Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-516/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Şöbəsi) qarşı şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə vəsatət göndərərək hazırki iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi, o cümlədən üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-516/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vəsatət göndərərək Cəmiyyətin "Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindəki "Muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə **********- MDSS0111 nömrəli qəbzlə həmin tarixə məcburi dövlət sosial sığorta üzrə 27039,15 manat məbləğində borcunu tam şəkildə ödəmişdir. Mübahisələndirilən vergi öhdəliyi iddiaçı tərəfindən ləğv edilmişdir. Beləliklə, iddiaçı "xxxx" ASC vergi öhdəliyini icra etdiyindən hazırkı iş üzrə mübahisə predmeti aradan qalxmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçı "xxxx" ASC vergi öhdəliyini icra etdiyindən hazırkı iş üzrə mübahisə predmeti aradan qalxmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X3 etiraz etmədiyini bildirdi. Belə ki, yuxarıda qeyd edilən sənəddən göründüyü kimi iddiaçı vergi öhdəliyini icra etdiyindən mübahisə aradan qalxmışdır. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. 67.4-cü maddəsinə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktdan da görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması üçün əsasdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 67 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun 682,62 manat məbləğində hesablanması tələbinə dair iş üzrə mübahisə olmadığından icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-516/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-516/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver