Məhkəmə qərarları › İş №2-1(114)-524/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-524/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-524/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialına qarşı 2006-2011-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1950-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşayır.

2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1992-ci il tarixində işə qəbul ediliyi, xx.xx.2016-cı il tarixində Bərdə Rayon Dövlət Arxivinin müdiri vəzifəsindən xx.xx.2016-cı il tarixindən öz ərizəsi ilə azad olunduğu qeyd edilmişdir.

3. İddiaçı cavabdehə müraciətinə, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, məktubla bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün 2004 və 2005-ci illər üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün deyildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, Bərdə Rayon Dövlət Arxivi (SUN: **********1) tərəfindən 2006-2016-cı illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə) “Məcburi döviət sosial sığortası üzrə rüblük (illik) hesabatlar” a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1992-ci ildən 2016-cı ilədək Bərdə rayon Dövlət Arxivinin müdiri vəzifəsində işlədiyi dövrdə sosial sığorta bazasına yığılmış pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, orta məktəbi bitirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinə daxil olub 1974-cü ildə oranı bitirmiş, 1974-cü ildə Bərdə rayonu, Mirzalıbəyli kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamış, 1975-ci ilin yanvar ayından 1997-ci ilin yanvar ayınadək Bərdə şəhəri 3 saylı orta məktəbində tarix müəllimi kimi çalışmışdır. 1992-ci ildən həm orta məktəbdə müəllim işləmiş, həm də Bərdə rayon İcra Hakimiyyəti başçısının əmri ilə Bərdə rayon Dövlət Arxivinin müdiri vəzifəsində çalışmağa başlamışdır. 1992-ci ildən 2016-cı ilin iyun ayınadək Bərdə rayon Dövlət. Arxivinin müdiri vəzifəsində işləmişdir. Bərdə rayon Dövlət Arxivinin müdiri vəzifəsində işlədiyi illər ərzində əmək haqqından DSMF-nin hesabına pul tutulmasına baxmayaraq onun pensiya məbləğinin sığorta bazasına pul hesablanmamışdır. Bu hal isə əmək pensiyasının az olmasına səbəb olmuşdur. 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin;Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən inventarizasiya aparılarkən onun pensiya işi Bərdə DSMF tərəfindən yenidən yoxlanılmış və ona sığorta bazanız hesablanmadığı bildirilmişdir. Bərdə rayon Dövlət Arxiv şöbəsi Yevlax rayon Dövlət Arxiv idarəsinin filialı olduğundan onların VÖEN-i ilə işləmişdir. Yenidən Yevlax DSMF-yə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, sığorta bazasına yığılmış vəsait Bərdə DSMF-nin hesabına köçürülmüşdür. Lakin Bərdə DSMF-yə etdiyi müraciətlər cavabsız qalmışdır. Daha sonra, vəkilə müraciət etmiş və vəkil sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 3xx/xx/2023 saylı məktubla cavab verilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün 2004 və 2005-ci illər üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün deyildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, Bərdə Rayon Dövlət Arxivi (SLJN: **********1) tərəfindən 2006- 2016-cı illər üçün 0102 fəaliyyət növünün kodu üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial siğorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır. İşlədiyi illər əmək kitabçasında öz əksini tapsa da, cavabdeh təşkilat -Bərdə rayon Dövlət Arxivinin müdiri vəzifəsində işlədiyi müddətdə sığorta bazama yığılımış pulun ona ödənilməsini təmin etmir. Əmək kitabçasından göründüyü kimi onun ümumi əmək stajı 42 ildir.

6. Cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır.

7. Etiraz onunla əsaslandırılmışdır ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün 1992-2005-ci illər üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün deyildir. Həmçinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, Bərdə Rayon Dövlət Arxivi (SUN: **********1) tərəfindən 2006- 2016-cı illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə) “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sıgortaedənin vəzifəsidir. Həmçinin məhkəmə icraatı zamanı mübahisənin məhkəmədənkənar həlli üçün cavabdeh tərəfindən təşəbbüs göstərilmiş, bütün cəhdlərə baxmayaraq yuxarıda qeyd olunan hesabatlar (Forma B1 və forma B3) sığortaedən tərəfindən təqdim olunmamışdır. Belə ki, Mərkəzi Filial tərəfindən “Bərdə Rayon İcra Hakimiyyəti”nə (SUN: **********7; VÖEN: **********) ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-112955/2024 nömrəli sorğu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunmasının müəyyənləşdirilməsi, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlərin (İddiaçı və işçinin və ya işçilərin (səhvən qeyd edilən) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larmın (06) (Forma B3), əmək kitabçalarının, əmək müqavilələrinin, əmək müqaviləsi bildirişlərinin, əməkhaqqı cədvəllərinin, əməkhaqqı aldıqları bank hesabından çıxarışlarının, işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin əslləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri) təqdim edilməsi xahiş olunmuşdur. Lakin bugünədək qeyd olunan sorğu cavablandırılmamışdır. Beləliklə, mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır.

8. Bərdə Rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubuna əsasən İddiaçı Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 168 nömrəli sərəncamı ilə Bərdə rayon Dövlət Arxivinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2016-cı il tarixli, 32 nömrəli sərəncamı ilə işdən azad olunmuşdur.

9. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilmiş məlumatlara əsasən 2006- 2011-ci illər üçün 0102 fəaliyyət növünün kodu üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda (Forma B1) qeyd olunan məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin cəmi ilə (2006-cı il üzrə 400,00 manat, 2007-ci il üzrə 1600.00 manat. 2008-ci il üzrə 8400,00 manat. 2009-cu il üzrə 2400.00 manat. 2010-cu il üzrə 3600,00 manat. 2011 -ci il üzrə 3435,60 manat) müraciətinə əlavə etdiyi əmək haqqı cədvəllərində əks olunan məbləğlərin (2006-cı il üzrə 1656,00 manat, 2007-ci il üzrə 2279,00 manat, 2008-ci il üzrə 2565,00 manat, 2009-cu il üzrə 3110.00 manat. 2010-cu il üzrə 2875.00 manat, 2011-ci il üzrə 3320.00 manat) uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir.

10. Sorğuya cavab məktubuna əlavə edilmiş qoşma məktubuna əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən, Bərdə Rayon Dövlət Arxivi (SUN: **********1, VÖEN: **********) tərəfindən 2006 - 2011-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat: Ödənilmiş M.D.S.S-2006-100,00,2007- 400,00,2008-2100,00,2009-600,00,2010-900,00,2011-858,90.

11. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2006-2011-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

12. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər.

13. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

16. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir.

17. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

18. Belə ki, iddiaçının hazırki tələbi 2006-2011-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün 2004 və 2005-ci illər üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün deyildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, Bərdə Rayon Dövlət Arxivi (SUN: **********1) tərəfindən 2006-2016-cı illər üçün 0102 fəaliyyət növünün kodu üzrə (Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə) “Məcburi döviət sosial sığortası üzrə rüblük (illik) hesabatlar” a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim olunmadığından sözügedən dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmamasına istinad edərək, iddiaçının müraciətinə imtina cavabı verilmişdir.

19. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir.

20. İddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixində işə qəbul ediliyi, xx.xx.2016-cı il tarixində Bərdə Rayon Dövlət Arxivinin müdiri vəzifəsindən xx.xx.2016-cı il tarixindən öz ərizəsi ilə azad olunduğu qeyd edilmişdir.

21. Bərdə Rayon İcra Hakimiyyətinin sorğuya cavab məktubunda İddiaçı Bərdə rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 168 nömrəli sərəncamı ilə Bərdə rayon Dövlət Arxivinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2016-cı il tarixli, 32 nömrəli sərəncamı ilə işdən azad olumasını qeyd etmişdir.

22. Cavabdeh orqan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün 2004 və 2005-ci illər üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamasına istinad etsə də, məhkəmə tərəfindən əldə edilmiş sorğuya cavab məktubunda Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən, Bərdə Rayon Dövlət Arxivi (SUN: **********1, VÖEN: **********) tərəfindən 2006 - 2011-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat: Ödənilmiş M.D.S.S-2006-100,00,2007-400,00,2008- 2100,00,2009-600,00,2010-900,00,2011-858,90 qeyd edilmişdir.

23. Göründüyü kimi, iddiaçının 2006 - 2011-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat üzrə ödənilmiş M.D.S.S-2006-100,00,2007- 400,00,2008-2100,00,2009-600,00,2010-900,00,2011-858,90 olması yuxarıda qeyd edilən sorğuya cavab məktubunda öz təsdiqini tapmışdır.

24. Azərbaycan Respublikasının Konstitusiyasına görə:

25. Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.

26. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə:

28. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

29. Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.

30. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

31. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:

32. 21.2.1. İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti.

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə:

34. Maddə 304.1. Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

35. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasına görə:

36. Maddə 1. Sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

37. Həmin Qanunun 9-cu maddəsində bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçının hüquq və vəzifələrinə aid edilmişdir.

38. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir.

39. Göründüyü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan hüquq və vəzifələr cavabdeh orqanın məsuliyyət sferasına aid edilmişdir.

40. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur.

41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X5) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə:

43. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

44. 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən...

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən

47. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

48. Göründüyü kimi, məhkəmənin sorğusu əsasında əldə edilmiş məlumat ilə də müəyyən edildiyi kimi iddiaçının işlədiyi 2006-2011-ci illər üzrə məcburi sosial sığorta haqları ödənilmişdir, qanunda da qeyd edildiyi kimi məcburi sosial sığorta haqlarının ödənildiyi dövrlər sosial sığorta stajına daxil edilməlidir.

49. Məhkəmə hesab edir ki, iddiaçının 2006-2011-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapdığından, o, həmin dövrün sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. 2006-2011-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar