Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-524/2020 17.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi X2 qarşı X1 sonuncu müayinəyə dair məlumatın verilməsinin əlilliyin müayinə edilməsi xx.xx.2019cu il tarixli qərarının ləğv edilməsi və onun aldığı pensiyanın bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhəri N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət zamanı ağciyərinin yuxarı payının infitrativ vərəmi aşkar edilmişdir. Ondan sonra onu xidmətdən yararsız olduğu üçün tərxis etmişlər. Ondan sonra ona Dövlət Sosial sığorta Şirkətindən 6600 manat sığorta verilmiş və xx.xx.2009-cu ildən xəstəliyi barəsində sosial pensiya verilmiş, xx xxxx 2015-ci il sosial pensiyası kəsilmişdir. Yəni ki, 5 il müddətində pensiya almış, Tovuz rayonu vərəm xəstəxanasının baş həkimi tərəfindən VTEK-dən keçə bilməmişdir. Yəni ki, hər dəfə müraciət etdikcə deyilmişdir ki, VTEK gələndə ona bildiriləcək, ondan sonra o, pensiya ala biləcəkdir. Daha sonra bir dəfə Gəncə şəhəri Vərəm xəstəxanasında, sonra 3 dəfə Tovuz rayonu vərəm xəstəxanasında yatmışdır. Buna baxmayaraq forma 88 vurulmuş Tovuz rayonundan rədd cavabı gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki,X10 xx.xx.2009-cu il tarixdə X1 “Ağ ciyərin infiltrativ vərəmi. Dağılma fazası mərhələsi . İl-li tənəffüs çatmamazlığı” diaqnozu ilə ilkin müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə təkrar müayinə olunmuş və hərbi xidmət dövrü ilə səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixdə Sadıq Quliyevin əlillik müddəti başa çatmışdır, sonrakı dövrdə əlilliyin təyini ilə bağlı X2 müraciət etməmişdir. X7 əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AAKJM saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0321003AAKJM saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2009-cu 29 gün, 2010-cu ildə isə cəmi 36 gün, 2019cu il tarixdə isə 32 gün stasionar müalicə alıb. Lakin əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, xəstənin obyektiv vəziyyəti, köməkçi diaqnostik müayinələrin nəticələri ətraflı qeyd edilməmişdir. Belə ki, ağırlaşmada ikinci dərəcə tənəffüs çatmamazlığı qeyd olunsa da tənəffüsün sayı, ağciyərin həyat tutumu haqqında məlumat qeyd edilməyib, xəstəliyin xarakterinə görə son bir ildə stasionar müalicə müddəti yetərli deyil. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. X7 əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0321003AAKP0 saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0321003AAKP0 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2009cu 29 gün, 2010-cu ildə isə cəmi 36 gün, 2019-cu il tarixdə isə 32 gün və 2 gün stasionar müalicə alıb. Əvvəlki qiymətləndirmədə olduğu kimi bu göndərişdə də əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, xəstənin obyektiv vəziyyəti, köməkçi diaqnostik müayinələrin nəticələri ətraflı qeyd edilməmişdir. Belə ki, ağırlaşmada ikinci dərəcə tənəffüs çatmamazlığı qeyd olunsa da tənəffüsün sayı, ağciyərin həyat tutumu haqqında məlumat qeyd edilməyib, xəstəliyin xarakterinə görə son bir ildə stasionar müalicə müddəti yetərli deyil. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə və müalicənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. X7 əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0321003AAK19 saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0321003AAK19saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2009-cu il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Xroniki respirator çatmamazlıq, tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Əsas xəstəliyinə görə 2009-cu 29 gün, 2010-cu ildə isə cəmi 36 gün, 2019cu il tarixdə isə 32 gün, 21 gün və 3 gün stasionar müalicə alıb. Əvvəlki qiymətləndirmədə olduğu kimi bu göndərişdə də əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, xəstənin obyektiv vəziyyəti, köməkçi diaqnostik müayinələrin nəticələri ətraflı qeyd edilməmişdir, Belə ki, ağırlaşmada ikinci dərəcə tənəffüs çatmamazlığı qeyd olunsa da tənəffüsün sayı, ağciyərin həyat tutumu haqqında məlumat qeyd edilməyib, xəstəliyin xarakterinə görə son bir ildə stasionar müalicə müddəti yetərli deyil. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə və müalicənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini bildidi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək Tibbi X5 sonuncu müayinəyə dair məlumatın verilməsinin əlilliyin müayinə edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin xx.xx.2020-ci il tarixədək təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məhkəmənin sərəncamına əməl edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, Tibbi X5 sonuncu müayinəyə dair məlumatın verilməsinin əlilliyin müayinə edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarıilə İddiaçı əlillik təyinatını aparmaq mümkün olmamış və ətraflı müayinə və müalicənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmiş, qərar xx.xx.2019-cu ildə çap olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, həmçinin qərarın qəbul edildiyi xx.xx.2019-cu il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar əlavə olunmaqla məhkəməyə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. X14 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın qərarın ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, pensiyanın bərpa edilməsi hissəsi üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85. maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-524/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-524/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver