Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-515/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun iyun N-cü ildən may N995-ci il tarixədək döyüşlərdə iştirak etdiyi üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissə komandrinin N iyun Ncü il tarixli N nömrəli əmri ilə “reaktiv artileriya divizionunda starşına” vəzifəsinə təyin edilmiş, daha sonra 03 iyul N-cü il tarixli 7N nömrəli əmri ilə “gizir hərbi rütbəsində zenitraket divizionunda təlimatçı” vəzifəsinə təyin edilmiş, AR MN-nin N saylı hərbi hissə komandirinin N dekabr N994-cü il tarixli 336-nömrəli əmrilə şəxsi heyyətin siyahısına “bütün növ təminatlara daxil edilərək tibb bölüyündə starşına” vəzifəsinin icrasına başlamışdır. Baş qərargah rəisinin 05 may N995-ci il tarixli N27 nömrəli əmrilə tuduğu vəzifədən azad edilərək şəxsi heyyətin bütün növ təminatından çıxarılmışdır. Göründüyü kimi N-N995-ci illərdə AR MN-nin N və N saylı hərbi hissələrin tərkibində torpaqlarımızın erməni qəsibkarlarından təmizlənməsi uğrunda gedən müharibədə iştirak etmiş, 05 may N995-ci il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədə iştirak etdiyi zamanda və ehtiyata buraxılandan sonrada barəsində heç bir cinayət işi olmamışdır. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, NN/5099 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8024 nömrəli məktubuna əsasən İddiaçı 709 (N8N) nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmış, xx.xx.N-cü il tarixli 7N nömrəli əmri ilə Reaktiv Artileriya divizionunda starşina vəzifəsindən azad edilərək Zenit-Raket divizionunda təlimatçı vəzifəsinə təyin olunmuşdur. Həmçinin sözügedən arayışda N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatları aparıldığı dövrədək hərbi xidmət keçməsinə dair arxiv məlumatları aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş N30 nömrəli hərbi hissənin xx.xx.N995-ci il tarixli, k/489 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N30 nömrəli hərbi hissədə xidmət etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8024 nömrəli məktubunda bildirilir ki, İddiaçı 709 (N8N) №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq Reaktiv Artilleriya divizionunda starşina vəzifəsinə təyin olunmuş, 709 (N8N) №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 7N №-li əmrilə Reaktiv Artilleriya divizionunda starşina vəzifəsindən azad edilərək Zenit-Raket divizionunda təlimatçı vəzifəsinə təyin olunmuşdur, N №-li hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, N8N №-li hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitabında gizir İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, raportuna əsasən, N30 №-li hərbi hissə komandirinin sərəncamına gəlmiş, ehtiyyatda olan, gizir İddiaçı N30 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq tibb bölüyündə starşina vəzifəsinin icrasına buraxılmışdır, hərbi hissə komandirinin sərəncamında olan, gizir İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrilə vəzifəyə təyin olunmadığına görə, N30 №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N27 №-li əmrilə vəzifəsindən azad edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. -Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 22HP3N88 nömrəli məktubunda bildirilir ki, İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamış, barəsində Amnistiya aktı tətbiq edilməmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-7876 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 663 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin:- -N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. -N-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə iddiaçının 709 (N8N) nömrəli hərbi hissənin xx.xx.N-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınması, xx.xx.N-cü il tarixli 7N nömrəli əmri ilə Reaktiv Artileriya divizionunda starşina vəzifəsindən azad edilərək Zenit-Raket divizionunda təlimatçı vəzifəsinə təyin olunması müəyyən edilsə də, N nömrəli hərbi hissə komandirinin xx.xx.Nxx.xx.N-cü il, N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N-xx.xx.N-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmaması ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.N, 75 və 8N-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-515/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-515/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver