Məhkəmə qərarları › İş №2-1(114)-5162/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5162/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5162/2025 23.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Hacıyeva (Cəlilova) Sədaqət Əlyar qızının cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 10.07.1966-cı il tarixli, İ-ЗЖ 925467 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X3 (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Гəлилова Сəgaгəm Əлиjар гизи) 06 iyul 1966-cı il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Yeniyolda anadan olmuş, “atası” qrafasında X10 (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Гəлилов Əлиjар Uca оглу) və “anası” qrafasında X7 göstərilmişdir; - 12.11.1984-cü il tarixli, ЗT-İ ******* nömrəli əmək kitabçası xx.xx.1966-cı ildə anadan olmuş X2 (orijinalda kiril əlifbasında və rus dilində: Dжалилова Саgагаm Аляр кызы) məxsusdur; - 31.07.2025-ci il tarixli, AZ-İ 974345 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Ermənistan SSR, Amasiya rayonu, Balıxlı kəndində anadan olmuş X4 ilə xx.xx.1969-cu ildə Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndində anadan olmuş X1 nikahları xx.xx.1992-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə “Hacıyev” və arvada “Hacıyeva” soyadı verilmişdir; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-H-255/2025 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı təqdim etdiyi doğum haqqında şəhadətnamədə doğum tarixi “xx.xx.1966-cı il” qeyd edilib, lakin təqdim edilən şəxsiyyət vəsiqənizdə doğum tarixi “xx.xx.1969-cu il” yazılmışdır. Bu səbəbdən müraciət tərəflərindən təmin edilə bilməmişdir. Qeyd olunanlara əsasən, tərəfllərindən vətəndaş İddiaçı hüquqi yardım təklif edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-399/2025 nömrəli məktuba əsasən, X3 barəsində şöbənin arxiv kitablarında, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1992-c il tarixli, 95 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən, Hacıyev (evlənəndən sonra “Hacıyev”) Rəşid Hacıxəlil oğlu ilə xx.xx.1969-cu il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndində anadan olmuş Cəlilova (evlənəndən sonra “Hacıyeva”) Sədaqət Əlyar qızının (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Ҹəлилоbа Cəgaгəm Əлjap гызы) nikahları bağlanmış, V-ЖT, 452238 seriya nömrəli şəhadətnamə verilmişdir; - 20.11.1992-ci il tarixli, 292 nömrəli doğum haqqında akt qeydinə əsasən, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası, Daşkəsən rayonunda anadan olmuş X5 “ata haqqında məlumat” qrafasında X4 və “ana haqqında məlumat” qrafasında xx.xx.1969-cu ildə anadan olmuş İddiaçı (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Haҹыjeba Cəgaгəm Əлjap) göstərilmiş, XVİİ-ЖT 295549 seriya nömrəli şəhadətnamə verilmişdir; - 24.01.1995-ci il tarixli, 23 nömrəli doğum haqqında akt qeydinə əsasən, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası, Daşkəsən rayonunda anadan olmuş X6 “ata haqqında məlumat” qrafasında X4 və “ana haqqında məlumat” qrafasında İddiaçı (orijinalda kiril əlifbasında və azərbaycan dilində: Haҹыjeba Cəgaгəm Əлjap г.) göstərilmiş, XVİİİ-ЖT 496251 seriya nömrəli şəhadətnamə verilmişdir.

3. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən: - Daşkəsən RPŞ QvŞV qrupu tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1969-cu il tarixdə Amasiya rayonunda anadan olmuş İddiaçı adına verilmişdir; - ASAN 4 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1969-cu il tarixdə Amasiya rayonunda anadan olmuş İddiaçı adına verilmişdir.

4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-399/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlar. b) Tərəflərin ərizəsi, etirazı və iştirakı

5. İddiaçı Hacıyeva (Cəlilova) Sədaqət Əlyar qızı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-сı ildə Ermənistan SSR-nin Amasiya rayonu, Yeniyol kəndində doğulmuş, 1980-ci illərdə doğulduğu kənddən ailəsi ilə birlikdə Gürcüstan SSR-yə köçmüşdür. İddiaçı qeyd edir ki, Ermənistan ilə Azərbaycan arasında olan müharibə zamanı ermənilər azərbaycan milliyətinə məxsus şəxslərə dair sənədləri yandırmış, bu səbəbdən həmin sənədləri əldə etməyivə ya bərpa etməyi mükün olmamışdır. İddiaçı doğum haqqında şəhadətnaməmin qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə müraciətinə ərizənin icra edilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı bildirir ki, ona məlum olmayan səbələrdən 1966-cı ildə doğulmağına və doğum haqqında şəhadətnaməsi olmasına baxmayaraq, şəxsiyyət vəsiqəmdə 1969-cü il qeyd edilmiş, hətta ata adı “Əliyar” olmasına baxmayaraq. şəxsiyyət vəsiqəsində “Əlyar” qeyd edilmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənləri müdafiə etmiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Sonuncu məhkəmə iclasında tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

10. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (İPM-in 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

11. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

12. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

15. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1966-сı ildə Ermənistan SSR-nin Amasiya rayonu, Yeniyol kəndində anadan olmuş, 1980-ci illərdə doğulduğu kənddən ailəsi ilə birlikdə Gürcüstan SSR-yə köçmüş, iddiaçı xx.xx.1992-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə X4 ilə nikaha daxil olmuş, nikaha daxil olarkən ər soyadı olan “Hacıyeva” soyadını götürmüşdür. İddiaçı Ermənistan ilə Azərbaycan arasında olan müharibə zamanı ermənilər azərbaycan milliyətinə məxsus şəxslərə dair sənədləri yandırmış, bu səbəbdən həmin sənədləri əldə etməyi və ya bərpa etməyi mükün olmamışdır. İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə müraciətinə ərizənin icra edilməsinin mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

18. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24-2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 52. Məhkəmə baxışının hədləri

19. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

20. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas hüquqi marağı ona məxsus olan doğum haqqında akt qeydinin bərpasından ibarət olmuş, bununla bağlı cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmiş və imtina təqdim edilən sənədlərdə uyğunsuzluqların mövcud olması ilə əsaslandırılmışdır.

21. Məhkəmə iş üzrə araşdırmanı iki mühüm məsələni diqqətə çatdırmaq istəyir.

22. Birincisi, iddiaçının doğumu ilə bağlı onu qeyd etmək lazımdır ki, həm iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən, həmçinin ona məxsus olan doğum haqqında şəhadətnamədə və əmək kitabçasında sonuncunun doğum günü, ayı və ili “06 iyul 1966cı il” olaraq göstərilmişdir.

23. İkincisi, iddiaçının ata adı ilə bağlı onu qeyd etmək lazımdır ki, həm iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən, habelə ona məxsus doğum haqqında şəhadətnamədə sonuncunun ata adı “Əliyar” olaraq qeyd edilmişdir.

24. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Habelə, doğum haqqında akt qeydi yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilə bilir. Lakin bu hal ilə bağlı xüsusi bir vəziyyət mövcuddur. Belə ki, iddiaçının doğulduğu yer Ermənistan SSR, Amasiya rayonu, Yeniyol kəndi olmuş, hal-hazırda isə həmin ərazi Ermənistan Respublikasının tərkib hissəsidir. Qanunvericilik bu hallara münasibətdə qeyd etmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına məlumat göndərilir. Burada istisna hal olaraq Ermənistan Respublikası göstərilmişdir. İnzibati orqan tərəfindən doğum akt qeydinin bərpa edilməməsinə səbəb iddiaçının təqdim etdiyi doğum haqqında şəhadətnamədə göstərilən doğum tarixi və ata adında iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində qeyd edilən doğum tarixi və ata adı arasında uyğunsuzluğun olmasıdır.

25. Habelə, iddiaçı iddia ərizəsinin “xahiş edirəm”, yəni tələb hissəsində əsas hüquqi marağını tam şəkildə ifadə edə bilməsə də, iddia ərizəsində qeyd edilənlərdən sonuncunun hansı əsas yekun nəticəyə çatmasını məhkəmədən istəməsi məlum olur. İPM-52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yəni, iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsə də, bundan öncəki məhkəmə iclasında sədrlik edən hakim tərəfindən elan edilən dəqiqləşdirilmiş tələbə iddiaçı tərəfindən etiraz edilməmiş, ərizənin məhkəməyə təqdim edilməsi üçün möhlətin verilməsi xahiş edilmişdir.

26. “Əsas Müddəalar”ın “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nı müəyyən edən digər normalarının tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir (161.bənd). Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır (16-2.bənd). Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir (16-3.bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd).

27. Məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Hacıyeva (Cəlilova) Sədaqət Əlyar qızının doğumu xx.xx.1966-cı il tarixdə Ermənistan, Amasiya rayonu, Yeniyol kənd sovetiliyində qeydə alınmışdır. Lakin Ermənistanda tərtib edildiyi üçün həmin akt qeydinin mövcudluğu barədə məlumat əldə etmək mümkün deyildir.

28. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur.

29. Digər tərəfdən, iddaçının bərpa olunmasını tələb etdiyi müvafiq qeyd xarici ölkədə (Ermənistanda) tərtib edildiyindən və onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Əsas müddəalara uyğun olaraq cavabdeh səlahiyyətli orqan olaraq həmin akt qeydini bərpa etməlidir.

30. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilsin. Doğum tarixi xx.xx.1966-cı il, ata adı “Əliyar” qeyd edilməklə iddiaçı Hacıyeva (Cəlilova) Sədaqət Əlyar qızı barəsində (FİN: xxxxxxx) Ermənistan Respublikası, Amasiya rayonu, Yeniyol kənd sovetində (atası X10 və anası X7 olmaqla) qeydə alınmış xx.xx.1966-cı il tarixli 78 nömrəli doğum akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar