Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5255/2025 08.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üzərinə qoyulması” tələbinə dair 2025 Hakim Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıüzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq M Ü Ə Y Y Ə N E T D İ M:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Ermənistan Respublikası Zaqafqaziya İxtisaslaşdırılmış Soyuzhidrospetstroy YSMİB-də (X1 İstehsalat Birliyi) “xadimə” və “akkumulyator doldurucusu” işində işlədiyi müddətin zərərli sahə hesab edilərək sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Ermənistan SSR-nin Cermux rayonunda anadan olmuş, hazırda Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşayır. O, hazırda pensiya yaşına çatdığı üçün sənədlərini cavabdeh orqana təqdim etmişdir. İddiaçı 20.08 1976-cı ildən Ermənistan Respublikası Zaqafqaziya İxtisaslaşdırılmış Soyuzhidrospetstroy YSMİB-yə (X1 İstehsalat Birliyi) “xadimə” işinə qəbul olunmuş, xx.xx.1977-ci ildə həmin “xadimə” işindən azad olunaraq yuxarıda qeyd edilən zavdodda “akkumulyator doldurucusu” işinə qəbul olunmuş, xx.xx.1988-ci ildə həmin işdən azad edilmişdir. İddiaçı zərəli sahədə 12 il işləmiş və hesab edir ki, zərərli işdə işlədiyi üçün həmin müdddət onun əmək pensiyasına hesablanmalıdır. Buna baxmayaraq həmin müddət iddiaçının əmək stajına daxil edilmir. İddiaçı bildirir ki, onun adınaa sosial müdafiə fonduna ödəmələrin edilməməsi pensiya hüququndan məhrum edilməsinə səbəb olmuş, onun işləməyimi 08139 saylı əmək kitabçası ilə öz təsdiqini tapmışdır.
3. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
4. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
5. İş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıüzərinə qoyulması” tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1569/2025 nömrəli qərarı ilə təmin edilmişdir.
6. Qeyd edilən məhkəmə qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-270/2023 nömrəli qərarı ilə təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1569/2025 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
7. Qeyd edilən məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2604/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-270/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mingəçevir şəhər elektrik və digər mühəndis şəbəkələri təmiri üzrə ixtisaslaşdırılmış istehsalat sahəsində xadimə vəzifəsində işləməsi əmək kitabçasından olan məlumat digər sübutlarla təkzib olunduğunu, ona görə də əmək kitabçasında olan məlumatların düzgünlüyünə tənqidi yanaşmış və əmək kitabçasında olan qeydləri sübut kimi qəbul etməmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
10. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir.
11. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
12. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
14. Həmin qərara əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
15. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıüzərinə qoyulması” tələbinə dair eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
18. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən,
Q Ə R A R A A L D İ M:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınə qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıüzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nurəli Hüseynov