Məhkəmə qərarları › İş №2-1(114)-519/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-519/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-519/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Həsənova Xatirə Rəhman qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi) əmrin ləğv edilməsi və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi) iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə 1 saylıBakıİnzibati-İqtisadiMəhkəməsinə müraciət edərək, 2019-cu ilin 10 sentyabr tarixində onun barəsində verilən **********2 nömrəli əmrin ləğv edilməsi və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqınınödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. 1 saylıBakıİnzibati-İqtisadiMəhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-4355/2019 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(114)-519/2020 saylı qərardadı ilə iddia tələbi iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçı tələbini onunla əsaslandırırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayından etibarən X3 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəis təyin olunduqdan sonra, onun çətin günləri başlamışdır. Belə ki, A.Rəhimov dəfələrlə ona vətandaşların ərizə və müraciətlərini araşdırarkən təzyiqlər göstərmişdir. Baş vermiş inzibati xətalara görə idarə və müəssisələrə İnzibati Xətalar haqqında protokol yazmağa imkan verməmişdir. xx.xx.2019-cu il tarixdə A.Rəhimov onu idarəyə çağıraraq bildirmişdir ki,sabah Nazirliyin Kollegiya iclasıdır. Orada iki nəfər vəzifəli şəxslərə dövlət tərəfindən təltiflər verildiyi üçün onlara hədiyyə almaq lazım olduğunu deyib ona 2 dəst qızıl su ilə işlənilmiş qələm və açarlıq hədiyyə almağını bildiribmişdir. O, isə həmin komplektin qiyməti 240 manat məbləğində olduğunu və onun o, qədər pulunun olmadığını bildirmişdir. A.Rəhimov isə iş yerinin yaxınlığında olan “Əli” aptekin sahibi Aydından 250 manat pul götürüb o dəsti almağını söyləmişdir. Cavabdeh həmin aptekə getmiş və Aydının arvadı Məhsəti xanımdam pulu götürüb, qaytaracağını söyləmişdir. Həmin pulu götürüb Gəncə şəhəri, Atatürk prospektində yerləşən hədiyyələr mağazasında 240 manat dəyərində 2 komplekt qələm alıb və dərhal gətirib A.Rəhimova vermişdir. xx.xx.2019-cu il tarixdə Ayaz Rəhimov “Əli” aptekindən borc aldığı pulla bağlı video görüntüləri ƏƏSMN-nin Audit və Daxili nəzarət şöbəsinə göndərmişdir. Məzuniyyətdə olduğu müddətdə əmək fəaliyyətinin icrası ilə bağlı nöqsanlar əsasında işdən azad edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən əmrin ləğv edilməsi və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ona ödənilməsini xahiş edir. Məhkəmə iclası xx.xx.2020-ci il tarixə təxirə salınmış, lakin iddiaçı sağlamlığında olan problemləri əsas gətirərək məhkəməyə teleqram göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş və bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacaqdır. İddiaçı tərəfindən məhkəməyə yenidən xx.xx.2020-ci il tarixdə teleqram göndərilərək səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclasının təxirə salınması xahiş edilmiş, lakin məhkəməyə səhhəti ilə əlaqədar heç bir tibbi sənəd təqdim etməmişdir. Məhkəmə bu halı məhkəmə baxışını lüzümsuz yerə uzadılması kimi qiymətləndirir və işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak etməsi barədə İddiaçı xx.xx.2020-ci il tarixli bildiriş ilə xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəməyə xx.xx.2020-ci il tarixli teleqram ünvanlayaraq səhhəti ilə bağlı üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin heç bir tibbi arayış təqdim etmədiyinə görə, məhkəmə bunu məhkəmə baxışını lüzumsuz yerə uzadıması kimi hesab edir. Buna əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi(vəkili) ayrıayrılıqda izahat verərək iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının əsasını aşağıdakı sənədlər təşkil etmişlər: -İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********2 nömrəli əmrin surəti; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, **********5 nömrəli əmrin surəti; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin yazılı məruzəsi; - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin böyük prokuroru Orxan Əhmədovun xx xxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surəti; - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 02/2-342mat-19/1725 saylı məktubun surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx xxxxxxxx 2020-ci il tarixli, **********2 nömrəli əmrin surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verildiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçibaş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla xx xxx 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx xxxxxxxx 2019-cu tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini və nəticədə məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsini iddia ərizəsində tələb etmişdir. İddia ilə məhkəmə araşdırılması aparılmış və məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə ``Dövlət qulluğu haqqında`` Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli **********3 nömrəli yazılı məruzəsi olmuşdur.Məruzədə göstərildiyi kimi, araşdırma zamanı müəyyən edilmişdir ki, şifahi müraciət əsasında Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aptekdən pul istəməsi və alması barədə daxil olmuş məlumat Nazirliyin aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır.Araşdırma zamanı sözügedən aptekdən müvafiq video görüntülər tələb edilmiş və əldə olunmuş görüntülərə baxış keçirilərkən İddiaçı qeyd edilən tarixdə orada olduğu aşkarlanmışdır. İddiaçı təqdim etdiyi izahatında məzuniyyətdə olduğu dövrdə şəxsi münasibətləri zəminində aptekin əməkdaşlarından borc pul aldığını qeyd etsə də, əldə olunan video görüntülərdən daxil olmuş məlumatın əsaslı olması və onun təmsil etdiyi orqanın statusundan və vəzifə səlahiyyətlərindən suiistifadə edərək pul istəməsi, eləcə də alması öz təsdiqini tapmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna xx xxxxxxxx 2019-cu il tarixli **********7 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Nazirliyə yazdığı xx.xx.2019-cu il tarixli 02/2- 342mat-19/1725 nömrəli məktubda video görüntüdə İddiaçı səsi aydın qeydə alınmadığı göstərilmişdir. Bununla belə qeyd edilmişdir ki, İddiaçı hərəkətlərində cinayət hadisəsi müəyyən edilməsə belə, onun bu cür davranışı, yəni xidməti fəaliyyətinə aid olan xidmət obyektələrinə baş çəkməsi cəmiyyətdə korrupsiya yönümlü hərəkət kimi təəsürat formalaşdırmaqla, dövlət qulluqçusu adına xələl gətirən nəticələrə səbəb olur. Eyni zamanda dövlət qulluqçularının etik davranış qaydaları onların təkcə xidmət vaxtında deyil, həmçinin asudə vaxtlarındada davranışlarının yüksək etik standartlara cavab verməsini də ehtiva edir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə lYğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-cı, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1.töhmət 25 2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 1 həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, 2 daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, 3 ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 4 dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Bununla bağlı iddaçının yazılı izahatı alınmışdır (surəti əlavə olunur). Həmin Qanunun 18.0.1 -ci maddəsinə əsasən qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, 18.0.4-cü maddəsinə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək, 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının əsas vəzifələri sırasına aiddirlər. “Dövlət qulluqçularının etnik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunumöhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 14.1-ci maddəyə əsasən dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. 21.2.9-cu maddəsinə əsasən dövlət orqanının rəhbəri etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı əmək fəaliyyətinin icrası ilə bağlı nöqsanlar əsasında işdən azad edildiyindən, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilədövlət qulluğu ilə bağlı fəaliyyətinə xitam verilmişdir. . Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, qiymət verən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi və və məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi) xx.xx.2019-cu il tarixli, **********2 nömrəli əmrin ləğv edilərək tutduğu vəzifəyə bərpa olunması, məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar