Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-519/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilərək itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb onaq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilərək itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb onaq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1992-ci ildə Tərtər rayonunda anadan olmudur. 01 oktyabr 2010-cu il tarixdə Tərtər rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 02 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan 2014-cü ilin noyabr ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. N-ci ilin may ayında hazırda şərti olaraq "Tərtər işi" adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində N may N-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, bir sözlə, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/202329 saylı 29 noyabr 2023-cü il tarixli hökmündə də öz təsdiqini tapıb. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız onaə qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapıb. O, işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmr qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli, ehtiyata buraxılma əsası dəyişdirilməli və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı ona ödənilməlidir. Ehtiyata buraxıldığı N-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından hüquqlarının bərpası üçün cavabdeh Müdafiə Nazirliyinə müraciət ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. N-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin xx.xx.2023 tarixli hökmü ilə təsdiq olunduğundan yalnız bundan sonra, 18 dekabr 2023-cü ildə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağının əsasının dəyişdirilməsini və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmişdir. Cavabdeh yalnız pul təminatı barədə müraciətini cavablandıraraq 28 dekabr 2023-cü il tarixli 3-25-19/2-M-14xx-xx/2023 nömrəli cavab məktubunda bildirib ki, "Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 1.5-ci bəndinə əsasən Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir. Məktubdan göründüyü kimi, o, xx.xx.N-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən bağladığı müqavilənin sonuna qədər olan müddət üçün ona pul təminatının ödənilməsi barədə müraciəti yuxarıda göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir. Onun digər müraciətlərinə isə baxılmamışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab edir. Cavabdehin üzərinə əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş dövrün əmək stajına hesablanması və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ona ödənilməsi vəzifəsi qoyulmalıdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, iddia tələbində ehtiyata buraxıldığı əmrin rekvizitlərinin (tarixi və nömrəsi) qeyd edilməli olması, habelə hüquqi marağının əmrin ləğv edilməsi yoxsa dəyişdirilməsi istiqamətində olması dəqiqləşdirilməklə, tələbin konkret göstərilməli, cavabdeh qismində isə əmri qəbul etmiş hərbi hissənin qeyd edilməli olması bildirilmiş, bunun üçün xx.xx.2025-ci il tarixədək müddət edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
6. Məhkəmə şifahi məhkəmə baxışı iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
10. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilərək itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb onaq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. Məhkəmə bununla bağlı iddiaçının nəzərinə çatdırmışdır ki, iddia tələbində ehtiyata buraxıldığı əmrin rekvizitlərinin (tarixi və nömrəsi) qeyd edilməli olması, habelə hüquqi marağının əmrin ləğv edilməsi yoxsa dəyişdirilməsi istiqamətində olması dəqiqləşdirilməklə, tələb konkret göstərilməli, cavabdeh qismində isə əmri qəbul etmiş hərbi hissə qeyd edilməlidir.
12. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1394 nömrəli məktubunda iddiaçının N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 0105əç nömrəli əmri ilə ehtiyata buraxıldığı qeyd edilmişdir.
13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 9-cu bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
14. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva