 manat) mis qırıntısı, iyul ayında 2 562,56 kiloqram (ümumi dəyəri 8 968,96 manat) alüminium satdığı müəyyən edilmişdir. Ümumilikdə fiziki şəxs tərəfindən 2020-ci ilində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VOEN: **********) 150.211,65 manat dəyərində və vergi ödeyicisi X2 (VOEN: **********) 21.698.96 manat dəyərində mis və alüminium qırıntıları satılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VOEN: **********) 150.211,65 manat dəyərində və vergi ödeyicisi X2 (VOEN: **********) 21.698.96 manat dəyərində mis və alüminium qırıntıları satılmışdır. İnzibati orqan tərəfindən iddiaçının böyük mal partiyaları ilə metal tullantılarını təqdim etməsi, toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan mümkün olmaması, iddiaçının metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirdiyi üçün həmin şəxsin belə gəliri onun sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, müxtəlif növ qara və əlvan metal tullantısının təqdim edilməsi nəticəsində əldə etdiyi 171.910,61 manat məbləğinə görə 8.595,53 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********141300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti **********141300 nömrəli 02 mart 2022-ci il tarixli qərarında və cavabdeh etiraz məktubunda iddiaçının dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, vergi ödəyicisi böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq yığılmasının mümkünlüyünü əsaslandıra bilməmiş, bu da fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmişdir. Yəni, cavabdehin yeganə dəlili iddiaçı tərəfindən toplanmış metal tullantılarının qısa müddətdə yığılmasının əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan fiziki olaraq mümkünsüzlüyüdür. Məhkəmə hesab edir ki, şəxsin fiziki gücünün mümkünsüzlüyü şərti ilə barəsində əlverişsiz inzibati aktın yəni, məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd edilən normalara əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. - 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Hazırki iş üzrə cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının metal tullantılarının qəbulu (tədarükü) ilə məşğul olmasını əsaslı sübutlarla təsdiq edərək qərar qəbul etməmiş, qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi iddiaçı əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır və işdə olan sənədlərdən də məlum olur ki, iddiaçı 2020-ci ilin fevral-iyul aylarında qara və əlvan metal qırıntılarını “SPRİNG SAN TEX" MMC-yə satan zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır və 2020-ci ilin fevral-iyul aylarında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt müəyyən edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məsuliyyətə cəlb edilməsi məhkəmə hesab edir ki, əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********141300 nömrəli, xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar