Məhkəmə qərarları › İş №2-1(114)-517/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-517/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-517/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X15, üçüncü şəxs X1 vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3, X12, X13, X18 və X7) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Şəmkir rayonu Şiştəpə kəndində yerləşən X8, X2, X9, X14 və X5 məxsus 0.1399 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 173.8 kv.m fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2019cu il tarixdə qeydiyyata alınmış ********** nömrəli reyestr qeydinin qismən yəni X1 adına qeyd edilmiş 173.8 kv.m fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 aid Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyesterində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış verilərkən qanunsuz olmuş, iddiaçının mülkiyyət hüquqularını pozmuş, çıxarış qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Yəni, qeyd olunan fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyindən və bu hal məhkəmə qətnaməsi ilə öz təsdiqini tapdığından, X2 aid Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evinə münasibətdə düzgün olmadığından həmin çıxarış ləğv edilməlidir. İddiaçı və onun vəkili X21 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X1 vəkili X16 məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının kompensasiya verilməklə həmin evdən çıxarılması barədə Şəmkir Rayon Məhkəməsinin qətnaməsi var, həmin qətnamə qüvvəyə minməyib, Gəncə Apellyasiya Məhkəməsində baxışdadır, lakin bu işə görə icraat dayandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********00 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə dair X6 və digər ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.1399 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X3, X12, X13, X18 və X4, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-292/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X2, X8, X20 qızına, X14 və X5, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, həmin fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə aparılmış reyestr qeydinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3263/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-292/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3263/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi evə dair reyestrdə aparılmış qeydin və çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşdə olan mübahisələndirilən qeydin verilməsinə əsas olmuş Şiştəpə kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli, 239 nömrəli arayışında X2 məxsus evin 2004-cü ildə inşa olunduğu bildirilir. İddiaçı isə 2007-ci ildə nikaha daxil olmuşdur. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, həmin ev nikah dövründə əldə edilmiş əmlak hesab edilməmişdir. Həmçinin iddiaçının həmin evə köçürülməsi barədə qərar mövcuddur. Bir halda ki, ev nikah dövründə əldə edilmiş əmlak deyil, bu halda evin hər hansı şəxsin mülkiyyətində olması iddiaçının hüquqi vəziyyətini dəyişmir və bu əsasla da evin mənsubiyyəti onun hüquq və maraqlarına toxunmur. Odur ki, iddiaçı həmin evin daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alınması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirməklə bağlı subyektiv hüquqa malik deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar