Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5271/2025 18.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 10.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına verilmiş PC tipli, AZE ölkə kodlu, C02528486 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportunda doğulduğu tarix “xx.xx.1998” göstərilmişdir. - Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-152500 nömrəli məktuba əsasən, xx.xx.1998-ci il tarixdə Cavabdehndə vətəndaş İddiaçı doğumu qeydə alınarkən doğum tarixi “xx.xx.1998-ci il” göstərilmiş və doğum haqqında şəhadətnamə verilmişdır. Hazırda qeydiyyat şöbəsinə təqdim edilən AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.1998-ci il kimi yazılmış, lakin tərtib edilmiş doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1998-ci il” yazılmışdır. Göründüyü kimi, sənədlər arasında ziddiyyət vardır və bu ziddiyyətin aradan qaldırılması yalnız doğulduğu xəstəxana tərəfindən təsdiq edilməlidir. Hazırda təqdim edilən doğum evi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı anası Nümayəndə1 01.01.xx.xx.1998-ci il tarixdən xəstəxanada olması barədə məlumat tapılmamışdır. Göstərilənlərə əsasən, İddiaçı doğum tarixinin xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə düzəliş aparılması Cavabdeh tərəfindən mümkün olmamışdır; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs “A.Səhhət adına Xəstəxana”nın xx.xx.2025-ci il tarixli, 48 nömrəli arayışına əsasən, Gəncə şəhər 1 saylı Doğum Xəstəxanasının arxiv bölməsinə aid stasionar xəstələrin qeydiyyat jurnalında 01.01.-xx.xx.1998-ci il tarixədək həyat yoldaşı Nümayəndə1 aid heç bir məlumat tapılmamışdır.
2. İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun barəsində tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 432 saylı doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1998-ci il”dən “xx.xx.1998-ci il”ə düzəliş edilməsi öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya aid AA ******* nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1998-ci il kimi yazılmış, lakin verilmiş arayışa əsasən tərtib edilmiş doğum akt qeydində doğum tarixi “xx.xx.1998-ci il” kimi qeyd edilmişdir. İddiaçı bildirir ki, o, ona verilmiş xx.xx.1998-ci il tarixli, 432 saylı doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1998-ci il”dən “xx.xx.1998-ci il”ə düzəliş edilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-2773/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.1998-ci il tarixli, 432 nömrəli doğum haqqında akt qeydinə əsasən, İddiaçı 06 fevral 1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, “ata haqqında məlumat” qrafasında Nümayəndə2 və “ana haqqında məlumat” qrafasında Nümayəndə1 göstərilmiş, “uşağın doğumunu təsdiq edən sənədlər” qrafasında X5 – 14.İİ.1998-ci il qeyd edilmişdir.
5. İddiaçı tərəfindən xx.xx.2025-ci il məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs Z.Məmmədov adına X2 Bölməsinin xx.xx.2025-ci il tarixli, 5451 nömrəli arayışına əsasən, xx.xx.1998-ci il tarixdə anadan olan İddiaçı əvvəlki Gəncə şəhər 2 saylı Uşaq Poliklinikası, indiki Z.Məmmədova adına X3 Bölməsində qeydiyyatda olmuşdur.
6. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2-33334/2025 nömrəli məktuba əsasən, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Qeydiyyat Məsələləri şöbəsinin arxiv kartotekasında heç bir məlumat aşkar olunmamışdır.
7. İddiaçı tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş 2 nömrəli Uşaq Poliklinakasının sahə 19 nömrəli kitabçasına əsasən, 120 nömrəli anketdə İddiaçı doğum tarixi “8.İİ.98” göstərilmiş, həmçinin “ana – Nümayəndə1” və “ata – Q.Ziyad” (kiril əlifbası ilə azərbaycan dilində) qeydlər aparılmışdır.
8. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən: - 30.11.2004-cü il tarixdə Gəncə2 tərəfindən İddiaçı adına verilmiş AZE 10117961 seriya nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1998” göstərilmişdir; - 12.03.2014-cü il tarixdə Asan-Gəncə2 tərəfindən İddiaçı adına verilmiş AZE 14368033 nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1998” göstərilmişdir; - 23.03.2024-cü il tarixdə Asan-Gəncə (2) tərəfindən İddiaçı adına verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1998” göstərilmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Əvvəlki məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi X1 göstərmişdir ki, Qeydiyyat şöbəsinə təqdim edilən AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı doğum tarixi xx.xx.1998-ci il kimi yazılmış, lakin doğum evi tərəfindən verilmiş arayışa əsasən tərtib edilmiş doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1998-ci il” yazılmışdır. Göründüyü kimi sənədlər arasında ziddiyyət vardır və bu ziddiyyətin aradan qaldırılması yalnız doğulduğu xəstəxana tərəfindən təsdiq edilməlidir.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
13. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
14. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və məhkəməyə təqdim edilmiş sənədlər; - cavadbehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2773/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-33334/2025 nömrəli məktubu; - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarış.
Əsaslandırma hissəsi:
15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
16. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır.
17. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
18. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı. 10.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.
21. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24-2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
23. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır.
24. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir.
25. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas marağı onun doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1998-ci il”dən “xx.xx.1998-ci il”ə düzəlişin edilməsi olmuş və bununla bağlı cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmiş və imtinaya əsas kimi isə vətəndaş tərəfindən təqdim edilmiş sənədlərdə ziddiyyətlərin olması göstərilmişdir.
26. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
27. İlkin olaraq, məhkəmə iddiaçının anasının tibbi müəssisədə doğum halı barədə məlumatların olmaması ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həm cavabdeh orqanın imtina məktubunda, həm də iddiaçının nümayəndəsinin müraciətinə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi “A.Səhhət adına Xəstəxananın” müvafiq arayışında iddiaçının anasının tibbi məlumatının tapılmamasına baxmayaraq, bu, sonuncunun doğum halı ilə bağlı tibbi müəssisəyə yerləşdirilməməsi faktını təsdiq etmir.
28. Belə ki, qeyd olunan mübahisəli hal vətəndaşın vəzifəsindən irəli gələn hal kimi deyil, tibbi müəssisənin qanunvericiliklə müəyyən edilmiş və onun üzərinə öhdəlik kimi qoyulmuş iş prinsipi ilə əlaqədardır. Məsələn, xəstənin tibbi müəssisəyə daxil olması, müalicənin gedişi, xəstənin tibbi müəssisədən çıxması və s. kimi məlumatlar tibbi müəssisə tərəfindən aparılmalıdır.
29. Ancaq hazırkı mübahisəli hal ilə əlaqədar cavabdeh orqan tərəfindən mühüm və kifayət qədər araşdırılma aparılmamış və hazırkı iş üzrə prosessual iştirakçı kimi iddiaçının nümayəndəsinə - atasına Nümayəndə2 imtina cavabının verilməsi ilə yekunlaşdırılmışdır.
30. Digər bir tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Gəncə şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs Z.Məmmədov adına X2 bölməsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı əvvəlki Gəncə şəhər 2 saylı Uşaq Poliklinikası, indiki Z.Məmmədova adına X2 Bölməsində qeydiyyatda olduğu qeyd edilmişdir. Bu isə, cavabdeh orqanın imtinasında əsaslandırdığı halı təkzib edir.
31. Həmçinin, iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilən və xəstəxanadaxili qeydiyyat kitabçası olan 2 nömrəli Uşaq Poliklinakasının sahə 19 nömrəli kitabçası, 120 nömrəli anketdə İddiaçı doğum tarixi “8.İİ.98” göstərilmişdir. Habelə, “ana - Nümayəndə1” və “ata - Q.Ziyad” (kiril əlifbası ilə azərbaycan dilində) qeydləri əlavə edilmiş, bu isə həmin kitabçadakı qeydlərin hazırkı iş üzrə prosessual iştirakçı kimi “iddiaçı” qismində iştirak edən İddiaçı aid olduğunu təsdiq edir. Çünki məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli, AR-İİİ 612218 nömrəli etibarnamədə Nümayəndə2 iddiaçının “atası” və xx.xx.2025-ci il tarixli, AR-İİİ 612317 nömrəli etibarnamədə Nümayəndə1 iddiaçının “anası” olması göstərilir.
32. Bundan əlavə, iddiaçıya məxsus və müvafiq inzibati orqanlar tərəfindən müxtəlif tarixlərdə verilmiş iddiaçının şəxsiyyətini təsdiq edən sənədlərdə də (yuxarıda – 1-ci bəndin 2-ci abzasında və 8-ci bənddə adları qeyd edilən hüquqmüəyyənedici sənədlər) onun doğum tarixi “xx.xx.1998” kimi göstərilmişdir.
33. Son olaraq, məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçıya məxsus doğum akt qeyində doğum tarixinin “06 fevral 1998-ci il” kimi yazılmasında texniki səhvliyə yol verilmiş və bu isə iddiaçının hüquqlarının pozulmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada onlardan istifadə etməsində maneə yaranmasına səbəb olur.
34. Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı doğum haqqında akt qeydində doğulduğu vaxt “06 fevral 1998-ci il”dən “xx xxxxxx 1998-ci il”ə düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı adına tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 432 nömrəli doğum haqqında akt qeydində doğulduğu vaxtın “06 fevral 1998-ci il”dən “xx xxxxxx 1998-ci il”ə düzəliş edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov