Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-524/2024 04.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olmuş obyektin uçurulmasına görə 25000 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1ndəki ticarət cərgəsində 11 nömrəli ticarət obyekti İddiaçı tərəfindən özəlləşdirilmişdir. Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar olaraq bir sıra obyektlərlə yanaşı həmin obyekt də Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə sökülmüşdür. Mağaza sökülməzdən əvvəl X5 etibarnamə üzrə sahibliyinə keçmiş və onun tərəfindən idarə olunmuşdur. Sözügedən obyekt 2012-ci ilin yayında sökülmüş və Kəpəz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 306 nömrəli sərəncamı ilə mağazanın yenidən qurulmasına icazə verilmişdir. Lakin həmin yerin üzərindən yüksək gərginlikli elektrik xətti keçməsi bəhanəsi ilə tikintiyə layihə verilməmiş və yerində çoxmərtəbəli binalar tikilmişdir. Həmin ərazidə obyektləri sökülmüş bəzi şəxslərə sözügedən obyektlərin yerində tikilmiş binaların alt mərtəbəsində qeyri-yaşayış sahəsi verilsə də, ona heç bir ərazi verilməmişdir. O, bu barədə cavabdehə müraciət etmiş, lakin müraciətə verilmiş cavab məktubunda cavabdeh orqanın həmin əraziyə müdaxiləsi inkar edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-987/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətindən 24300 (iyirmi dörd min üç yüz) manat pul tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-987/2022 nömrəli qərarından apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-545/2022 nömrəli qərardadı ilə cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, 2-1(114)-524/2024 nömrəli qərardadı ilə inzibati iş üzrə X6 hüquqi varis kimi tanınmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 04 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı X6 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti iş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 1523 nömrəli sərəncamından görünür ki, ünvan 1ndə müqavilə əsasında salınmış ticarət cərgəsindən tikintisi başa çatmış 11 nömrəli ticarət obyekti İddiaçı verilməklə sahəsi 30 kv.m olan obyektin fəaliyyətinə icazə verilmişdir. -surəti iş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 307 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, T.Arani küçəsində salınmış ticarət cərgəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan mağazanın ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq müvafiq qaydada razılaşdırılmış layihə əsasında 66.0 kv.m torpaq sahəsində yenidən qurulmasına icazə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı nümayəndəsi X2 şəhəri, T.Arani küçəsində salınmış ticarət cərgəsindəki 11 saylı ticarət obyektini idarə etməyi, onunla bağlı Sərəncam verməyi və digər hüququları X7 vermişdir. -Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli, Ə- 43-149 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 142/Mİ/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında istifadədə olan İddiaçı məxsus torpaq sahəsində sökülmüş 30.0 kv.m qeyriyaşayış sahəsinin bərpa dəyəri 24.300 (iyirmi dörd min üç yüz) manat müəyyən edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 105/Mİ/23 nömrəli qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya məxsus sökülmüş 30.0 kv.m qeyri-yaşayış sahəsinin 2012-ci ilə real bazar qiyməti 18000 manat təşkil etmişdir. -xx.xx.2019-cu il tarixli AN – İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli, AN – İ ******* nömrəli, xx.xx.2015-ci il tarixli AN – İ ******* nömrəli, xx.xx.2012-ci il tarixli, AN – İ ******* nömrəli və xx.xx.2008-ci il tarixli AN – İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, müqavilələr arasında ən yüksək məbləğlə satılmış alqı-satqı predmetinin dəyəri 20000 (iyirmi min) manat təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 1ndə salınmış ticarət cərgəsində yerləşən 11 nömrəli ticarət obyekti Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 1523 nömrəli sərəncamı ilə İddiaçı verilmişdir. Ərazidə aparılan abadlıq işləri ilə əlaqədar iddiaçıya məxsus mağazanın sökülməsi nəticəsində o, mülkiyyətindən məhrum olmuş və maddi zərərə məruz qalmışdır. İddiaçı ona vurulmuş maddi ziyanı 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirərək həmin pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə bununla bağlı qeyd edilməsini zəruri hesab edir ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırılma, yenidənqurma tədbirləri müvafiq şəhər və yaxud rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Gəncə şəhər İcra Hakimiyyəti müvafiq ərazidə mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyət orqanıdır. İş materialları ilə iddiaçıya məxsus ticarət obyektinin söküntü anına qədər mövcudluğu, eləcə də hazırda sökülmüş olması halı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ( maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ( maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Belə ki, cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin həmin ərazidə ictimai ehtiyaclardan irəli gələn abadlaşdırma işlərinin aparılması ilə bağlı söküldüyünü bildirsə də, həmin sahənin mülkiyyətçidən alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi barədə tələblərə riayət etməmişdir. İddiaçıya məxsus əmlak qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və onun qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hazırki iddia tələbinə qarşı yalnız sözügedən ünvanda söküntü işləri ilə bağlı heç bir tapşırıq və ya sərəcam olmadığını əsas gətirsə də, iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 307 nömrəli sərəncamından görünür ki, iddiaçıya məxsus mağaza ərazidə aparılan abadlıq işləri ilə əlaqədar yararsız hala düşdüyündən obyektin yenidən qurulma işlərinin aparılmasına icazə verilmişdir. Göründüyü kimi, iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur. Bu fakt isə özlüyündə cavabdeh orqanın imtinasının əsassız olduğunu deməyə əsas verir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf sökülmüş əmlakına görə ona vurulmuş real zərəri 25.000 manat həddində hesab etmişdir. İddiaçıya məxsus ticarət obyektinin (mağaza) bərpa olunmasına tələb olunan xərcin müəyyən olunması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli, 142/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus sökülmüş 30.0 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan xərc 24300 manat müəyyən edilmişdir. İddiaçıya məxsus ticarət obyektinin (mağaza) 2012-ci il real bazar qiymətinin müəyyən olunması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2023-cü il tarixli, 105/Mİ/23 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus sökülmüş 30.0 kv.m qeyri-yaşayış sahəsinin 2012-ci ilə real bazar qiyməti 18000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu verilərək, 2012-ci il üzrə ünvan 1ndə yerləşən ticarət cərgəsindən 100, 250 və 500 metrədək məsafədə yerləşən hər bir daşınmaz əmlak üzrə alqı-satqının aparılması barədə məlumatın, alqı-satqıların aparıldığı təqdirdə hər bir daşınmaz əmlakın alqı-satqı üzrə 1 kv.m dəyərinin nə qədər təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli AN – İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli, AN – İ ******* nömrəli, xx.xx.2015-ci il tarixli AN – İ ******* nömrəli, xx.xx.2012-ci il tarixli, AN – İ ******* nömrəli və xx.xx.2008-ci il tarixli AN – İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqavilələri iş materiallarına əlavə edilmişdir. Həmin müqavilələrdən görünür ki, müqvilələr arasında ən yüksək məbləğlə satılmış alqı-satqı predmetinin dəyəri 20000 (iyirmi min) manat təşkil etmişdir. Göründüyü kimi sökülmüş tikili üçün iddiaçı tərəfindən tələb edilən məbləğlə həm mütəxəssis tərəfindən müəyyən olunmuş məbləğ, həm də həmin tikiliyə yaxın ərazilərdə satılmış qeyri-yaşayış sahələrinə təyin edilmiş məbləğlər eynilik təşkil etmir. Bu səbəbdən də məhkəmə tələbin maddi ziyanla bağlı 20000 manat həcmində təmin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə Şəhər İcra Hakimiyyətindən 20000 (iyirmi min) manat pul tutularaq X4 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 142/Mİ/22 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətindən 320 (üç yüz iyirmi) manat, X1 isə 80 (səksən) manat; xx.xx.2023-cü il tarixli, 105/Mİ/23 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətindən 320 (üç yüz iyirmi) manat, X1 isə 80 (səksən) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ********************, kod: 805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyətindən 20000 (iyirmi min) manat pul tutularaq X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. xx.xx.2022-ci il tarixli, 142/Mİ/22 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətindən 320 (üç yüz iyirmi) manat, X1 isə 80 (səksən) manat; xx.xx.2023-cü il tarixli, 105/Mİ/23 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətindən 320 (üç yüz iyirmi) manat, X1 isə 80 (səksən) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ********************, kod: 805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-524/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-524/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver