Məhkəmə qərarları › İş №2-1(114)-526/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-526/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-526/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs ünvan 1 ünvanında yerləşən 0,587 ha (587 kv.m) torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatları ilə üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Göygöl şəhər bələdiyyəsinin xx.xx.2012-cu il tarixli 10 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən İddiaçı 0.06 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satılması qərara alınmışdır.

2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişdir.

3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid perspektiv inkişaf fond torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermişdir.

4. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

5. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1017 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 581 nömrə ilə qeydiyyata alınmışdır.

6. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2013-cü il tarixli A№416354 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X14 kitabında 461 nömrə ilə uçota alınmışdır.

7. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarından çıxarış və xx.xx.2012-ci il tarixli 581 saylı “Torpaqların alq-satqısına dair” aktının xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarından çıxarışın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyənin ehtiyat fondu torpağına (BEF) düşdüyü, həmçinin faktiki torpaq sahəsinin 36 kv.m hissəsinin Elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Goygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi, 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarında, bələdiyyənin ehtiyat fond torpağı olaraq göstərilmişdir. Həmin sahə, Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilən torpaqların elektron fayl materialında, bələdiyyənin ehtiyyat fond torpağı olmaqla əkin sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsi hal-hazırda, X7 uçotu informasiya sisitemində (TEKUİS) xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaqlar altında olan sahələr və eyni zamanda əkin sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsi, AZCAD məlumatlarınada xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahə olaraq göstərilmiş, sənəd nömrəsi isə, İddiaçı adına qeydə alınmış plan və ölçü sənədinin kadastr nömrəsi (**********1106) qeyd edilmişdir. 2) Naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsinin 536.8 kv.m hissəsi, Goygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsilə üst-üstə düşür. 3) Naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsinin 30.4 kv.m hissəsi və İddiaçı adına tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin isə 12.0 kv.m hissəsi, X4 mülkiyyət hüququnu təsdiq edən **********62 reyestr nömrəli, xx.xx.20214-cü il qeydiyyat tarixli Çıxarışın AA 002706 nömrəli planında göstərilən sahə ilə üst-üstə düşür. 4) Elektron baza materiallarına istinadən torpaq sahəsinin, qorunma və mühafizə zonalarınada yerləşmə halı aşkarlanmadı. 5) X8 əraziyə keçirilən baxışda iştirak etməmişdir. Xanlar rayon Xanlar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 73 saylı qərarı ilə X4 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinə dair JN-3837A (KOD ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və qonşu torpaq sahələri barədə heç bir məlumat qeyd olunmamamışdır. Həmin Şəhadətnamədə göstərilən 3837A nömrəli sahə ərazinin kompleks yerquruluşu layihəsində və mülkiyyətinə həyətyanı sahələr verilmiş vətəndaşların elektron adlı siyahısında aşkarlanmadı. X6 adına tərtib olunmuş xx.xx.2014-cü il tarixli AA 003157 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin konfiqurasiya və koordinatlar əks olunmuş səhifəsi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. Qeyd olunan hallar səbəbindən qərardadın 5-ci və 6-cı suallarının cavablandırılması mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 2626/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, məhkəmədən öncə vətəndaşın torpaq sahəsinin dövlət qeydiyyatına alınması barədə müraciəti əsasında əraziyə keçirilən baxış əsasında hazırlanmış müayinə aktında qeyd olunan 633.0 kv.m torpaq sahəsi ilə, inzibati işin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2011/2024 nömrəli qərardadı əsasında əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsi eyni sahədir. Belə ki, torpaq sahəsinin ölçülərində olan fərq, bu və ya digər torpaq sahələrinin ayrı-ayrı vaxtlarda təkrar ölçüsü zamanı elektron ölçmə cihazlarının verdiyi xətalar səbəbəbindən yaranır. İnzibati işlə əlaqədar torpaq sahəsinə keçirilən baxış zamanı, naturada təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Qonşuların faktiki istifadələrində olan torpaq sahələri və tikililərin yerləşdiyi torpaq sahələrinə qarşı, iddiaçının iddiası olmadığını bildirmişdir. Rəyə əlavə edilmiş ortofoto görüntüsündə, naturada təqdim olunan torpaq sahəsinin qonşu torpaq sahəsində yerləşən tikilililərlə üstüstə düşmə halının görünməsi, ortofoto görüntüsünün aerokosmik çəkiliş vəziyyəti səbəbindəndir. Belə ki, iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi, qonşu torpaq sahəsində yerləşən tikililərlə üst-üstə düşmür. Qərardadın 5-ci və 6-cı suallarının cavablandırılmamasına səbəb olan hallar barədə, mütəxəssis rəyində qeyd olunmuşdur. X8, Daşınmaz Əmlakın AN – İ № ******* saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqviləsi ilə **********62 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini X1. Qərardadın 3-cü sualının cavabında qeyd olunduğu kimi, həmin torpaq sahəsi, naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsinin 30.4 kv.m hissəsi ilə üst-üstə düşür. İddiaçı adına tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin isə 12.0 kv.m hissəsi, X8 tərəfindən X2 torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada iddia edərək təqdim etdiyi torpaq sahəsi, başqa şəxslərin faktiki istifadə sahələri ilə üst-üstə düşmür.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhəri, 3-cü küçə, 38 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixli AA 002706 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

11. xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus Göygöl şəhəri, 3-cü küçə, 38 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini X1.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2014cü il tarixli AA 003157 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. II. Məhkəmədə icraat

13. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl şəhəri, Məhsəti Gəncəvi küçəsi, 36 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin 12 oktyabr 2012ci il tarixli, 10 saylı qərarı ilə Göygöl bələdiyyəsinin perespektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həyətyanı torpaq sahəsi verilib. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 4 ünvanında yerləşir. Torpaq sahəsi 9 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadələrindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. İmtinaya səbəb alqı-satqı aktının xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi, eyni zamanda da bələdiyyənin qərarının Ərazi İdarəsinin arxivində aşkar edilmədiyi, həmçinin torpaq sahəsinin 36 kv.m hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl şəhəri, Məhsəti Gəncəvi küçəsi, 36 ünvanında yerləşən 0,587 ha (587 kv.m) torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatları ilə üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmış (qərarın 6-cı bəndi) və əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin Kompleks Yerquruluşu planına əsasən bələdiyyənin ehtiyat fondu torpağına (BEF) düşdüyü, həmçinin faktiki torpaq sahəsinin 36 kv.m hissəsinin Elektron baza məlumatlarına əsasən başqa şəxsə - X9 məxsus **********62 reyestr nömrəli çıxarış ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair X6 adına xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli **********62 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

27. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

28. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh orqanın nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Göygöl şəhər bələdiyyəsinin xx.xx.2012-cu il tarixli 10 nömrəli qərarı; - xx.xx.2012-ci il tarixli akt; - DT və XK-nin Göygöl rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alqı-satqısına dair xx.xx.2012-cu il tarixdə 581 nömrəli akt; - xx.xx.2013-cü il tarixli A№416354 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 2626/2025 nömrəli cavab məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2014-cü il tarixli AA 002706 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2012-cu il tarixli 10 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən İddiaçı 0.06 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satılması qərara alınmışdır. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi bələdiyyənin perspektiv inkişaf fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid perspektiv inkişaf fond torpaq sahəsi olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermişdir. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 1017 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 581 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2013-cü il tarixli A№416354 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X14 kitabında 461 nömrə ilə uçota alınmışdır.

33. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarından çıxarış və xx.xx.2012-ci il tarixli 581 saylı “Torpaqların alq-satqısına dair” aktının xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin, Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarından çıxarışın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı aşkar edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyənin ehtiyat fondu torpağına (BEF) düşdüyü, həmçinin faktiki torpaq sahəsinin 36 kv.m hissəsinin Elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

34. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Torpaq sahəsinin planı və ölçüsü sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

36. Mübahisəli torpaq sahəsi iddiaçıya Göygöl şəhər bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 nömrəli qərarı və xx.xx.2012-ci il tarixdə 581 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl şəhər bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

37. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, faktiki torpaq sahəsinin 36 kv.m hissəsi Elektron baza məlumatlarına əsasən X9 məxsus **********62 reyestr nömrəli çıxarış ilə üst-üstə düşür, həmçinin Göygöl şəhər bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 10 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 29 nömrəli Torpaqların alğı-satqısına dair akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, Torpaqların alqı-satqısına dair akt və bələdiyyə qərarı xx.xx.2007-ci il tarixdən sonra tərtib edilmişdir. Yəni, cavabdehin qənaətinə görə, torpaq sahəsi bələdiyyə tərəfindən hərrac və ya müsabiqə vasitəsilə satıla bilərdi.

38. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

39. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

40. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

41. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.

42. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

43. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

44. Cavabdeh orqanın digər dəlili faktiki torpaq sahəsinin 36 kv.m hissəsi ilə başqa şəxsə məxsus torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlıdır.

45. Məhkəmə bununla bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Goygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi, 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallında, bələdiyyənin ehtiyyat fond torpağı olaraq göstərilmişdir. Həmin sahə, Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilən torpaqların elektron fayl materialında, bələdiyyənin ehtiyyat fond torpağı olmaqla əkin sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsi hal-hazırda, X7 uçotu informasiya sisitemində (TEKUİS) xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaqlar altında olan sahələr və eyni zamanda əkin sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsi, AZCAD məlumatlarınada xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahə olaraq göstərilmiş, sənəd nömrəsi isə, İddiaçı adına qeydə alınmış plan və ölçü sənədinin kadastr nömrəsi (**********1106) qeyd edilmişdir. Naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsinin 536.8 kv.m hissəsi, Goygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı satılmış 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsilə üst-üstə düşür. Naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsinin 30.4 kv.m hissəsi və İddiaçı adına tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin isə 12.0 kv.m hissəsi, X4 mülkiyyət hüququnu təsdiq edən **********62 reyestr nömrəli, xx.xx.20214-cü il qeydiyyat tarixli çıxarışın AA 002706 nömrəli planında göstərilən sahə ilə üst-üstə düşür. Elektron baza materiallarına istinadən torpaq sahəsinin, qorunma və mühafizə zonalarınada yerləşmə halı aşkarlanmadı. X8 əraziyə keçirilən baxışda iştirak etməmişdir. Xanlar rayon Xanlar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 73 saylı qərarı ilə X4 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinə dair JN-3837A (KOD ********) "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamədə, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və qonşu torpaq sahələri barədə heç bir məlumat qeyd olunmamamışdır. Həmin Şəhadətnamədə göstərilən 3837A nömrəli sahə ərazinin kompleks yerquruluşu layihəsində və mülkiyyətinə həyətyanı sahələr verilmiş vətəndaşların elektron adlı siyahısında aşkarlanmadı. X6 adına tərtib olunmuş xx.xx.2014-cü il tarixli AA 003157 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin konfiqurasiya və koordinatlar əks olunmuş səhifəsi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadı. Qeyd olunan hallar səbəbindən qərardadın 5-ci və 6-cı suallarının cavablandırılması mümkün olmamışdır.

46. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-2626/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, məhkəmədən öncə vətəndaşın torpaq sahəsinin dövlət qeydiyyatına alınması barədə müraciəti əsasında əraziyə keçirilən baxış əsasında hazırlanmış müayinə aktında qeyd olunan 633.0 kv.m torpaq sahəsi ilə, inzibati işin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2011/2024 nömrəli qərardadı əsasında əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsi eyni sahədir. Belə ki, torpaq sahəsinin ölçülərində olan fərq, bu və ya digər torpaq sahələrinin ayrı-ayrı vaxtlarda təkrar ölçüsü zamanı elektron ölçmə cihazlarının verdiyi xətalar səbəbəbindən yaranır. İnzibati işlə əlaqədar torpaq sahəsinə keçirilən baxış zamanı, naturada təqdim olunan torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Qonşuların faktiki istifadələrində olan torpaq sahələri və tikililərin yerləşdiyi torpaq sahələrinə qarşı, iddiaçının iddiası olmadığını bildirmişdir. Rəyə əlavə edilmiş ortofoto görüntüsündə, naturada təqdim olunan torpaq sahəsinin qonşu torpaq sahəsində yerləşən tikilililərlə üst-üstə düşmə halının görünməsi, ortofoto görüntüsünün aerokosmik çəkiliş vəziyyəti səbəbindəndir. Belə ki, iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi, qonşu torpaq sahəsində yerləşən tikililərlə üstüstə düşmür. Qərardadın 5-ci və 6-cı suallarının cavablandırılmamasına səbəb olan hallar barədə, mütəxəssis rəyində qeyd olunmuşdur. X8, Daşınmaz Əmlakın AN – İ № ******* saylı, xx.xx.2014-cü il tarixli alqısatqı müqviləsi ilə, **********62 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini, X1. Qərardadın 3-cü sualının cavabında qeyd olunduğu kimi, həmin torpaq sahəsi, naturada təqdim olunan 617.0 kv.m torpaq sahəsinin 30.4 kv.m hissəsi ilə üst-üstə düşür. İddiaçı adına tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin isə 12.0 kv.m hissəsi, X8 tərəfindən X2 torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada iddia edərək təqdim etdiyi torpaq sahəsi, başqa şəxslərin faktiki istifadə sahələri ilə üst-üstə düşmür.

47. Yəni, iddiaçının naturada istifadə etdiyi 617.0 kv.m torpaq sahəsinin 30.4 kv.m hissəsi X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı adına tərtib olunmuş A 416354 nömrəli planda göstərilən torpaq sahəsinin isə 12.0 kv.m hissəsi, X8 tərəfindən X2 torpaq sahəsi ilə üst-üstə düşür.

48. İddiaçı da tələbində 0,587 ha (587 kv.m: 617.0 kv.m-30 kv.m) torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.

49. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:

50. “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X7 X12nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...

51. Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...

52. Göründüyü kimi, X7 X12 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.

53. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl şəhəri, Məhsəti Gəncəvi küçəsi, 36 ünvanında yerləşən 0,587 ha (587 kv.m) torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatları ilə üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Göygöl şəhəri, Məhsəti Gəncəvi küçəsi, 36 ünvanında yerləşən 0,587 ha (587 kv.m) torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatları ilə üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar