Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-517/2025 16.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha (395 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı qeyd olunan torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7920/2024 nömrəli məktubla müraciətdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Aparılan araşdırma zamanı, Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə 3-21-3-33/2-11060/2023 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451 saylı şəhadətnamənin əsasında xx.xx.2006-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Lakin şəhadətnamənin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451 saylı şəhadətnamənin adlı siyahıda (DBF) və Ərazi İdarəsinin elektron baza (DWG) məlumatlarında öz əksini tapmadığı üçün "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına Gəncə İnzibati Məhkəməsi əsasən ərizənizin icrasından imtina edilir.
3. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən X3 verilmiş 0.04 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyildir. Əraziyə baxış keçirilərkən, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinə istinad edilmişdir. Belə ki, naturada təqdim olunan torpaq sahəsi 395.0 kv.m təşkil edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Həmin 395.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş daş hasar və 2 (iki) fərdi yaşayış evi mövcuddur. 2) İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarında **********59 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə tam hissədə üst-üstə düşdüyü müəyyən olundu. 3) İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarında **********59 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 395.0 kv.m torpaq sahəsi ilə tam hissədə üstüstə düşdüyü müəyyən olundu. 4) İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olundu. Lakin həmin elektrik ötürücü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin 395.0 kv.m torpaq sahəsinin, elektron baza materiallarına istinadən qaz kəmərinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmadı. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestrində “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilməsinin və təsdiqinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, cavadeh tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11060/2023 nömrəli imtina bildirişinin 3-cü abzasında göstərilir ki, aparılan araşdırma zamanı, bələdiyyə xəritəsinə əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Cavabdehin bu cavabına heç cür haqq qazandırmaq mümkün deyildir. Çünki cavabdehin bu iradının hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 2 noyabr 2005-ci il tarixli, 605/5 nömrəli Arxiv arayışında bildirilir ki, Kirovabad şəhər X4 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokolundan çıxarışa əsasən 333 nəfərə bağçılıq yoldaşlığı təşkilatlarına Kirovabad şəhər İcrayyə Komitəsinin 14 iyun 1986-cı il tarixli 13 №li və 18 avqust 1987-ci il tarixli, 13 №li qərarları əsasında torpaq sahələri ayrılması qərarı verilmişdir. Bu qərarlar Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 7 mart 1985-ci il tarixli, 78 №li qərarı əsasında reallaşmışdır. Nazirlər Sovetinin sözügedən qərarında Kirovabad şəhərində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin balansında olan torpaq sahələrindən bağçılıq və bostançılıq yoldaşlığı təşkilatlarına ayrılması nəzərdə tutulmuşdur ki, onun aldığı torpaq Kirovabad şəhər ət kombinatında fəaliyyət göstərən bağçılıq yoldaşlığı təşkilatının ət kombinatlarında fəaliyyət göstərən işçilərinin tərkibində 0,04 ha torpaq sahəsi bölünmüşdür. Belə olduğu tərzdə mübahisə predmetinə çevrilən və onun mülkiyyətində olan torpaq sahəsi hansı məntiqlə bələdiyyə mülkiyyətində ola bilər? Digər tərəfdən bələdiyyələr 1998-ci ildən yaradılmışdır. Belə olduğu tərzdə cavabdehin arqumenti və iradı özünü doğrultmur. Əsas faktlardan biri də ondan ibarətdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi (indiki Məhsəti qəsəbəsi)ndə yerləşən, istifadəmdə və mülkiyyətimdə olan 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışı da məhz cavabdeh vermişdir. Əgər mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olsaydı cavabdeh bu çıxarışı heç vaxt verməzdi. Halbuki çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabında 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu çıxarış torpaq sahəsinin əvvəlki sahibi İddiaçı adına rəsmiləşdirilmişdir. Belə olduğu tərzdə o, iddia tələbində tamamilə haqlıdır. Göründüyü kimi cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi imtina bildirişində torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid əraziyə düşməsi faktı heç bir sübuta, dəlilə söykənmir. Digər tərəfdən mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin yerləşdiyi Gəncə şəhəri, Kəpəz rayonu Sevinc qəsəbəsində (Məhsəti qəsəbəsi) yerləşən bütün torpaq sahələri "Bağçılıq-bostançılıq yoldaşlığı" təşkilatları tərəfindən bölünmüş torpaq sahələridir. Bələdiyyələr isə həmin bölgüdən 10 il sonra yaradılıb. Ona görə də bu torpaq sahəsi qətiyyən bələdiyyə torpağına (mülkiyyətinə) aid edilə bilməz.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbi Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha (395 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq, səhhətində olan problemlə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 2-ci bəndi).
17. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7920/2024 nömrəli imtina məktubu; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
20. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-7920/2024 nömrəli məktubla müraciətdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Aparılan araşdırma zamanı, Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə 3-21-3- 33/2-11060/2023 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451 saylı şəhadətnamənin əsasında xx.xx.2006-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Lakin şəhadətnamənin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451 saylı şəhadətnamənin adlı siyahıda (DBF) və Ərazi İdarəsinin elektron baza (DWG) məlumatlarında öz əksini tapmadığı üçün "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına Gəncə İnzibati Məhkəməsi əsasən ərizənizin icrasından imtina edilir.
21. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451 saylı şəhadətnamə adlı siyahıda (DBF) və Ərazi İdarəsinin elektron baza (DWG) məlumatlarında öz əksini tapmamışdır və faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluq mövcuddur.
22. Məhkəmə cavabdehin orqanın həmin dəlillərini və o dəlillərə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
23. Belə ki, əvvəla, Torpağın mülkiyyətə verilməsinə dair JN-451 saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin və Dövlət Yerquruluşu Layihə-İnstitutunun vəzifəli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və X3 təhvil verilmişdir. Daha sonra isə X6 həmin şəhadətnamə əsasında mülkiyyətində olan 0.04 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsi əsasında qızı İddiaçı bağışlamış və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq, ona xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir.
24. Hazırda isə cavabdeh orqan iddiaçının mülkiyyət hüququnu qeydə aldığı torpaq sahəsinə dair ona plan-ölçü sənədini verməkdən imtina edir.
25. Halbuki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən onun adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər (19 ildən artıq müddətdə) mübahisə predmeti olmamaqla, qüvvədədir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
28. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
29. Beləliklə, cavabdeh tərəfindən verilmiş xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından və həmin qeydiyyatın qanuniliyi və mötəbərliyini istisna edən hansısa hal müəyyən edilmədiyindən, eyni zamanda həmin qeydin həqiqiliyi mübahisələndirilmədiyindən sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir.
30. Digər tərəfdən, məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-451A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən X3 verilmiş 0.04 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyildir. Əraziyə baxış keçirilərkən, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinə istinad edilmişdir. Belə ki, naturada təqdim olunan torpaq sahəsi 395.0 kv.m təşkil edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Həmin 395.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş daş hasar və 2 (iki) fərdi yaşayış evi mövcuddur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarında **********59 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə tam hissədə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarında **********59 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 395.0 kv.m torpaq sahəsi ilə tam hissədə üstüstə düşdüyü müəyyən olundu. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 395.0 kv.m torpaq sahəsinin yaxınlığından, hava elektrik ötürücü xəttinin keçdiyi müşahidə olundu. Lakin, həmin elektrik ötürüçü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin 395.0 kv.m torpaq sahəsinin, elektron baza materiallarına istinadən qaz kəmərinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmadı.
31. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə ortofotogörüntüsü ilə müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 395 kv.m-dən ibarətdir və həmin torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı da tələbində Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha (395 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsini xahiş etmişdir.
32. Bu səbəbdən, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha (395 kv.m) torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva