Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5230/2025 13.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ona əlilliklə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 87 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Prezidentininin 25 dekabr 2020-ci il tarixli 2361 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış İddiaçı, 26 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12168 nömrəli qərarda “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozunun səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. İddiaçı tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
4. “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” xx.xx.2025-ci il tarixli 3-25-19/2-1582/2025 nömrəli arayışında İddiaçı xx.xx.2024-cü il tarixdə hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar üçüncü dərəcə əlilliyinin yarandığı göstərilmişdir.
5. İddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-N- 172409/2025 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciəti araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli 3-25-19/2-1582/2025 nömrəli arayışa əsasən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində üçüncü dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 35% pozulması) müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-25781/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciəti araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli 3-25-19/2-1582/2025 nömrəli arayışa əsasən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində üçüncü dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 35% pozulması) müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sizə sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün nəzərə çatdırılır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2634/2024 saylı qərarı tərəflərindən icra edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, İddiaçı xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliklə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "44 günlük vətən müharibəsi hərbi vəzifəli kimi toplanışa çağırılaraq xidməti vəzifə borclarını yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədər olaraq ilkin tibbi yardım göstərildikdən sonra 214 nömrəli hərbi hospitala göndərilmişdir. İddiaçı döyüşdə xəsarət aldıqdan sonra aldığı xəsarətlərlə əlaqədə səhətində psixi pozqunluqlar yaranmışdır. Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli 41 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Hərbi poliklinikasında şəhadətlənmiş, xx.xx.2023-cü ildə Mərkəzi Hərbi Həkim komisiyasının qərarına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçı döyüş vaxtı xəsarət alması ilə bağlı və ona "Əlillik" təyin olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiziya və Reabiltasiya Agentliyi, Tibbi Sosial ekspert komisiyası 2024-cü ilin fevral ayında "Əllilliyin" təyin olunmasını imtina etmişdir. Bu səbəbdən "əlilliyin" təyin olunması ilə bağlı imtina qərarı Gəncə İnzibati Məhkəməsi tərəfindən mübahisələndirilmiş və (5 sentyabr 2024-cü il) Gəncə İnzibati Məhkəməsinin qərarına əsasən qardaşı İddiaçı bədən funksiyasının 35% pozulmasına dair "Əlillik" təyin edilməsi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komisiyasının üzərinə qoyulmuşdur və xx.xx.2024-ci il tarixindən orqanizm funksiyasının 35% "Əlillik" təyinatı aparılmışdır. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2025-ci il tarixdə müraciət olunmuş və onların xx.xx.2025-ci il tarixli imtina məktubuna əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanunun 5-ci maddəsinin "C" bəndinə əsasən sığorta hadisəsi və əlillik tətin olunması (3 il) keçməsi göstərilməklə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdehin bu mövqeyi ilə razılaşmadığı üçün məhkəməyə müraciət edir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının 5-ci maddəsinin "C" bəndinə əsasən Hərbi Xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi Hərbi Xidmət (toplanış) dövründə xəsarət (yaralanma, tıramva, kantuziya) almasına, habelə həqiqi Hərbi Xidmət (tolanış) dövründə xəstələnməsinə görə həqiqi Hərbi Xidmət (toplanış) yararsız hesab edilərək həqiqi Hərbi Xidmətdən (toplanışdan) ehtiyyata və istehfaya buraxıldığı gündən həqiqi Hərbi Xidmət (toplanış) dövründə aldığı xəsarət, (yaralanma tramva kantuziya) və ya xəstəliklə əlaqədər 3 il müddətində sığorta olunanın əlilliyi müəyyən edildikdə göstərilsə də İddiaçı faktiki olaraq xx.xx.2020-ci ildən, xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Hərbi Xidmət kecib və döyüşlərdə aldığı travma nəticəsində 3 il keçməmiş xx.xx.2023-cü il tarixində Mərkəzi Hərbi Hospital tərəfindən şəhadətlənmiş və ona sülh dövründə hərbi xidmətə yararsız müharibə dövrendə məhdud yararlı qararı verilmişdir. Göründüyü kimi cavabdeh orqan sığorta ödənişini vətəndaş İddiaçı ödəməlidir. İndiki halda cavabdehin bundan imtina etməsi qanunsuz və ədalətsiz bir hal olmaqla iddiaçının hüquqlarını kobud şəkildə pozur, ona görə də, hesab edir ki, məhkəmə tərəfindən pozulmuş qanunlar bərpa olunmalıdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Sözügedən iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona dövlət icbari sığorta ödənişinin ödənilməsi məqsədilə Fonda müraciət etmişdir. Həmin müraciətə müvafiq olaraq iddiaçıya xx.xx.2025-ci il tarixində imtina məktubu ünvanlanmış və bildirilmişdir ki, həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və xəstəliklə əlaqədar sığorta ödənişi ilə bağlı müraciət üçün nəzərdə tutulmuş 3 il müddətin ötürülməsi səbəbindən iddiaçıya dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Bundan narazı qalan iddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Fonda qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunun 5ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə-100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə-100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda)-100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə 80 faiz; - İİ dərəcə əlilliyə görə 60 faiz; - İİİ dərəcə əlilliyə görə 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya)-15 faiz;-yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda-5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 8.1.3-cü maddəsində qeyd olunmuşdur ki, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişinin verilməsindən imtina olunur. Bununla bağlı qeyd etmək istəyirlər ki, iddiaçının müraciəti araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində üçüncü dərəcə (orqanizmin funksiyalarının 35% pozulması) əlilliyi müəyyən olunmuşdur. Qanunvericiliyin normalarına əsasən, sığortalı ehtiyata buraxıldıqdan sonra xidmət dövrün aldığı xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən edilməlidir. İndiki halda inzibati icraat materiallarından aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış xx.xx.2024-cü il tarixində əlilliyi müəyyən olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının ehtiyata buraxıldığı vaxtdan əlilliyinin müəyyən olunduğu vaxta qədər olan müddət 3 il 1 ay 25 gün təşkil edir və bu da qanunvericiliyin müəyyən etdiyi müddətdən daha çoxdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
17. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.
18. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, qardaşının əlilliyi məhkəmə qərarı əsasında təyin edildiyinə görə, habelə anasının onkoloji xəstəliyi, atasının vəfatı ilə əlaqədar həmin müddəti ötürmüşlər.
19. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
22. İddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-N- 172409/2025 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciəti araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair xx.xx.2025-ci il tarixli 3-25-19/2-1582/2025 nömrəli arayışa əsasən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində üçüncü dərəcəli əlilliyi (orqanizmin funksiyalarının 35% pozulması) müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq müddəti əhatə etdiyindən, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını qanuni və əsaslı hesab edir.
24. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
26. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) alqıda – 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.
27. Həmin Qanunun 8.1.3-cü maddəsində qeyd olunmuşdur ki, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişinin verilməsindən imtina olunur.
28. Göründüyü kimi, qanunvericiliyin normalarına əsasən, sığortalı ehtiyata buraxıldıqdan sonra xidmət dövründə aldığı xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən olunacağı təqdirdə, sığorta ödənişini almaq hüququ yaranır.
29. Hazırki işdə isə İddiaçı xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məlumat bazasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində üçüncü dərəcə (orqanizmin funksiyalarının 35% pozulması) əlilliyi müəyyən olunmuşdur.
30. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əlilliyi ehtiyata buraxıldığı gündən 3 il keçdikdən (3 il 1 ay 25 gündən) sonra təyin edildiyindən o, sığorta ödənişini almaq hüququna malik deyildir.
31. İddiaçının nümayəndəsinin əlilliyi məhkəmə qərarı əsasında təyin edildiyinə görə həmin müddətin ötürülməsinə dair dəlilinə münasibətdə isə, məhkəmə qeyd edir ki, şəxslərin əlillik vəziyyəti tibb müəssisəsinin tibbi göndərişi əsasında yoxlanır və əldə edilmiş sənədlərlə iddiaçıya bu barədə göndərişin də xx.xx.2024-cü il tarixdə (yəni, ehtiyata buraxıldıqdan 3 il keçdikdən sonra) rəsmiləşdirildiyi məlum olur.
32. Göründüyü kimi, cavabdeh orqan tərəfindən imtina zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
33. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva