Məhkəmə qərarları › İş №2-1(114)-5247/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5247/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5247/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X28 Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X10, X21, X16, X11, X14, X17, X22, X18, X23, X34, X15, X24, X25, X12, X26 və X8 ona məxsus olan Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-9791/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.2001-ci il təvəllüdlü X10, XX.XX.1947-ci il təvəllüdlü X21, xx.xx.1964-cü il təvəllüdlü X16, xx.xx.1970-ci il təvəllüdlü X11, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2007ci il təvəllüdlü X22, xx.xx.1974-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X23, xx.xx.1993-cü il təvəllüdlü X34, xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1970-ci il təvəllüdlü X24, xx.xx.1966-cı il təvəllüdlü X25, xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.1999-cu il təvəllüdlü X26 və xx.xx.1998-ci il təvəllüdlü X4 şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı üçüncü şəxslər X10, X21, X16, X11, X14, X17, X22, X18, X23, X34, X15, X24, X25, X12, X26 və X8 ona məxsus Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Elektron məhkəmə informasiya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışlara əsasən XX.XX.1947-ci il təvəllüdlü X21, xx.xx.1964-cü il təvəllüdlü X16, xx.xx.1970-ci il təvəllüdlü X1 şəhəri, Çaparidze küçəsi, ev 87, xx.xx.2017-ci il təvəllüdlü X6 şəhəri, M.Abbaszadə küç., ev 77, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2007-ci il təvəllüdlü X22, xx.xx.1974-cü il təvəllüdlü X18, xx.xx.1993-cü il təvəllüdlü X34, xx.xx.2010-cu il təvəllüdlü X5 şəhəri, M.Abbaszadə küç., ev 87, xx.xx.1992-ci il təvəllüdlü X3 şəhəri, Çaparidze küç., ev 77, xx.xx.1970-ci il təvəllüdlü X24, xx.xx.1966-cı il təvəllüdlü X25, xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.1999-cu il təvəllüdlü X26 və xx.xx.1998-ci il təvəllüdlü X19 isə Gəncə şəhəri, X49 küçəsi, ev 77, xx.xx.2001-ci il təvəllüdlü X2 şəhəri, X49 küçəsi, ev 87 ünvanında qeydiyyatdadırlar.

5. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyinin Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-57/2-27749/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X10 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, X21 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X16 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X11 xx.xx.2006-cı il tarixdən hal-hazıradək, X14 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, X17 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X22 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X18 xx.xx.2015-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, X49 küçəsi, ev 87 ünvanında qeydiyyatdadırlar. X23 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X34 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X15 xx.xx.2009-cu il tarixdən hal-hazıradək, X24 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X25 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X12 xx.xx.2011-ci il tarixdən hal-hazıradək, X26 xx.xx.2013-cü il tarixdən hal-hazıradək, X19 xx.xx.2013-cü il tarixdən hal-hazıradək Gəncə şəhəri, X49 küçəsi, ev 77 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin həmin ünvanlara qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

6. Məhkəmə sorğusuna Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-1-4/2-38/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, X10, X21, X16, X11, X14, X17, X22, X23, X34, X15, X24, X25, X12, X26 və X8 yaşayış yerlərini müəyyən etmək mümkün olmamışdır. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X10, X21, X16, X11, X14, X17, X22, X18, X23, X34, X15, X24, X25, X12, X26 və X8 ona məxsus olan Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanı mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, səəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. O, həmin şəxsləri Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatda dururlar. Bunun üçün də 3-cü şəxslər həmin ünvanda qeydiyyatda durduqlarına görə, o, məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər onun evində yaşamırlar, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil. III.İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

10. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

11. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10, X21, X16, X11, X14, X17, X22, X18, X23, X34, X15, X24, X25, X12, X26 və X19 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, X17 və X13 məhkəmə iclasında qanuni nümayəndələri ilə təmsil olunması qərara alınmışdır.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə prosesinin iştirakları olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

23. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına əsasən üçüncü şəxslər xx.xx.2001-ci il təvəllüdlü X10, XX.XX.1947-ci il təvəllüdlü X21, xx.xx.1964-cü il təvəllüdlü X16, xx.xx.1970-ci il təvəllüdlü X11, xx.xx.2005-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2007-ci il təvəllüdlü X22, xx.xx.1974-cü il təvəllüdlü X18, xx.xx.2017-ci il təvəllüdlü X23, xx.xx.1993cü il təvəllüdlü X34, xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1970-ci il təvəllüdlü X24, xx.xx.1966-cı il təvəllüdlü X25, xx.xx.1994-cü il təvəllüdlü X12, xx.xx.1999-cu il təvəllüdlü X26 və xx.xx.1998-ci il təvəllüdlü X8 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatda olduqları göstərildiyindən iddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

24. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, X21 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X16 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X11 xx.xx.2006-cı il tarixdən hal-hazıradək, X14 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, X17 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X22 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X18 xx.xx.2015-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, X49 küçəsi, ev 87 ünvanında qeydiyyatdadırlar. X23 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X34 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X15 xx.xx.2009-cu il tarixdən hal-hazıradək, X24 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X25 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X12 xx.xx.2011-ci il tarixdən hal-hazıradək, X26 xx.xx.2013-cü il tarixdən halhazıradək,X19 xx.xx.2013-cü il tarixdən hal-hazıradək Gəncə şəhəri, X49 küçəsi, ev 77 ünvanında qeydiyyatdadırlar.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

27. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

29. Göründüyü kimi, iddiaçının evində qeydiyyatda olan üçüncü şəxslər X10, X21, X16, X11, X14, X17, X22, X18 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtinası əsassız olmuşdur.

30. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.

31. Məhkəmə tələbin üçüncü şəxslərdən X23, X34, X15, X24, X25, X12, X26 və X19 isə Gəncə şəhəri, X49 küçəsi, ev 77 ünvanında qeydiyyatda olduqlarından tələb həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir.

32. Belə ki, iddiaçıya məxsus 77 saylı ünvanda yerləşən evə yeni ünvan olaraq 87 nömrəsi verildiyindən əvvəllər həmin küçədə mövcud olmuş, yəni köhnə 77 ünvanında mövcud olan evdə qeydiyyatda olan şəxslər də iddiaçıya məxsus evdə qeydiyyatda kimi görünsə də, əslində onların qeydiyyatda olduqları daşınmaz əmlak fərqlidir.

33. Belə olan halda isə, eyni ünvan göstəricisinə malik iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, eləcə də üçüncü şəxslərə aid dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakların olması iddiaçının eyni ünvan, lakin müxtəlif yerlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir

34. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. X10, X21, X16, X11, X14, X17, X22 və X9 Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. X7, X34, X15, X24, X25, X12, X26 və X8 Gəncə şəhəri, X49 küçəsi, ev 87 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar